Təhsil Psixoloqlarının müasir təhsilin inkişafına həsr edilmiş Respublika FORUMU keçirildi.
Mayın 29-da Bakı şəhərində Təhsil Psixoloqlarının müasir təhsilin inkişafına həsr edilmiş "TƏHSİL MÜHƏNDİSLİYİ" Respublika FORUMU keçirildi.
"PSİXOQAMMA" Praktik Psixologiya və Resurs Mərkəzinin təşkilati dəstəyi ilə keçirilən FORUMUN işində həmçinin ölkənin qabaqcıl təhsil işçiləri, tanınmış təhsil ekspertləri, ali və orta məktəb müəllimləri, təhsil menecerləri iştirak etdilər.
FORUMU giriş sözü ilə təhsil psixoloqu Maşallah Mirzəyev açdı və sonra mövzu ətrafında forumun spikerləri çıxışlara başladı:
1. “Təhsil mühəndisləri: səriştələr və fəaliyyət istiqamətləri”
Limunət Əmrahlı
psixologiya üzrə fəlsəfə doktoru, dosent,
Psixoqamma Praktik Psixologiya üzrə
Resurs Mərkəzinin rəhbəri
2. "Müasir təhsildə yaranan problemli stüasiyalar və onların həlli texnologiyaları”
Famil Səfərov
İsmayıllı rayonu Qubaxəlilli məktəbinin psixoloqu
3. “Uşaq inkişafının izlənilməsi”
Lalə Məmmədkərimova
korreksion pedaqoqu
4. “Uşaqların mütaliəyə motivləşməsində NLP-nin tətbiqi”
Mətanət Abdullayeva
220 saylı məktəbin ibtidai sinif müəllimi
5. “Yeniyetmə asılılıqları”
Ramin Allahverdiyev
Respublika Narkoloji Mərkəzinin psixoloqu,
Bakı Dövlət Universitetinin dissertantı
Nahar fasiləsi; şay, kofe
6. “Yeniyetmələrdə kliniki problemlərin təzahür xüsusiyyətləri”
Ruhangiz Muradlı
kliniki psixoloq
7. “Yeniyetmə və erkən gənclərdə psixoemosional halların korreksiyası”
Fərrux Əliyev
Astara rayon Seləkəran kənd məktəbinin psixoloqu
8. “Şagirdlərin cinsi tərbiyəsində NLP-dən istifadə”
Rübabə Mərdanova
Cəbrayıl şəhər M.Mehdizadə ad. məktəbin psixoloqu
NLP master
Sonra Foruma dəvət olunmuş qonaqlar - təhsil ekspertləri N.İsrafilov, E.Qafarov, "Təhsil Forumu-2022" qrupunun təsisçisi E.Tağızadə, ADPU-nun dosenti S.Qafarova və başqaları spikerlərin və tədbir iştirakçılarının qaldırdıqları təhsilin inkişafına mane olan başlıca problemlərə münasibətlərini bildirdilər və onların həlli yolları haqqında danışdılar.
Yekunda Forumun gündəliyində olan və iştirakçılar tərəfindən qaldırılan məsələr;
spiker, 220 sayli məktəbin ibtidai sinif müəllimi M. Abdullayevanın təqdim etdiyi maraqlı layihə və onun iş təcrübəsinin ölkə məktəblərində yayılması təklifi;
son zamanlar sayı durmadan artan problemli uşaqların təhsil hüquqlarının təmin olunması üçün məktəblərdə inklüziv və korreksiya siniflərinin açılması zərurəti və digər təkliflər TN-nə ünvanlanan yekun Müraciətə daxil edildi.
Tədbirin sonunda forumun bütün iştirakçılarına sertifikatlar təqdim olundu.
Nəhayət, fürsətdən istifadə edib, Forum haqqında hazırladığım bu postda, bir spiker olaraq mövzum haqqında qısa məlumat kimi, onun annotasiyasını sizlərə təqdim edirəm:
1.Təhsil mühəndisliyi
- effektiv təhsil quruculuğu kimi.
2. Təhsilin düzgün təşkilində və idarə olunmasında hər bir təhsil işçisinin iştirakı və rolu məsələləri.
3. Problemli stüasiya nədir, onun növləri, təhsildəki problemli stüasiyaların xüsusiyyətləri, yaranma səbəbləri.
4. Müasir cəmiyyətdəki sosial-psixoloji gərginliklərin təhsil subyektlərinə yansımasının törətdiyi problemli stüasiyaların aradan qaldırılmasında təhsil psixoloqlarının rolu,
5. Yanlış pedoqoji-psixoloji yanaşmaların təhsildə yaratdğı problemli süasiyalar və onların həllli texnologiyaları.