Xəbərlər / Ziyalılar
25 iyun 2022
742


Vətən müharibəsi bizim şanlı tariximizdir !


Azərbaycanlıyam! Necə də qürurlu səslənir bu söz. Bu hissi yaşayan hər kəs xoşbəxtdir. Xoşbəxtdir ki, doğma yurdu, müstəqil dövləti var. Bizə oğul deyən Vətənimiz, uğrunda canımızı sevə-sevə qurban verəcəyimiz müqəddəs torpaqlarımız var.

Daim fəxr ediləcək keçmişimiz, çiçəklənən bu günümüz, parlaq gələcəyimiz var. Vətənimiz də xoşbəxtdir ki, ona ürəkdən bağlı xalqı var. Onu yağılardan qoruyan güclü ordusu var. 


Müstəqilliyi qoruyub saxlamaq üçün güclü ordu ən vacib şərtlərdəndir. Güclü ordusu olmayan dövlətin müstəqilliyi daim düşmənlərin, yadellilərin təhlükəsi altındadır. Müasir dövrdə Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuz zəngin maddi-texniki bazaya, ən yeni silahlara malikdir. Lakin ordunu yenilməz edən təkcə silah və texnikanın gücü deyil. Ən yeni raketlərin, güclü silahların, topların, döyüş maşınların ola bilər. Lakin sənin qorxmaz, mərd, cəsur əsgərlərin yoxdursa, məğlub olarsan. "Öncə Vətəndir!" deyən oğullardır bizi yenilməz edən. Azərbaycan əsgərinin ən güclü silahı vətənpərvərliyi, Vətən sevgisidi. Şah İsmayıl Xətainin bir deyimi vardır "Qılınc həmin qılıncdır, qol o qol deyil". Bəli, silah-texnika düşməndə də var, lakin əsgər həmin əsgər, ürək həmin ürək deyil. Onların əsgərləri silahını döyüş meydanında qoyub qaçır,  bizim əsgərlər isə son damla qanına qədər döyüşü davam etdirir. Azərbaycan əsgəri mərd, cəsur, qorxmazdırlar. Vətənimizə, millətimizə sadiq oğullardır. İstənilən şəraitdə torpaqlarımızın keşiyində inamla dayanıblar. Belə əsgərlərin qarşısında isə heç bir düşmən tab gətirə bilməz!


Ordumuzun ermənilərin hücumlarına cavab olaraq başladığı Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu. Vətənpərvər oğullarımızın erməni təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbələr endirməsi xalqımızın qələbə əzminin nümayişi oldu. Bu günlər ərzində ordumuzun işğalçı erməni ordusuna qarşı apardığı müharibə milli şüurun, xalq və ordu birliyinin təcəssümünə çevrildi. Hər kəs Vətən fədaisi oldu o gün. İllərlə yaşadığımız ağrı-acılar bir andaca sevincə çevrildi. Ordumuzun bu qalibiyyəti bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqı qarşısına qoyduğu hər bir vəzifəni yerinə yetirə bilmək qüdrətindədir.


    Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan Ordusunun hər bir fərdi özünü Vətən uğrunda fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa qadirdir. Gedən döyüşlər bizim hansı iradəyə, hansı hisslərə sahib olduğumuzu göstərdi. İkinci Qarabağ Müharibəsi zamanında Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq!


“44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi!


Vəli Vəliyulla,

Xəzər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi


Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Azərbaycan xalqı ən məğrur,yenilməz xalq, ordumuz dünyanın ən güclü ordusu kimi tarixə yazıldı.

Azərbaycan xalqı ən məğrur,yenilməz xalq, ordumuz dünyanın ən güclü ordusu kimi tarixə yazıldı.

Polad Həşimov, İlqar Mirzəyev, Şükür Həmidov və daha 34 şəhidin adı əbədiləşdirildi - SİYAHI

Polad Həşimov, İlqar Mirzəyev, Şükür Həmidov və daha 34 şəhidin adı əbədiləşdirildi - SİYAHI

37 məktəb və liseyə Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanlarının adı verildi

37 məktəb və liseyə Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanlarının adı verildi

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Qurtuluşdan ZƏFƏRƏ, ZƏFƏRLƏ gələcəyə!

Qurtuluşdan ZƏFƏRƏ, ZƏFƏRLƏ gələcəyə!

Məşhur “Canavar” postunu alan qazimiz: “18 yüksək rütbəsi olan düşməni məhv etdik” - FOTO/MÜSAHİBƏ

Məşhur “Canavar” postunu alan qazimiz: “18 yüksək rütbəsi olan düşməni məhv etdik” - FOTO/MÜSAHİBƏ

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Mərkəzi  Elmi Kİtabxanada tarixi qələbəmizi belə yaşadırıq

Mərkəzi Elmi Kİtabxanada tarixi qələbəmizi belə yaşadırıq

"Vətən mənə oğul desə" adlı tədbir.

"Vətən mənə oğul desə" adlı tədbir.

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Ürəyində Azərbaycan boyda sevgi gəzdirən oğullar

Ürəyində Azərbaycan boyda sevgi gəzdirən oğullar

Şair təxəyyülündə bədiiləşən tariximiz

Şair təxəyyülündə bədiiləşən tariximiz

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Qədim Türklərdə – Hunlarda  və Göytürklərdə tərbiyə

Qədim Türklərdə – Hunlarda və Göytürklərdə tərbiyə

Ordumuz cəmi bir neçə gün ərzində Ermənistanın 30 ilə yaxındır havadarlarının köməyi ilə qurduğu ordusunu məhv etdi.

Ordumuz cəmi bir neçə gün ərzində Ermənistanın 30 ilə yaxındır havadarlarının köməyi ilə qurduğu ordusunu məhv etdi.

Azərbaycanın Levitanı - Şəmistan Əlizamanlı

Azərbaycanın Levitanı - Şəmistan Əlizamanlı

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

“Azərbaycan tarixi” dərsliklərində Cümhuriyyətin tarixi necə təsvir olunub?

“Azərbaycan tarixi” dərsliklərində Cümhuriyyətin tarixi necə təsvir olunub?

Heç vaxt cavabını tapa bilmədiyim suallar var.

Heç vaxt cavabını tapa bilmədiyim suallar var.

İlham Əliyev yeni təhsil nazirini qəbul etdi

İlham Əliyev yeni təhsil nazirini qəbul etdi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi