AzTehsil.com


Xəbərlər / Müəllim
23 iyun 2020
2 175


Elçin Əfəndi: “Distant təhsilə tam keçid edilərsə, qiyabi təhsil formasına ehtiyac qalmayacaq”



 

"Magistraturaya qəbul qaydaları getdikcə sadələşdirilir. Bu isə öz növbəsində magistraturaya marağı artırır. Son olaraq, qəbulun birmərhələli olaraq keçirilməsinə qərar verildikdən sonra müraciət edənlərin sayında çoxluq müşahidə olundu”.

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi magistratura səviyyəsi ilə bağlı edilən dəyişikliklərə öz münasibətini bildirərkən söyləyib.

Onun sözlərinə görə, distant təhsilə tam keçid edilərsə, qiyabi təhsilə ehtiyac qalmayacaq:

"8 iyunda magistraturaya ixtisas seçimi başlananda qiyabi təhsil formasının bu il üçün deyil, nöbvəti il üçün olacağı qeyd olundu. Bu bir qədər insanlarda məyusluq  yaratdı. Amma verilən qərar mövcud pandemiya vəziyyəti ilə əlaqədar distant formalı təhsil sisteminə keçidin də müəyyən olacağını inkar etmir deyərdim. Əgər belə olarsa, o zaman qiyabi təhsil formasına ehtiyac qalmayacaq”.

Elçin Əfəndinin fikrincə, distant təhsil qiyabidən daha üstündür. Bu səbəbdən magistratura səviyyəsini daha çox bu formada təşkil etmək lazımdır:

"Magistratura üzrə oxumaq  istəyən şəxslər, əsasən, əmək fəaliyyəti ilə məşğul olurlar. Onlar üçün ən uyğun təhsil forması qiyabi formadır. Amma distant təhsil qiyabidən daha çox sərfəli və səmərəli təhsil formasıdır. Düşünürəm ki, ümumiyyətlə, bu formanı təsdiq etmək və magistratura təhsilini yalnız əyani deyil, daha çox distant formada təşkil etmək lazımdır. Belə olan halda maraq da artar və insanlar üçün də əlçatan olar.  Düşünürəm ki, mövcud qəbul qaydaları, müsabiqə şərtləri  magistratura üzrə təhsil almaq istəyən bakalavrlar üçün əlverişlidir. Sadəcə bəzi ATM-lər yaxşı olardı ki, təhsil haqlarını bir qədər aşağı etsinlər. Belə olan halda magistratura üzrə təhsil, ümumiyyətlə, əlçatan olar və maraq daha da artar”.



Загрузка...
Həmçinin oxuyun:
Məsud Əfəndiyev: “Distant təhsil forması əyani və qiyabi təhsil hesab edilə bilər”

Məsud Əfəndiyev: “Distant təhsil forması əyani və qiyabi təhsil hesab edilə bilər”

Formal təhsilin təşkili qaydaları

Formal təhsilin təşkili qaydaları

Distant təhsil  və xüsusiyyətləri

Distant təhsil və xüsusiyyətləri

"Formal təhsilin təşkili Qaydaları"  NK-nın 6 avqust 2010-cu il  tarixli № 147-li QƏRARI

"Formal təhsilin təşkili Qaydaları" NK-nın 6 avqust 2010-cu il tarixli № 147-li QƏRARI

Nazir: “Magistraturaya qəbulun II mərhələsinin ləğvi ilə bağlı qərar layihəsi yekun razılaşdırma mərhələsindədir”

Nazir: “Magistraturaya qəbulun II mərhələsinin ləğvi ilə bağlı qərar layihəsi yekun razılaşdırma mərhələsindədir”

Qiyabi təhsil lazımdırmı? - Əmək bazarında yaranan problem və çətinliklər – ARAŞDIRMA

Qiyabi təhsil lazımdırmı? - Əmək bazarında yaranan problem və çətinliklər – ARAŞDIRMA

Magistraturaya qəbulun şərtləri dərc olundu

Magistraturaya qəbulun şərtləri dərc olundu

“Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”- Rektor Ədalət Muradov

“Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”- Rektor Ədalət Muradov

Elçin Əfəndi: “Ali məktəblərə keçid balları aşağı düşə bilər”

Elçin Əfəndi: “Ali məktəblərə keçid balları aşağı düşə bilər”

UNEC-də dərslər distant formada təşkil ediləcək

UNEC-də dərslər distant formada təşkil ediləcək

Elçin Əfəndi: “Bəzi universitetlər özbaşına qərar verirlər”

Elçin Əfəndi: “Bəzi universitetlər özbaşına qərar verirlər”

Elçin Əfəndi: DİM ödənişin azaldılması məsələsi ilə bağlı qərar qəbul edərsə bu abituriyentlər üçün ən yaxşı imtiyaz olar

Elçin Əfəndi: DİM ödənişin azaldılması məsələsi ilə bağlı qərar qəbul edərsə bu abituriyentlər üçün ən yaxşı imtiyaz olar

Qiyabi təhsil alanların sayında kəskin azalma müşahidə olunur

Qiyabi təhsil alanların sayında kəskin azalma müşahidə olunur

"Magistr qəbulu ilə bağlı istənilən dəyişikliyi gözləmək olar"

"Magistr qəbulu ilə bağlı istənilən dəyişikliyi gözləmək olar"

UNEC-də distant dərslərin evdən tədrisinin statistikası

UNEC-də distant dərslərin evdən tədrisinin statistikası

Magistratura və rezidenturaya sənəd verənlərin sayı açıqlandı

Magistratura və rezidenturaya sənəd verənlərin sayı açıqlandı

Elçin Əfəndinin mövcud vəziyyətlə bağlı Təhsil Nazirliyinə və Dövlət İmtahan Mərkəzinə müraciəti

Elçin Əfəndinin mövcud vəziyyətlə bağlı Təhsil Nazirliyinə və Dövlət İmtahan Mərkəzinə müraciəti

Jurnalistika üzrə magistraturaya daxil olmaq istəyən bakalavrların qeydiyyatı başlanıb

Jurnalistika üzrə magistraturaya daxil olmaq istəyən bakalavrların qeydiyyatı başlanıb

Elçin Əfəndi: “Bu il 600 balı keçən tələbələrin sayında azlıq olacaq”

Elçin Əfəndi: “Bu il 600 balı keçən tələbələrin sayında azlıq olacaq”

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi başlanır

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi başlanır

“Bakının mərkəzindən kənarda olan rayonlarda belə internet problemi var” - Distant təhsilə əngəl

“Bakının mərkəzindən kənarda olan rayonlarda belə internet problemi var” - Distant təhsilə əngəl

Ucqarlara çatmayan DİSTANT TƏHSİL

Ucqarlara çatmayan DİSTANT TƏHSİL

AMEA-da magistratura təhsilinə ciddilik artırılmalıdır - Akif Əlizadə

AMEA-da magistratura təhsilinə ciddilik artırılmalıdır - Akif Əlizadə

İmtahanların da distant keçirilməsi mümkündür

İmtahanların da distant keçirilməsi mümkündür