AzTehsil.com


Xəbərlər / Müəllim
15 fevral 2021
1 082


Ceyhun Məmmədov – Daha mükəmməl tədris prosesini qurmaq və normativ hüquqi baza yaratmaq istiqamətində səylər gücləndirilməlidir.



 Ceyhun Məmmədov – Daha mükəmməl tədris prosesini  qurmaq və normativ hüquqi baza yaratmaq istiqamətində səylər gücləndirilməlidir.

 

Məlum olduğu kimi, ötən il dünya ölkələrinin təhsil sistemi pandemiya səbəbindən ciddi sınaqla üz-üzə qaldı. Bir sıra ölkələr prosesə operativ və adekvat, bəzi ölkələr isə qeyri-adekvat reaksiya verərək distant təhsilə keçdilər.

Bu da reallıqdır ki, pandemiya dövründə dünya ölkələri distant təhsil sisteminin intensiv  inkişaf  etdirilməsinin zəruriliyinə bir daha  əmin oldu. Bir çox  ölkələr  15-20 il öncə distant təhsil sistemini qurmağa çalışsalar da həmin ölkələrdə də distant təhsildə müəyyən problemlər yarandı.

Azərbaycan təhsil sistemi də pandemiya ilə  əlaqədar  distant təhsilə  keçdi. Hazırlıq olmadan onlayn təhsilə keçid təbii ki, xeyli çətinliklər yaratdı. İnternetin zəif olması, kifayət qədər planşet və kompüterin olmaması, sistemin çox yüklənməsi distant təhsilə təsirsiz ötüşmədi.

Təhsil Nazirliyi proseslərə adekvat reaksiya verərək universitetlərə Teams MS proqramından istifadə edərək tədrisi qurmağa dair  tövsiyə  məktubu  yolladı. Universitetlər Teams MS proqramından, qismən də ZOOM, Votsap və  digər sosial şəbəkələr vasitəsi ilə tədrisi qurmağa  çalışdılar.

Əslində bir çox ölkələrin, eləcə də ölkəmizin tətbiq etdiyi bu sistem tam distant təhsil sayılmır. Praktik istifadə edilən distant texnologiyanın tətbiqi ilə tədris və imtahan prosesinin təşkili üzrə hüquqi normativ baza olmadığı  halda  bu prosesin  aparılmasına çalışılır.

Bu reallıq nəzərə alınaraq daha mükəmməl tədris prosesini  qurmaq və normativ hüquqi baza yaratmaq istiqamətində səylər gücləndirilməlidir. Prezident İlham Əliyev bir müddət bundan əvvəl Microsoft şirkətinin rəhbərliyi ilə görüşdə bu məsələyə xüsusi toxunaraq bir sıra tapşırıqlar verdi: "…Həmçinin pandemiya ilə əlaqədar bu vəziyyət bizi məcbur edir ki, təhsil, distant təhsil məsələlərinə yeni bucaqdan baxaq. Baxmayaraq ki, mövcud vəziyyətə özümüzü uyğunlaşdırmaq üçün bizim çox vaxtımız olmadı, lakin müəyyən addımlar atılmışdır. Çünki bizim məktəb və universitetlərimiz mart ayından bəri bağlanıb. Biz sentyabrın 15-dən başlayacaq yeni tədris ilinə hazırlaşmalıyıq. Həmin zaman pandemiya ilə bağlı vəziyyətin necə olacağını bilmirik, məktəb və universitetləri aça biləcəyimizi bilmirik, ona görə də biz ən pis ssenariyə hazırlıqlı olmalıyıq. Əgər problem davam edirsə və getdikcə pisləşirsə, o zaman biz bu barədə düşünməli olacağıq. Lakin indi bu barədə düşünmək lazımdır. Həmçinin distant işlə bağlı məsələlər… Bu da ölkə üçün olduqca vacibdir. Təxminən bunlar bizim planlarımızda diqqətimizi cəmlədiyimiz sahələrdir”.

Bunun üçün nə etməliyik? Hesab edirəm ki, distant  təhsil  üzrə  ölkəmizdə ekspertlərin az olması  nəzərə alınaraq bu sahə üzrə mütəxəssislərin yetişdirilməsi istiqamətində tədbirlər sürətləndirilməli,  distant təhsil haqqında ayrıca qanunun hazırlanması barədə düşünməliyik. Eyni zamanda, distant təhsil sahəsində ekspertlərdən ibarət komissiyanın yaradılması, normal distant təhsil sisteminin qurulması üçün uzunmüddətli strategiya və icra planının  hazırlanması günümüzün tələblərindəndir.



