Xəbərlər
10 aprel 2022
2 494


Bu gün 900-dən çox şagird DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı verəcək


Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirəcək.


DİM-dən bildirilib ki, imtahanda 915 şagirdin iştirakı gözlənilir. İmtahan Bakı şəhərində təşkil olunacaq və saat 11:00-da başlanacaq. Saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn şagirdlər imtahana buraxılmır. İmtahana buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.


Şagirdlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:


– şəxsiyyət vəsiqəsini (vəsiqədə şəkli olmayan şagirdlər təhsil aldıqları məktəb tərəfindən verilən arayışı (arayışa şagirdin 3×4 ölçülü şəkli yapışdırılır və möhürlə təsdiqlənir);


– imtahana buraxılış vərəqəsini;


– sağlamlıq haqqında bəyannaməni.


Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.


Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi yer, bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı qeyd olunub.


İmtahan qaydalarına aid “Yaddaş kitabçası” ilə DİM-in saytında yerləşdirilmiş linkdən tanış olmaq mümkündür.


Test imtahanı Azərbaycan dili və riyaziyyat fənləri üzrə Azərbaycan dilində aparılır.


Hər fənn üzrə şagirdlərə 30 qapalı tipli sual təqdim edilir.


İmtahanın müddəti 90 dəqiqədir.


İmtahanın keçirilməsi üçün 4 bina ayrılıb. İmtahanın idarə olunmasına 10 imtahan rəhbəri, 4 ümumi imtahan rəhbəri, 82 nəzarətçi-müəllim, 8 buraxılış rejimi əməkdaşı cəlb edilib.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
DİM bu gün qəbul imtahanı keçirəcək

DİM bu gün qəbul imtahanı keçirəcək

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə qəbul imtahanları keçirəcək

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə qəbul imtahanları keçirəcək

Sabah 24 minədək doqquzuncu sinif şagirdi buraxılış imtahanı verəcək

Sabah 24 minədək doqquzuncu sinif şagirdi buraxılış imtahanı verəcək

İyulun 26-ı imtahan verən abituriyentlərin nəzərinə

İyulun 26-ı imtahan verən abituriyentlərin nəzərinə

DİM iyulun 27-28-də qəbul imtahanı verəcək abituriyentlərə müraciət edib

DİM iyulun 27-28-də qəbul imtahanı verəcək abituriyentlərə müraciət edib

Bu gün 22 mindən çox doqquzuncu sinif şagirdi buraxılış imtahanı verəcək

Bu gün 22 mindən çox doqquzuncu sinif şagirdi buraxılış imtahanı verəcək

Sabah 9 minə yaxın şagird buraxılış imtahanı verəcək

Sabah 9 minə yaxın şagird buraxılış imtahanı verəcək

Bu gün 11-ci siniflər üçün buraxılış imtahanları keçirilir

Bu gün 11-ci siniflər üçün buraxılış imtahanları keçirilir

DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək

DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək

Bu gün mindən çox şəxs buraxılış imtahanı verəcək

Bu gün mindən çox şəxs buraxılış imtahanı verəcək

Bu şəxslər qəbul imtahanına buraxılmayacaqlar

Bu şəxslər qəbul imtahanına buraxılmayacaqlar

DİM buraxılış imtahanı keçirir

DİM buraxılış imtahanı keçirir

Növbəti buraxılış imtahanı keçirilir

Növbəti buraxılış imtahanı keçirilir

DİM imtahanda iştirak edə bilməyənlərə şans verdi - Yenidən imtahan keçiriləcək - AÇIQLAMA

DİM imtahanda iştirak edə bilməyənlərə şans verdi - Yenidən imtahan keçiriləcək - AÇIQLAMA

Bu gün 17021 abituriyent üçün buraxılış imtahanı KEÇİRİLİR

Bu gün 17021 abituriyent üçün buraxılış imtahanı KEÇİRİLİR

24 şəhər və rayonda şagirdlər buraxılış imtahanı verəcək

24 şəhər və rayonda şagirdlər buraxılış imtahanı verəcək

Bu gün 4606 nəfər imtahan verir

Bu gün 4606 nəfər imtahan verir

Hərbi liseylərə və Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanları keçiriləcək

Hərbi liseylərə və Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanları keçiriləcək

Növbəti buraxılış imtahanı keçirilir

Növbəti buraxılış imtahanı keçirilir

Buraxılışda iştirak etməyən şagirdlər imtahan verəcəklər - Bu tarixdə

Buraxılışda iştirak etməyən şagirdlər imtahan verəcəklər - Bu tarixdə

Sabahdan tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına başlanılır

Sabahdan tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına başlanılır

Ərizə qəbulu davam edir

Ərizə qəbulu davam edir

Bu gün 10 mindən çox şagird buraxılış imtahanı verir

Bu gün 10 mindən çox şagird buraxılış imtahanı verir

Buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün NÖVBƏTİ ŞANS

Buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün NÖVBƏTİ ŞANS