Bir məktəbdən 5 qalib LAYİHƏ!
Bir məktəbdən 5 qalib layihə!
AzTehsil.com xəbər verir ki, Gəncə şəhər Ş.İ.Xətai adına 13 nömrəli tam orta məktəbin təhsilverənləri tərəfindən təqdim edilən 5 layihə Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsi çərçivəsində fərdi kateqoriya üzrə qalib olub!
Qalib layihələrin birgə açılış mərasimi keçirilib. Tədbirdə layihələrin məqsədləri, istiqamətləri və həyata keçiriləcək fəaliyyətlər təqdim olunub.
Bu layihələr təhsildə innovativ yanaşma, yaradıcı düşüncə və pedaqoji peşəkarlığı əks etdirir. Həmçinin şagirdlərin akademik, sosial, fiziki və ekoloji bacarıqlarını inkişaf etdirməyə yönəlib.
Qalib layihələr və rəhbərləri:
“Simulyasiya ilə Riyaziyyat Səfəri” – Gülnar Hüseynova
“Biz gələcəyin Skautlarıyıq!” – Ayşən Rüstəmova
“Yoqa Terapiyası” – Günel Hacıyeva
“Plastik tullantılar – Dəyişiklik bizdən başlayır” – Əfsanə Məmmədova
“Beyin və bədən sinergiyası: fiziki fəaliyyətlərin akademik həyata inteqrasiyası” – Yeganə Məmmədova
Bu layihələr şagirdlərin akademik, sosial, fiziki və ekoloji bacarıqlarını inkişaf etdirməyə yönəlmiş genişmiqyaslı fəaliyyətləri əhatə edir.![]()