Загрузка...
Həmçinin oxuyun:
Ceyhun Məmmədov : Tədrisin təşkilinə nail olunsa da, bir sıra çətinliklər də müşahidə olundu.

Ceyhun Məmmədov : Tədrisin təşkilinə nail olunsa da, bir sıra çətinliklər də müşahidə olundu.

Ölkə Prezidenti: "Mövcud vəziyyətdə təhsil sahəsində müəyyən addımlar atıldı"

Ölkə Prezidenti: "Mövcud vəziyyətdə təhsil sahəsində müəyyən addımlar atıldı"

Ədalət Muradov: Növbəti tədris ilindən dərslərin hansı formada təşkil ediləcəyi məsələsinə aydınlıq gətirilməlidir

Ədalət Muradov: Növbəti tədris ilindən dərslərin hansı formada təşkil ediləcəyi məsələsinə aydınlıq gətirilməlidir

Universitetlər  yeni dərs ilinin əvvəlindən  yenə distant təhsildən istifadə  edəcəklərmi?-Dosent  İlham Əhmədov

Universitetlər yeni dərs ilinin əvvəlindən yenə distant təhsildən istifadə edəcəklərmi?-Dosent İlham Əhmədov

İlqar Orucov: Azərbaycan təhsili təkcə pandemiya dövründə deyil, post pandemiya dövründə də çağırışlara açıq olmalıdır

İlqar Orucov: Azərbaycan təhsili təkcə pandemiya dövründə deyil, post pandemiya dövründə də çağırışlara açıq olmalıdır

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

Pandemiya göstərdi ki, ali təhsil müəssisələrimiz distant təhsil istiqamətində nə qədər geri qalırlar- İlqar Orucov

Pandemiya göstərdi ki, ali təhsil müəssisələrimiz distant təhsil istiqamətində nə qədər geri qalırlar- İlqar Orucov

Distant təhsillə bağlı yeni layihəyə start verilir

Distant təhsillə bağlı yeni layihəyə start verilir

Distant dərslərin müşahidəsi davam edir

Distant dərslərin müşahidəsi davam edir

"Distant təhsili  olmayan universitetin  beynəlxalq nüfuzu ola  bilməz"-İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-İlham Əhmədov

“Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”- Rektor Ədalət Muradov

“Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”- Rektor Ədalət Muradov

Elçin Əfəndi: “Distant təhsilə tam keçid edilərsə, qiyabi təhsil formasına ehtiyac qalmayacaq”

Elçin Əfəndi: “Distant təhsilə tam keçid edilərsə, qiyabi təhsil formasına ehtiyac qalmayacaq”

Daha 13 məktəblidə koronavirus aşkarlandı

Daha 13 məktəblidə koronavirus aşkarlandı

UNEC-də dərslər distant formada təşkil ediləcək

UNEC-də dərslər distant formada təşkil ediləcək

Niyə bizim distant  təhsil  keyfiyyətsizdir?- dosent İlham Əhmədov, təhsil eksperti

Niyə bizim distant təhsil keyfiyyətsizdir?- dosent İlham Əhmədov, təhsil eksperti

Dərslərin ənənəvi qaydada keçirilməsi mart ayına qədər gözlənilmir - Ekspert

Dərslərin ənənəvi qaydada keçirilməsi mart ayına qədər gözlənilmir - Ekspert

Qonşu ölkələrdə “Koronavirus qaydaları”na əsasən yeni dərs ili

Qonşu ölkələrdə “Koronavirus qaydaları”na əsasən yeni dərs ili

İmtahanların da distant keçirilməsi mümkündür

İmtahanların da distant keçirilməsi mümkündür

Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub

Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub

Distant  təhsilə  doğru ilk  kövrək  addımlar.

Distant təhsilə doğru ilk kövrək addımlar.

İlahiyyat İnstitutunda distant təhsilə start verildi

İlahiyyat İnstitutunda distant təhsilə start verildi

Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyi   "Evdə qal, cəmiyyəti qoru!" kampaniyasına qoşularaq  Distant  Təhsil  ideyalarını təbliğ edir.

Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyi "Evdə qal, cəmiyyəti qoru!" kampaniyasına qoşularaq Distant Təhsil ideyalarını təbliğ edir.

Ali məktəblərdə dərslərin keçirilməsi qaydası təsdiqləndi

Ali məktəblərdə dərslərin keçirilməsi qaydası təsdiqləndi

İlk distant təhsil məktəbi

İlk distant təhsil məktəbi