AzTehsil.com


Xəbərlər / Ekspert / Müəllim
30 may 2022
997


Nadir İsrafilov: Yeganə təsəllim odur ki, bu gün də müəllimlərin əhatəsindəyəm.




Yeganə təsəllim odur ki, bu gün də müəllimlərin əhatəsindəyəm və onlar mənə müəllim olduğumu unutdurmurlar...

Artıq neçə illərdir ki,  başlıca məşğuliyyətim əsasən klasskləri oxumaq, əlimin altında olan müasir ədəbiyyatlarla tanış olmaq, retro və son illərdə istehsal olunan filmlərə baxmaq, media təmsilçilərinin və dostluğumda olan feysbuk istifadəçilərinin əlaqar suallarını cavablandırmaq, dəvət olunduğum müxtəlif səpgili tədbirlərə qatılmaq, televiziya və sosial şəbəkələr üzərindən aparılan video görüşlərə qoşulmaq və şəxsi yaradıcılığimla bağlı digər məsələlərlə məşğul olmaqdan ibarət olub. Müəyyən gərginlik və yorğunluqdan arada bir, xəyal və düşüncələrə qapılmaq hallarım da olur.


Baxmayaraq ki, bu sahə üzrə akademik təhsil belə aldım, müxtəlif ali məktəblərdə, müəllimlərin və rəhbər pedaqoji işçilərin ixtisasartırmə və yenidən hazırlanma kurslarında mühazirələr oxudum, təhsil sahəsi üzrə müxtəlif təlimlərə və treninqlərə cəlb olundum, Respublika səviyyəli və beynəlxalq miqyaslı diplomlara və sertifikatlara layiq görüldüm. Bununla belə bunların heç biri sıravi müəllim peşəsi sahəsində əldə edə biləcəklərimi əvəz edə bilməyəcəkdi. Mən, məndən asılı olmayan bir sıra obyektiv və subyektiv səbəblərdən əvvəlcə o qədər də həvəsində olmayan məmur, sonradan isə mücərrəd xarakter daşıyan ekspertə çevrildim.


Belə düşüncələrdən biri, “Yenidən həyata gəlsəydiniz hansı peşəni seçərdiz” sualına cavab axtarmağım olub. Yəni mənə belə bir sual versəydilər, cavabım nə olardı... İstər-istəməz belə bir sualın mənə veriləcəyi halda, nə cavab verəcəyim barədə düşünərkən,  öz-özümə qəti qərara gəldim ki, bununla bağlı mənə yeni bir şans verilsəydi, tərəddüd etmədən müəllim olardım - deyərdim. Çünki, mən öz arzum və istəyimlə müəllim peşəsini seçsəm də, müəllimlik peşəsi üzrə ali təhsil alsam da, 5 illik təyinat müddəti istisna olmaqla, bu şolubərəfli peşədə çalışmaq mənə müyəssər olmadı, yalnız müəyyən dairələrdə təhsil eksperti kimi tanınmağımdan savayı, peşəkar müəllim səviyyəsinin dərinliklərinə nüfuz etmədi.


 Nə dərəcədə etibarlı mənbəə olub-olmadığını dəqiq deyə bilmərəm, ancaq maraqlıdır ki, ABŞ konqresi Kitabxanasının konkret şəxslərə həsr edilmiş monoqrafiyaların sayına əsasən tərtib edilən və 2008-ci ilin əvvəlinə aid kataloqlarının məlumatları əsasında hazırlanan, İmmanuel Kant, Avraam Linkoln, Fridrix Hegel, Ziqmund Freyd, Fridrix Nitsşe kimi digər onlarla tanınmışların yer aldığı, Onore de Balzak və Fridrix Şellinqin müvafiq olaraq 271 və 270 səslə qapandığı “Tarixdə ən çox öyrənilən şəxsiyyətlər siyahısı”nda 3180 səslə birinci yerə layiq bilinən alman filosofu Karl Marksla bağlı gənclik illərimdə oxuduğum bir əhvalatı xatırladım.


