AzTehsil.com


Xəbərlər / Ekspert / Müəllim
01 may 2022
1 380


Nadir İsrafilov: Bəli, həqiqətən də hər bir insan öz daxili dünyasının əksidir.




“Biz müəllimlər hamıya örnək olmalıyıq. Çünki, təlim – tərbiyənin başında biz dayanırıq…”


Bəli, həqiqətən də hər bir insan öz daxili dünyasının əksidir. İnsan necə düşünürsə, həyatda da elədir. Həyatda elə bizim öyrəndiyimiz, öyrənəcəyimiz, öyrənməyi hələ bundan sonra da öyrənməkdə davam edəcəyimiz  böyük müəllimlərimiz olub. Bunların biri də bu gün anım gününü ühtiramla yad etdiyimiz Azərbaycan maarifinə nə az, nə çox, düz 23 il rəhbərlik etmiş, hədsiz dərəcədə aydın, işıqlı, xeyirxah, qayğıkeş, gözütox, təmənnasız, millətsevər, xalqına bağlı  böyük bir insan, təhsil fədaisi,  ziyalılıq etalonu, nəsillərə örnək ola biləcək bir şəxsiyyət – akademik Mehdi Mehdizadədir.


Pedaqogika və təhsilə dair  çoxlu sayda monoqrafiya və məqalənin müəllifi, iki hissədən ibarət “Pedaqogika” dərs vəsaitinin həmmüəllifl,  10 cildlik “Azərbaycan Sovet Ensiklopediyası”nın, Moskvada nəşr olunan dördcildlik “Pedaqoji Ensiklopediya”nın, ikicildlik “Pedaqoji lüğət”in müəlliflərindən biri görkəmli təhsil qurucusu və təşkilatçısı,  akademik M. Mehdizadə hesab edirdi ki, təhsil kiminsə mülahizəsi, dirijor çubuğu ilə yox, elmi-pedaqoji əsasda qurulmalı və idarə olunmalıdır: “Biz müəllimlər hamıya örnək olmalıyıq. Çünki təlim-tərbiyənin başında biz dayanırıq. Böyüyən nəsli həyata biz hazırlayırıq…”


Təhsilimizin korifeyi akademikin sözün bütün mənalarınd ziyalılığı barədə kimlər nələr deməyib, nələr yazmayıb… Xalq rəssamı Mikayıl Abdullayev, Xalq artisti, bəstəkar, professor Süleyman Ələsgərov, akademik Fuad Qasımzadə, akademik Budaq Budaqov, akademik Hüseyn Əhmədov, professor Əbdül Əlizadə, professor  Bəşir Əhmədov, professor Zahid Qaralov, professor Yəhya Kərimov, professor Şəmistan Mikayılov, professor İmanverdi Əbilov,  professor Əjdər Ağayev, professor Rəfiqə Mustafayeva, professor Vidadi Xəlilov, daha kimlər, kimlər…


“Akademik Mehdi Məmməd oğlu Mehdizadə pedaqogika elminin korifeylərindən biri, maarif quruculuğunun görkəmli təşkilatçısı kimi tanınmışdı” (Akademik, keçmiş SSRİ Maarif naziri M. A. Prokofyev) ; “Akademik M. Mehdizadənin pedaqogika elminin, pedaqoq alimlərin inkişafında, formalaşmasında böyük zəhməti, mühüm rolu olmuşdur”( Akademik, keçmiş SSRİ PEA-nın prezidenti M. İ. Kondakov) ;  “Akademik M. Mehdizadə çox nadir istedada malik alim, müdrik el ağsaqqalı kimi SSRİ Pedaqoji Elmlər Akademiyasının Rəyasət Heyətində, Akademiyanın həqiqi və müxbir üzvləri arasında böyük nüfuza malik idi” (Akademik, keçmiş  PEA-nın vitse prezidenti A.G.Xripkova) ; “Pedaqogikanın tarixi və nəzəriyyəsi sahəsində böyük alim kimi M. Mehdizadənin şöhrəti Azərbaycanın hüdudlarından çox-çox kənara yayılmışdır. Akademik Mehdi Mehdizadə sözün həqiqi mənasında pedaqogika elmimizin Günəşi idi”. (SSRİ PEA-nın və Qırğızıstan Elmlər Akademiyasının akademiki Əziz İzmaylov) ; “Akademik M. Mehdizadə müdrik insan, çox böyük nəzəriyyəçi pedaqoq alim və etibarlı məsləhətdaşımız idi”. (Akademik, Gürcüstan Respublikasının Əməkdar Elm Xadimi D.O.Lordkipianidze)


Əməkdar müəllim Miriş Hüseynov görün akademik M. Mehdizadə haqqında nə deyirdi: “1984-cü ilin yazı idi. Mehdi müəllimdən məktub aldım. Sevindim. Oxuyub mütəəssir oldum: “Əzizim Miriş müəllim! “Azərbaycan xalq təhsilinin sürətli inkişafı” adlı əsərimə rəy yazmağınızı xahiş edirəm”.


Təsəvvür edirsinizmi, akademik adi kənd müəllimindən kitabına rəy yazmasını xahiş edir. Bu, onun sadəliyi ilə yanaşı, öz müəllimini yaxşı tanımasından, onun qələminə və savadına bələd olmasından irəli gəlirdi. Akademik yazdıqları haqqında əyalət müəlliminin də fikirlərini bilmək istəyirdi. Onun gecə-gündüz düşündüyü, fikri-zikri Azərbaycan xalqının gələcəyi, böyüyən nəslin təhsili, təlim-tərbiyəsi idi. Onun müasirlərinin, onunla birgə çalışanların xatirələrini dinləyəndə, yaxud oxuyanda, onun nə qədər alicənab insan olduğunun bir daha şahidi olursan.


Bu mənada, bir zamanlar onunla bir yerdə çalışmış, vaxtilə Nazirliyin kadrlar şöbəsinin rəisi işləmiş Nəcəf Nəcəfovun fikirləri çox dəyərlidir: “Mərhum Mehdi müəllim milli dəyərlərimizin, təhsilimizin, elmimizin vicdanı, abır-həyası, ləyaqəti, şərəfi olub. O, nazir idi, mən şöbə rəisi. İnanın, bir dəfə də olsun onda biganəlik, laqeydlik, özündənrazılıq görmədim. Eşitsəydi ki, Kəlbəcərdə, Laçında, Yardımlıda bir müəllimin ürcahına təbii fəlakət çıxıb, vallah, onun ağrı-acısını öz canında çəkər, hiss edərdi. Ölkəmizdə bütün məktəbləri gəzər, müəllimlərlə, azyaşlı şagirdlərlə doğması, əzizi kimi görüşər, imkan daxilində onların qayğısına qalardı. O, dünya şöhrətli elm xadimi, akademik idi. İnanın, özünü adi müəllim kimi aparar, böyüklüyünü, ucalığını, nazirliyini üstün tutmaz, öyünməz, hikkəli, ədalı, zəhmli olmazdı.”


Özündən sonra böyük irs qoyub getmiş akademik Mehdi Mehdizadənın diqqəti, qayğısı sayəsində Hüseyn Əhmədov, Sədi İmanov, Əzız Əfəndizadə, Nurəddin Kazımov, Bəşir Əhmədov, Zahid Qaralov, Yəhya Kərimov, Bəylər Ağayev, Əbdül Əlizadə, Şəmistan Mikayılov, Əjdər Ağayev, Yusif Talıbov, Seyidağa Həmidov, Sadıq Saqdıqov, Ağarəhim Rəhimov, Vidadi Xəlilov və bir çox digərləri kimi müxbir üzvləri, elmlər doktorları, professorlar yetişib. Mən də qürrələnirəm və fəxr edirəm ki, hələ gənc yaşlarında ikən Mehdizadə kimi dahi şəxsiyyətlə birgə işləmək mənə də nəsib olub. Bir daha şahidi olursan ki, yalnız yüksək şəxsiyyətə malik olan fərdlər yüksək mənəviyyata nail ola bilərlər…




Загрузка...
Həmçinin oxuyun:
Nəyə nail olmuşamsa, bu gəncliyimdə mənə verilən dəstəyin hesabına olub.

Nəyə nail olmuşamsa, bu gəncliyimdə mənə verilən dəstəyin hesabına olub.

Bu gün akademik Mehdi Mehdizadənin anım günüdür

Bu gün akademik Mehdi Mehdizadənin anım günüdür

Müəllim də anadan müəllim doğulmayıb, Müəllimin özü də müəllimsiz olmayıb.

Müəllim də anadan müəllim doğulmayıb, Müəllimin özü də müəllimsiz olmayıb.

“Biz hamımız aldığımız tərbiyənin övladlarıyıq”

“Biz hamımız aldığımız tərbiyənin övladlarıyıq”

Nadir İsrafilov: "İllər keçsə də heç yadımdan çıxmır"

Nadir İsrafilov: "İllər keçsə də heç yadımdan çıxmır"

Mənim ilk karyeramı “əngəlləyən” böyük insan...

Mənim ilk karyeramı “əngəlləyən” böyük insan...

“Bir müəllimin xatirələri”

“Bir müəllimin xatirələri”

"Azərbaycan tarixi" ni fənn kimi tədris etməyi tapşırdı - Cəbrayılda adına məktəb tikilən nazir

"Azərbaycan tarixi" ni fənn kimi tədris etməyi tapşırdı - Cəbrayılda adına məktəb tikilən nazir

Mehriban Əliyeva: “Azərbaycan Ordusuna hədsiz dərəcədə minnətdarıq”

Mehriban Əliyeva: “Azərbaycan Ordusuna hədsiz dərəcədə minnətdarıq”

Təhsilin əsas vəzifəsi anlamın mükəmməlləşməsinə kömək etməkdir-Nadir Israfilov

Təhsilin əsas vəzifəsi anlamın mükəmməlləşməsinə kömək etməkdir-Nadir Israfilov

"Sözün bütün mənalarında əsil Azərbaycan ziyalısı, el ağsaqqalı idi"-Nadir İsrafilov

"Sözün bütün mənalarında əsil Azərbaycan ziyalısı, el ağsaqqalı idi"-Nadir İsrafilov

Uğur qazanmağın yolları

Uğur qazanmağın yolları

Xeyirxahlıq ən yüksək əxlaqi dəyərdir - Bu gün o gündür

Xeyirxahlıq ən yüksək əxlaqi dəyərdir - Bu gün o gündür

ADPU-nun Quba Filialında 20 Yanvar faciəsinə həsr edilən anım mərasimi keçirilib

ADPU-nun Quba Filialında 20 Yanvar faciəsinə həsr edilən anım mərasimi keçirilib

Adil Qeybulladan Bill Qeytsin qorxulu xəbərdarlığına reaksiya

Adil Qeybulladan Bill Qeytsin qorxulu xəbərdarlığına reaksiya

Məleykə Abbaszadə: Bizim valideynlər müəllimə yol tapmaq üçün hər bir üsula əl atırlar

Məleykə Abbaszadə: Bizim valideynlər müəllimə yol tapmaq üçün hər bir üsula əl atırlar

Akademik Zərifə Əliyevanın anım günüdür

Akademik Zərifə Əliyevanın anım günüdür

Niyə bizim müəllimlər öz təcrübələrinə istinad edərək belə kitablar yazmasınlar ?– Ekspertdən əsaslandırma

Niyə bizim müəllimlər öz təcrübələrinə istinad edərək belə kitablar yazmasınlar ?– Ekspertdən əsaslandırma

Hansı tərz valideynlik daha yaxşı insan formalaşdırır?

Hansı tərz valideynlik daha yaxşı insan formalaşdırır?

Şuşa İslam dünyasının paytaxtı elan olunacaq

Şuşa İslam dünyasının paytaxtı elan olunacaq

Etiraf etməliyik ki, müasir dövrümüzdə tərbiyə məsələləri öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını hələ tam itirməsə də, itirməyə meyillidir.

Etiraf etməliyik ki, müasir dövrümüzdə tərbiyə məsələləri öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını hələ tam itirməsə də, itirməyə meyillidir.

“İlk növbədə dəyişməyə ehtiyacı olan üçlük bunlardır"—Nadir İsrafilov yazır

“İlk növbədə dəyişməyə ehtiyacı olan üçlük bunlardır"—Nadir İsrafilov yazır

Bakıda “Öyrənməyi öyrənək” layihəsi çərçivəsində İkinci Beynəlxalq Təlim Konfransı keçirilir

Bakıda “Öyrənməyi öyrənək” layihəsi çərçivəsində İkinci Beynəlxalq Təlim Konfransı keçirilir

Nadir İsrafilovun həyat yoluna həsr olunmuş kitab çap olunub.

Nadir İsrafilovun həyat yoluna həsr olunmuş kitab çap olunub.