AzTehsil.com


Xəbərlər / Ekspert
31 mart 2022
1 229


Elşən Qafarov : Bu valideyinlərlə məktəb rəhbərləri arasında narazılıq yarada bilər.




Uzun illərdir ki , ümumitəhsil məktəblərində təhsilalanların geyim forması müzakirə mövzusu olmuşdur. 2010-cu ildən qeyri-rəsmi olaraq Bakı Tikiş Evinin tikdiyi məktəbli forması tətbiq olunurdu.Həmin forma əsasən şəhərlərdə yerləşən məktəblərdə istifadə olunsa da , ucqar kənd və qəsəbələrdə bütün şagirdlər  bu formanı geymirdilər.

 

 Qeyd edim ki , özəl ümumi təhsil məktəblərində təhsilalanlar əvvəlki kimi təhsil aldıqları məktəbin nizamnaməsində göstərildiyi kimi geyinəcəklər. 29 mart 2019-cu il tarixində qəbul edilən “Ümumi təhsil haqqında Azərbaycan Respublikasının  Qanunu”nun 12-ci maddəsinin 13-cu bəndində göstərilir ki ,  dövlət ümumi təhsil müəssisəsində təhsilalanlar üçün təsvirləri müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq edilir.Eyni zamanda “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”nun 14-cu maddəsinin 10-cu bəndində də eyni fikir təsdiq edilmişdir. Pandemiyanın başlanması bu məsələnin tətbiqini gecikdirdi. 17 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 96 №-li Qərarı ilə dövlət mülkiyyətində olan ümumi təhsil məktəblərində təhsilalanların geyim formalarının eskizləri təsdiq edildi. 


Təsdiq edilmiş eskizlər cəmiyyətdə birmənalı qarşılanmayıb . Belə ki, məlum qərarda şagirdlərin yay və qış geyimləri də daxil olmaqla 4 esgiz təsdiq olunub və göstərilir ki , hər bir məktəb  Pedaqoji Şuranın qərarına uyğun olaraq bu esgizlərin birini tətbiq edə bilər. Bunun üçün vaxt göstərilməyib. Ölkədə 4432 ümumi təhsil məktəbində 1 milyon 600 min şagird təhsil alır. Onların geyim formasını hazırlamaq üçün kifayət qədər vaxt lazımdır. Bakı Tikiş Fabrikinin rəhbərliyi bildirir ki, yeni forma ilə bağlı sifarişlər daxil olmayıb, yəni yeni formanı tikməyə başlamayıblar. Bu 4 esgizdən hansından neçə dəst tikilməlidir sifariş və ya proqnoz yoxdur. Düşünürəm ki , Təhsil Nazirliyi 96 №-li Qərarın yerinə yetirilməsi mexanizmi  ilə bağlı əmr verməli və Təhsil Nazirliyi müəyyən etməlidir , ibtidai təhsil səviyyəsində ( I-IV siniflərdə və məktəbəhazırlıqda ) , ümumi orta təhsil səviyyəsində ( V-IX siniflərdə ) , tam orta təhsil səviyyəsində ( X-XI siniflərdə ) və yaxud liseylərdə . gimnaziyalarda təhsilalanlar hansı esgizi geyinməlidir. Bu məsələni məktəblərin ixtiyarına vermək pərakəndəlik yaradar ,  Qərar tam yerinə yetirilməyəcək , nəticədə süni narazılıqlar yaranacaq.


Qərarda baş örtüyü nəzərdə tutulmayıb . Qız şagirdlərinin bir qismi dindar ailənin övladlarıdır və hicab geyinirlər. Bu məsələyə aydınlıq gətirilməli idi. Düşünürəm bir qeyd şəklində göstərilməli idi ki, ağ rəngdə hicab geyinilə bilər . Bu qeyri müəyyənlik həmin dindar qism valideyinlərlə məktəb rəhbərləri arasında narazılıq yarada bilər və qərarda bu nəzərə alınmalı idi.


Qərarda göstərilir ki, hər bir məktəbin xüsusi emblemi vurulmalıdır, məktəbli formalarına. Bu emblem hansı vəsait hesabına hazırlanmalıdır göstərilməyib. Hər bir məktəb istəyəcək ki , daha yaxşı düzəldilmiş emblem olsun onun şagirdlərinin geyimində və görünür ki bu emblem valideyinlərin hesabına hazırlanacaq ki, bu da məktəbdə kütləvi pulyığmalara və haqlı narazılıqlara gətirib çıxardacaq.


