Azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək mühüm əhəmiyyətə malikdir.
Müzəffər ordumuzun qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra qarşıda dayanan əsas vəzifə işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi, bərpa, yenidən qurma işlərinin aparılması və qayıdışın təmin edilməsi üçün lazımi infrastrukturun formalaşdırılmasıdır.
30 ilə yaxın düşmən tapdağında qalan yeraltı və yerüstü sərvətləri talan edilən, ekologiyası çirkləndirilən torpaqları minalarla zəhərləndirilən ərazilərimizdə artıq 1 ildirki yenidənqurma işləri görülür. Həyata keçirilən layihələrə nəzər salsaq, qısa zamanda kifayət qədər böyük yol qət edildiyinin şahidi olarıq. İşğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa, o cümlədən inşaat işləri bir tərəfdən həmin ərazilərimizdə yeni dəyərlərin formalaşmasına, eyni zamanda məşğulluğun təmin edilməsinə imkan yaradır.
Ölkəmizdə xüsəsən 2020- 2021- ci illərdə iqtisadi artıma təsir göstərən amil işğaldan azad olunmuş ərazilərimizin bərpasıdır. Bu istiqamətdə ayrılan vəsaitlər yeni dəyər formalaşdırdığı üçün ümumidaxili məhsulun artımına artıq təsir göstərməkdədir. Növbəti illərdə bu daha da çox olacaq. Ayrı-ayrı infrastruktur layihələrə diqqət yetirsək, həmin layihələr həm müvəqqəti, həm də daimi iş yerlərinin yaradılmasına imkan yaradır. Məsələn, Füzuli Beynəlxalq Hava Limanının inşasının birinci mərhələsində yüzlərlə vətəndaşımız işlə təmin edilib. Eyni zamanda aeroport istifadəyə verildikdən sonra daimi iş yerlərində çalışan vətəndaşlarımızın sayında artımlar olub. İşğaldan azad olunmuş rayonlarımızda avtomobil yolları salınır, dəmir yolları bərpa edilir, elektrik xətlərininqurulması işlərinə başlanılıb. Bu da yeni iş yerlərinin yaradılmasına imkan verir. Bu ərazilərdə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülür. Şirin su ehtiyatının 20 faizinin bu ərazilərin payına düşməsi kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar yaradır. Ərazilərin bərpa edilməsi, əkin işlərinə başlanılması ölkədə kənd təsərrüfatı mallarının bolluğuna səbəb olacaq.
Azad olunan ərazilərimizin mədənçilik baxımından xüsusi imkanları var. Yataqlarımız uzun illər düşmən tərəfindən istismar olunub və sərvətlərimiz talan edilib. Bundan sonra ölkəmizin iqtisadi imkanlarının artırılması məqsədi ilə işlədiləcək.
Prezidentimiz Cənab İlham Əliyev Şuşa səfərində çıxışında demişdir: -" Biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacayıq"
Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!
Siyəzən şəhər M.Müşfiq adına 2 saylı tam orta məktəbin Uşaq Birliyi Təşkilatı Rəhbəri Səfərova Pərvanə.