Xəbərlər
21 iyun 2022
574


Ulu Öndər hər zaman xalqın dəstəyinə arxalandı


Yeni müstəqillik yoluna qədəm qoyan Azərbaycanda dövlətçiliyi qoruyub saxlamaq üçün ölkə rəhbərliyinə təcrübəli, qətiyyətli siyasi liderin gətirilməsi olduqca vacib idi və xalqımız haqlı olaraq böyük oğluna müraciət etdi. 

Ümummilli lider Heydər Əliyev 1993-cü ilin 15 iyun tarixində xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldi və onun Azərbaycanda siyasi hakimiyyətinin tamamilə fərqli, həlledici bir dövrü başlandı.


Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı. Ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi. Parlamentin 24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bu, artıq bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Konstitusiyada və müxtəlif hüquqi sənədlərdə zamanın tələblərinə uyğun dəyişikliklər edildi.

O dövrdə ölkədə hökm sürən böhran, xaos, daxili çəkişmələr Ulu Öndəri yolundan çəkindirə bilmədi. Xalq da heç vaxt Ulu Öndərdən öz dəstəyini əsirgəmədi, ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcəkdir və belə də oldu.

İlk gündən Ümummilli lider xalqa arxalandı, xalq da ona dəstək verdi və onun ətrafında həmrəylik nümayiş etdirdi. Ümummilli lider Heydər Əliyev Azərbaycan gəncliyinə müraciət etdi, Vətənimizin təhlükədə olduğunu izah edərək millətin, dövlətin gənclərə də güvəndiyini bildirdi.


Ümummilli lider Heydər Əliyevin ordu quruculuğunda qısa zamanda həyata keçirdiyi islahatlar kütləvi cinayət hallarının, xüsusən də fərarilik kimi qatı cinayətin qarşısını aldı. Ulu Öndərin müstəqillik dövründə həyata keçirdiyi çox mühüm islahatlar sırasında ordu quruculuğunda görülən işləri də qeyd etmək vacibdir. 1994-cü ilin qışında Azərbaycan Ordusunun cəbhədəki ilk uğurlu əməliyyatının müəllifi məhz Ulu Öndərdir. Cəbhə xəttindəki hərbi hissələrə, təlim meydanlarına gedən komandan əsgər və zabitlərlə görüşüb onları müqəddəs bir amal naminə – gənc müstəqil Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda mübarizəyə ruhlandırırdı.

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın o dövr ki ağır, mürəkkəb və gərgin vəziyyətinə baxmayaraq bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etdi.

Xalq da heç vaxt Ulu Öndərdən öz dəstəyini əsirgəmədi, ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcəkdir və belə də oldu. Bu gün Azərbaycan artıq müstəqil ölkə olaraq inamla irəliləyir. Ulu Öndərin ideyalarını ölkə başçısı cənab İlham Əliyev bu gün uğurla davam etdirir.

Azərbaycan xalqının məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır. Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz titanik fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcəkdir.

Vəli Vəliyulla,

Xəzər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub

AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub

Qurtuluşdan ZƏFƏRƏ, ZƏFƏRLƏ gələcəyə!

Qurtuluşdan ZƏFƏRƏ, ZƏFƏRLƏ gələcəyə!

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

"Məktəb Parlamenti” nin    Əsasnaməsi  ( lahiyə )

"Məktəb Parlamenti” nin Əsasnaməsi ( lahiyə )

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin idarəedilməsi- REFERAT

Təhsilin idarəedilməsi- REFERAT

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

181 saylı məktəbdə Ümummilli Lider Heydər Əliyevin 93-cu ildönümü qeyd edilib...

181 saylı məktəbdə Ümummilli Lider Heydər Əliyevin 93-cu ildönümü qeyd edilib...

HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEV AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ

HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEV AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ

Heydər Əliyevin anım günüdür - VİDEO

Heydər Əliyevin anım günüdür - VİDEO

Şabranda Ümummilli lider Heydər Əliyevin 94 illiyi münasibətilə müsabiqə keçirilib

Şabranda Ümummilli lider Heydər Əliyevin 94 illiyi münasibətilə müsabiqə keçirilib

Liderliyin sirləri-Lider olmaq istəyənlər üçün

Liderliyin sirləri-Lider olmaq istəyənlər üçün

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

Ümummilli lider Heydər Əliyevin doğum günüdür