Jurnalistlər Marksa bir neçə sualla müracət edərkən, yadımda qaldığığı qədər “Qiymətləndirdiyin ən insani keyfiyyət” sualını - “səmimiyyət”, “Ən çox sevdiyin müəllif və əsər” sualını - “Homer, İliada”, “Ən çox bəyəndiyin insan adları” sualını – “Janna və Laura” (öz qızlarının adları) “Ən çox xoşladığın rəng” – “qırmızı”, “Ən çox meyl etdiyin qida” – “balıq əti” Yenidən dünyaya gəlsəydiniz hansı peşəni seçərdiniz sualını “iqtisadçı” və s. kimi cavablandırıb.


 Indi, özümü Marksa oxşatmaq anlamına gəlməsin, mənim də şüurlu fəaliyyətim boyu insanlarda qiymətləndirdiyim ən yüksək keyfiyyət səmimiyyət olub və daim səmimi insanların əhatəsində olmağıma səy göstərmişəm, baxmayaraq ki, müəyyən məqamlarda yanıldığım hallar da olub. O ki, qaldı yenidən dünyaya gəlsəydim, hansı peşəni seçəcəyimə - birmənalı şəkildə müəllimliyi. Çünki, bir vaxtlar seçim etməkdə elə də bir müstəqilliyimiz olmayıb. Başqa sözlə partiya nə məsləhət bilibsə, o da olmalı idi. Sən partiyaya orda yox, burda lazımsan prinsipinə tabe olmamaq isə karyerana baha başa gələ bilərdi. Başqa sözlə, “Ağa deyir sür dərəyə, sür dərəyə!”


Kimlərə qəribə və təəccüblü görünsə də, ən sevdiyim və bu gün də təkrarən oxumaqda olduğum müəlliflər Fyodor Dostoyevski və Frans Kafka olub. İnsanda pessimiz meyllərini gücləndirsə də, həyatı daha dərindən, bütün həqiqətləri ilə olduğu kimi dərk etməkdə mənə yardımçı olub. İndi, daha dərindən dərk etməyə başlamışam ki, “Həyata yenidən gəlsəydim, saniyələrin nəbzini tutardım." Yeganə təsəllim odur ki, bu gün də müəllimlərin əhatəsindəyəm və onlar mənə müəllim olduğumu unutdurmurlar...




Загрузка...
Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

İmtahana necə hazırlaşmalı ?

İmtahana necə hazırlaşmalı ?

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Metodbirləşmələr

Metodbirləşmələr

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

FİLM, CİZGİ FİLMİ, İNTERNET VƏ UŞAQLAR

FİLM, CİZGİ FİLMİ, İNTERNET VƏ UŞAQLAR

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Nümunəvi intizam qaydaları

Nümunəvi intizam qaydaları

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Müəllimlərin “Nobel”inə namizəd olan yeganə azərbaycanlı: “MDB məkanı və ölkəmizi təmsil edən yeganə müəllim idim”

Müəllimlərin “Nobel”inə namizəd olan yeganə azərbaycanlı: “MDB məkanı və ölkəmizi təmsil edən yeganə müəllim idim”

"Tələbələr müəllimlərin güzgüsüdür, yaxşı müəllimi tələbəsi həmişə axtarır, tələbənin adi bir sözlə təbriki müəllim üçün dünyadır"

"Tələbələr müəllimlərin güzgüsüdür, yaxşı müəllimi tələbəsi həmişə axtarır, tələbənin adi bir sözlə təbriki müəllim üçün dünyadır"

İdarəçilik səviyyələri və rəhbərlik üslubu, liderlik nadir idarə etmək keyfiyyətidir

İdarəçilik səviyyələri və rəhbərlik üslubu, liderlik nadir idarə etmək keyfiyyətidir