Şagirdlər hazırda istifadədə olan geyim formalarını nə vaxta qədər geyinə bilərlər?
Azərbaycanda şagirdlər hazırda istifadədə olan geyim formalarını gələn tədris ilinin sonunadək (15 iyun 2023-cü il) geyinə bilərlər.
Bu, Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında qərarında əksini tapıb.
Sənəddə bildirilib ki, hazırda istifadədə olan geyim formaları 2022/2023-cü tədris ilinin sonunadək tətbiq edilə bilər.