AzTehsil.com


Xəbərlər / Ekspert
06 may 2021
1 324


Təhsilin, innovasiyaların, iqtisadi tərəqqinin açarı



Təhsilin, innovasiyaların, iqtisadi tərəqqinin açarı

 

Təhsilin, innovasiyaların, iqtisadi tərəqqinin açarı
Dos. İlham Əhmədov

 Bildiyiniz kimi, bir həftə əvvəl  ölkənin 3 mühüm nazirliyinin  iştirakı (TN, İN,  RNYTN) ilə "Təhsil, innovasiyalar və iqtisadiyyat” mövzusunda panel müzakirəsi keçirildi. Bu gün  bu 3 nazirliyi birləşdirə bilən yeganə termin distant təhsil ola bilər.
 
Çünki, bu  termin təhsil, texnologiya, innovasiya, rəqəmsal iqtisadiyyat, insan kapitalı  kimi mühüm amillərin  sinergetik inkişafını nəzərdə tutur.  Əvvəllər qeyd  etdiyimiz kimi,  mükəmməl  distant təhsil sistemi  nəinki bir universitet, heç təhsil nazirliyinin gücü ilə də yaradıla bilməz. RF-da 25 il əvvəl bu işi 6-7 nazirliyin iştirakı ilə yaradılmış   dövlət komissiyası  5 ilin ərzində həyata keçirmişdi. Ölkəmizdə bu günə qədər  distant təhsilin yaradılmamasında bu 3 nazirliyin "xüsusi xidmətləri" olub. 

ABŞ Futuroloqu Tomas Fyer yazır: "hesab edirəm ki, 2030-cu ildə ən güclü İnternet Biznes bu gün heç kimin tanımadığı təhsil şirkəti olacaqdır”. Yəni, çox yaxın gələcəkdə  dünyada ən böyük biznes  İnternet üzərindən olan təhsil xidmətləri,  onlayn  təhsil bazarı olacaqdır. Çünki, innovasiya cəmiyyətində hamı, hər zaman oxumaq məcburiyyətində olacaq. Belə kütləvi oxuma, təhsil alma prosesi yalnız  distant təhsil texnologiyaları ilə təşkil edilə bilər. 

 B.Geyts hələ 20 il əvvəl deyirdi ki, yaxın illərdə sizin biznesiniz ya İnternetdə olacaq, ya da sizin heç bir biznesiniz olmayacaq.  Daha sonralar o qeyd edirdi ki, yaxın zamanlarda  universitetlər İnternetlə rəqabət apara bilməyəcəklər.  Artıq hər iki proqnoz  özünü doğrultmuşdur, bu artıq reallıqdır.  Biznes, o cümlədən təhsil xidmətləri İnternet üzərindən reallaşır və universitetlər bu rəqabətdə uduzurlar. Baxmayaraq ki, bu universitetlər 20-25 ildir distant  təhsil yaradılması və onun təkmilləşdirilməsi istiqamətində intensiv  işləyiblər. Bu istiqamətdə heç bir iş görməyən  bizim universitetlərin sonu nə olacaq?  

Proqnozlara görə   2030-cu ildə qlobal onlayn təhsil bazarının tutumu 10 trilyon dollar olacaqdır (bizdə neft tükənən ərəfədə). Bu bazarda hələlik  bizim payımız yoxdur, belə getsə olmayacaq da. Bizdə son 15 ildə təhsildə aparılan çoxmilyardlıq təmir-tikinti işlərinə yönəli maliyyənin müəyyən hissəsini distant təhsilin inkişafına yönəltsəydik, bu gün onlayn təhsil bazarında mövqeyimiz ola bilərdi.  Virtual təhsil epoxasında tikintiyə yox, virtual resursların yaradılmasına investisiya qoyulmalıdır. Bu gün heç bir kampusu olmayan, amma milyonlarla  tələbəsi olan virtual universitetlər var ki, dövriyyələri milyardlarla  dollardır.   Bizim təhsil sistemimiz  təəssüf ki, bu sadə həqiqətləri 20 ildir qəbul etmək istəmir. 

Bu gün distant təhsilin heç bir normativ bazası, resurs təminatı (kadr, elmi-metodik, texniki-proqram, maliyyə  v.s.) olmadan, onun   bütün ölkə boyu həyata keçirilməsi  cəhdi  bizdə təəccüb və  təəssüf  doğurur.   Tələbələrin  bu ərəfədə heç bir qanuna əsaslanmayan imtahanlarla əlaqəli  iddiaları da bu proseslərin  düzgün  qurulmaması səbəbindən idi. 

Düzü,   yuxarıda  qeyd edilən  tədbirdə   distant təhsil məsələlərinə də toxunulacığını zənn edirdim, çünki, bu problem hər  3 nazirliyin ortaq fəaliyyət meydanı ola bilərdi,  amma panel müzakirədə bu məsələnin heç adını da çəkən olmadı. 
Distant təhsilin hələ də yaradılmaması təhsil sistemimizə bir sıra  əlavə  problemlər yaradır.  Bu problemlərin çoxunu əvvəllər qeyd etmişik.  2 həftə  öncə  AR TN-nin təşkilatçılığı ilə  keçirilən  "Təhsil İdarəçiliyi” Beynəlxalq konfransında  qeyd edilirdi ki, "... ali və peşə təhsilində əlçatanlıq problemimiz var. Azərbaycanda təhsilalanların ali və peşə təhsilində əhatəliliyi dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə xeyli aşağıdır. Biz təbii ki, daha çox insanın ali təhsil almasında maraqlıyıq. Lakin, həm maliyyələşmə, həm də keyfiyyət baxımından, xüsusi ilə ali təhsil səviyyəsində kəmiyyət artımının keyfiyyət tənəzzülü ilə bir anda baş vermədiyindən əmin olmalıyıq. Bu, gələcək iqtisadiyyatın düzgün qurulması baxımından çox vacibdir”. 

