Mərkəzi Elmi Kitabxanaya yeni nəşrlər təqdim edilib
AMEA Mərkəzi Elmi Kitabxananın (MEK) fondlarına müəlliflər tərəfindən müxtəlif elm sahələrini əhatə edən dərsliklər, monoqrafiyalar, şeir, aşıq sənətinə, həmçinin Qarabağ müharibəsinə həsr olunmuş yeni nəşrlər təqdim edilib.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, yeni nəşrlər sırasında “Teatrşünaslığın müasir problemləri”, “Mütərəqqi tribotexniki avadanlıqlar və vasitələr”, “İri seriyalı istehsalda texnoloji proseslərin strukturu. Monoqrafiya”, “Beynəlxalq münasibətlər ixtisasında ingilis dilinin tədrisi”, “Sosial psixologiya. Dərs vəsaiti”, “Nizami Gəncəvi obrazı bədii ədəbiyyatda”, “Şeirlər”, “Şifahi ənənəli Azərbaycan professional musiqisi: aşıq və xanəndə yaradıcılığı”, “Turan-türk tarixində Əfrasiyab və Oğuz Xaqan” , “Vətən harayı. 44 şeir” və digərləri mövcuddur.
Qeyd edək ki, ötən altı ay ərzində müəlliflər tərəfindən kitabxanaya 10 mindən çox kitab hədiyyə olunub.