Ümumilikdə 96 №-li qərarı müsbət qiymətləndirirəm. Baxmayaraq ki , bu gün   bir çox ölkələrdə vahid məktəbli geyimləri ləğv olunur ( məsələn Türkiyə . Gürcüstan və s) vahid məktəbli geyimi çagirdlər arasında sosial bərabərsizliyi aradan qaldırır və bu da təlim – tərbiyyə prosesinin təşkilinə yardım edən əsas amillərdən biridir.




Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyi vahid məktəbli forması ilə bağlı məsələyə aydınlıq gətirib

Təhsil Nazirliyi vahid məktəbli forması ilə bağlı məsələyə aydınlıq gətirib

Məktəblərdə yeni geyim formaları tətbiq olunacaq

Məktəblərdə yeni geyim formaları tətbiq olunacaq

İlham Əliyev çox vacib FƏRMAN imzaladı-RƏSMİ

İlham Əliyev çox vacib FƏRMAN imzaladı-RƏSMİ

Nadir İsrafilov: Pandemiya ilə bağlı vəziyyət isə məktəbli forması məsələsini bir az da arxa plana keçirmiş oldu.

Nadir İsrafilov: Pandemiya ilə bağlı vəziyyət isə məktəbli forması məsələsini bir az da arxa plana keçirmiş oldu.

Məktəbli forması nümunələri ilə bağlı ictimai rəy öyrənilir

Məktəbli forması nümunələri ilə bağlı ictimai rəy öyrənilir

Məktəblərdə vahid forma necə müəyyənləşdirilir?- Dizayn və qiymət fərqləri

Məktəblərdə vahid forma necə müəyyənləşdirilir?- Dizayn və qiymət fərqləri

Azərbaycanda vahid məktəbli geyimi dəyişdirilir

Azərbaycanda vahid məktəbli geyimi dəyişdirilir

Azərbaycanda “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edildi - FƏRMAN

Azərbaycanda “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edildi - FƏRMAN

“Təhsil haqqında” qanuna dəyişiklik qəbul edildi

“Təhsil haqqında” qanuna dəyişiklik qəbul edildi

Məktəbli formalarında ediləcək yeniliklərlə bağlı açıqlama: “Bunun üçün böyük vaxt lazımdır”

Məktəbli formalarında ediləcək yeniliklərlə bağlı açıqlama: “Bunun üçün böyük vaxt lazımdır”

Bölgələrdə məktəbli forması problemi

Bölgələrdə məktəbli forması problemi

12 illik təhsilə keçidi reallaşdırmaq mütləqdir-TƏKLİF

12 illik təhsilə keçidi reallaşdırmaq mütləqdir-TƏKLİF

“Təhsil haqqında” qanunda dəyişikliklər edildi - FƏRMAN

“Təhsil haqqında” qanunda dəyişikliklər edildi - FƏRMAN

Şagirdlər hazırda istifadədə olan geyim formalarını nə vaxta qədər geyinə bilərlər?

Şagirdlər hazırda istifadədə olan geyim formalarını nə vaxta qədər geyinə bilərlər?

Məktəblərdə şagirdlərin hicab taxmasına heç bir məhdudiyyət, qadağa yoxdur

Məktəblərdə şagirdlərin hicab taxmasına heç bir məhdudiyyət, qadağa yoxdur

Şagirdlərin saç düzümünə məhdudiyyət qoyulmalıdırmı?

Şagirdlərin saç düzümünə məhdudiyyət qoyulmalıdırmı?

Xaricdə təhsil alan dindarlara nəzarət güclənir - qanun sərtləşir

Xaricdə təhsil alan dindarlara nəzarət güclənir - qanun sərtləşir

Təhsil Nazirliyindən vahid məktəbli forması ilə bağlı AÇIQLAMA

Təhsil Nazirliyindən vahid məktəbli forması ilə bağlı AÇIQLAMA

Nadir İsrafilov: "Bu il məktəbli formalarında dəyişiklik mümkün olmayacaq."

Nadir İsrafilov: "Bu il məktəbli formalarında dəyişiklik mümkün olmayacaq."

Məktəblilər üçün yeni geyim nümunələri təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub

Məktəblilər üçün yeni geyim nümunələri təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub

Azərbaycanda vahid məktəbli forması tətbiq ediləcək tarix AÇIQLANDI

Azərbaycanda vahid məktəbli forması tətbiq ediləcək tarix AÇIQLANDI

Bakıda vahid məktəbli forması ləğv edilir?

Bakıda vahid məktəbli forması ləğv edilir?

Yeni məktəbli formalarının qiyməti necə hesablanacaq?

Yeni məktəbli formalarının qiyməti necə hesablanacaq?

Digər ölkələrdə məktəblilər necə geyinir?

Digər ölkələrdə məktəblilər necə geyinir?