Bu problemləri biz hələ 15 il əvvəldən  yazmışdıq. Bütün bu problemlərin ən səmərəli həlli ölkədə keyfiyyətli distant təhsil sistemini  yaratmaqdan keçir. İndi bu işlərə başlanılsa, problemlər yaxın 10 ilə bəlkə həll edilə bilər. Bunun üçün TN son 20 ildəki  səmərəsiz təhsil  siyasətindən imtina etməli, müasir təhsil sistemi qurmaq haqqında düşünülməlidir.   

Görəsən distant təhsilin  ölkəmizdə yaradılması və inkişafı  nə  kimi  problem yaradır ki,  ona  belə embarqo qoyulub. Bir çox ölkələrin  20-ci əsrdə yaratdığını biz 21-ci əsrdə hələ də yarada bilmiriksə, onda hansı təhsil, innovasiyalar və iqtisadiyyatdan  danışırıq?




Загрузка...
Həmçinin oxuyun:
Göydə peykimiz də var... Amma təhsilimiz yerdə sürünür

Göydə peykimiz də var... Amma təhsilimiz yerdə sürünür

Distant  təhsil  bizdən niyə  distant düşüb ?

Distant təhsil bizdən niyə distant düşüb ?

Niyə bizim distant  təhsil  keyfiyyətsizdir?- dosent İlham Əhmədov, təhsil eksperti

Niyə bizim distant təhsil keyfiyyətsizdir?- dosent İlham Əhmədov, təhsil eksperti

“Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”- Rektor Ədalət Muradov

“Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”- Rektor Ədalət Muradov

Ölkədə 50-dən çox ali məktəb var, amma...dosent İlham Əhmədov

Ölkədə 50-dən çox ali məktəb var, amma...dosent İlham Əhmədov

"Distant təhsili  olmayan universitetin  beynəlxalq nüfuzu ola  bilməz"-İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-İlham Əhmədov

Distant  təhsil pandemiyanın nəticəsi deyil: Dosent  İlham Əhmədov

Distant təhsil pandemiyanın nəticəsi deyil: Dosent İlham Əhmədov

Universitetlər  yeni dərs ilinin əvvəlindən  yenə distant təhsildən istifadə  edəcəklərmi?-Dosent  İlham Əhmədov

Universitetlər yeni dərs ilinin əvvəlindən yenə distant təhsildən istifadə edəcəklərmi?-Dosent İlham Əhmədov

Təhsilimizi qlobal trendlərə uyğunlaşdırmaq gərəkdir.

Təhsilimizi qlobal trendlərə uyğunlaşdırmaq gərəkdir.

Distant  təhsilə  doğru ilk  kövrək  addımlar.

Distant təhsilə doğru ilk kövrək addımlar.

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

Pandemiya göstərdi ki, ali təhsil müəssisələrimiz distant təhsil istiqamətində nə qədər geri qalırlar- İlqar Orucov

Pandemiya göstərdi ki, ali təhsil müəssisələrimiz distant təhsil istiqamətində nə qədər geri qalırlar- İlqar Orucov

Məsud Əfəndiyev: “Distant təhsil forması əyani və qiyabi təhsil hesab edilə bilər”

Məsud Əfəndiyev: “Distant təhsil forması əyani və qiyabi təhsil hesab edilə bilər”

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Ceyhun Məmmədov – Daha mükəmməl tədris prosesini  qurmaq və normativ hüquqi baza yaratmaq istiqamətində səylər gücləndirilməlidir.

Ceyhun Məmmədov – Daha mükəmməl tədris prosesini qurmaq və normativ hüquqi baza yaratmaq istiqamətində səylər gücləndirilməlidir.

Ceyhun Məmmədov : Tədrisin təşkilinə nail olunsa da, bir sıra çətinliklər də müşahidə olundu.

Ceyhun Məmmədov : Tədrisin təşkilinə nail olunsa da, bir sıra çətinliklər də müşahidə olundu.

Distant təhsil  və xüsusiyyətləri

Distant təhsil və xüsusiyyətləri

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

Təhsil mürəkkəb dinamik sistemdir

Təhsil mürəkkəb dinamik sistemdir

Natiq Yəhyayev: Televiziya dərslərinin interaktivliyini təmin etməli və distant təhsil imkanlarını genişləndirməliyik

Natiq Yəhyayev: Televiziya dərslərinin interaktivliyini təmin etməli və distant təhsil imkanlarını genişləndirməliyik

“Koronavirusa qədər artıq UNEC-də distant təhsil infrastrukturu tamamlanmış vəziyyətdə idi”

“Koronavirusa qədər artıq UNEC-də distant təhsil infrastrukturu tamamlanmış vəziyyətdə idi”

Distant təhsili ilə bağlı Üzeyir Ağazadə Emin Əmrullayev cənabına müraciət etdi

Distant təhsili ilə bağlı Üzeyir Ağazadə Emin Əmrullayev cənabına müraciət etdi

YUNESKO distant təhsil üzrə beynəlxalq koalisiya yaradır

YUNESKO distant təhsil üzrə beynəlxalq koalisiya yaradır