AzTehsil.com


Xəbərlər / Müəllim / Şagird
19 aprel 2021
1 148


Evdən distant təhsilin təşkili üçün 5 faydalı məsləhət



 

Pandemiya şəraiti, gedişli-gəlişli karantin və bütün bunların fonunda təhsilini davam etdirməyə çalışan minlərlə şagird və tələbə...

"Yeni qaydalar”a ayaq uydurmağa çalışan nəsil olaraq, həyat tərzimizi, vərdişlərimizi, evdəki işlərimizi uyğun şəkildə tənzimləməliyik ki, itirənlər yox, qazananlar sırasında olaq. Xüsusən də  orta məktəblərin yenidən qapanması ilə şagirdlərin distant təhsilinin təşkili yenidən aktuallaşır. Bəs uşaqların həyatını daha planlı, onlayn təhsillərini daha effektiv etmək üçün valideynlərin diqqət etməli olduğu əsas məqamlar hansılardır?

1. Gündəlik rejimin yaradılması

Aparılan araşdırmalar göstərir ki, davamlı gündəlik rejimi olan uşaqlar daha uğurlu olur, özlərini daha güvənli və təhlükəsiz hiss edirlər. Bu qayda pandemiya dövründə vaxtının əksər hissəsini evdə keçirən şagirdlər üçün xüsusilə faydalı olacaq. Dərs rejiminə uyğun olaraq, vaxtın düzgün bölünməsi, tapşırıqlar, fasilələr və müxtəlif hobbilər üçün vaxt bloklarının əvvəlcədən ayrılması erkən yaşlardan onlarda nizam-intizamın formalaşdırılmasına kömək edəcək. Burada əsas məqam gündəlik rejimin övladınızla birgə, onun maraq dairəsinə, individual xüsusiyyətlərinə görə hazırlanmasıdır.

2. Evdə erqonomik dərs köşəsinin yaradılması

Evdə uşaq üçün diqqətini toplaya biləcəyi (səs-küydən kənar), rahat, təhlükəsiz (qamətə və gözün görmə qabiliyyətinə mənfi təsiri olmayan), eyni zamanda zövq alacağı bir dərs köşəsinin hazırlanması təhsilin keyfiyyətinə birbaşa təsir edəcək faktorlardandır. Mebel seçimində erqonomikanı mütləq nəzərə alaraq boya uyğun masa və oturacaq seçilməlidir. Masa üçün ortalama ölçülər - 60-80 sm en, minimum 100 sm uzunluqdur. İdeal olaraq  yazı yazmaq üçün masanın üzəri 15’ dərəcə, oxuma zamanı isə 30’ dərəcə, üzü uşağa tərəf maili olmalıdır ki, göz sağlığına heç bir zərər gəlməsin - transformer masalar bu baxımdan daha yaxşıdır.

Oturacaqların isə fərqli növləri var. Boya uyğun seçilmiş ortopedik oturacaq uşağın qamətini düzgün formalaşdırmağa kömək edəcək. 

3. Onlayn resurslardan düzgün istifadə

Onlayn təhsil həm də şagirdlərin kompüter savadlılığının artırılması üçün gözəl imkanlar yaradır. Dərslərin əsasən "Microsoft Teams” və "Zoom”  platformaları üzərindən keçirildiyini nəzərə alsaq, övladınızın bu proqramların gündəlik lazım olan xüsusiyyətlərindən başqa, dərsin effektivliyini artıracaq digər faydalı funksiyalarından da yararlandığından əmin olun. Eyni zamanda araşdırma əsaslı ev tapşırıqlarını hazırlayarkən, "Google”, "Yandex”, "YouTube” və digər axtarış sistemlərindən özlərinə lazım olan məlumatları sərbəst şəkildə tapa biləcək səviyyədə istifadə etməyi bacarmalıdırlar.

4. Kəsintisiz internet bağlantısı

Bu dövrdə kəsintisiz internetin olması mütləq amillərdən biridir. Evinizdə stabil "WiFi” internet şəbəkəsinin olmadığı və ya sürətin zəif olduğu hallarda telefon vasitəsilə mobil internet paketlərindən yararlana bilərsiniz. Bəzi operatorlar distant təhsil üçün xüsusi sərfəli paketlər təqdim edirlər. Məsələn, bazarın əlverişli təkliflərini araşdırsaq, "Nar”ın təqdim etdiyi "Təhsil+” internet paketini misal gətirmək olar. Aylıq 10 AZN-lik paket həm "MS Teams”, həm də "Zoom” üçün keçərli və sürət limiti olmayan 50GB internet verir. İki övladınız varsa, eyni vaxtda bir paketdən istifadə edərək hər biri fərqli cihazlardan öz dərsinə qoşula bilər.

5. Həmyaşıdlarla davamlı ünsiyyət

Məktəbdən uzaq olmaq həm də canlı ünsiyyətdən və dostlardan uzaq qalmaq deməkdir. Uşağın ünsiyyət bacarıqlarının formalaşdığı bir dövrdə həmyaşıdlarından kənar qalması onun sosial inkişafına da mənfi təsir göstərə bilər. Bu təsirləri müəyyən qədər azaltmaq üçün pandemiya şərtlərinə uyğun olaraq, müəyyən rutin çərçivəsində açıq havada dostların görüşünə şərait yaratmaq, yaxınlıqda yaşayan həmyaşıdları ilə ünsiyyətə təşviq etmək lazımdır. Onlayn platfromalar çərçivəsində isə maraq dairələrinə uyğun fərqli klublar və müzakirələrin təşkili övladlarınızın sosial olaraq təcrid olmasının qarşısını alacaq, müxtəlif sahələrdə dünyagörüşünü  artırmasına yardımçı olacaq.

Bütün bunlarla yanaşı, yadda saxlamaq lazımdır ki, yeni reallığa alışmaq həm böyüklər, həm də balacalar üçün asan bir proses deyil. Emosional sağlamlığın hər şeydən vacib olduğunu nəzərə alaraq evdə uşaqlarla ünsiyyətdə stress yaradacaq istənilən söhbətdən qaçınmağa və yaranan vaxtdan maksimum səmərəli, zövq alacağınız şəkildə yararlanmağa çalışın oxu.az 



Загрузка...
Həmçinin oxuyun:
“Bunları etsək, karantindən sonra şagirdlərdə adaptasiya problemi yaşanmayacaq”-PSİXOLOQLA MÜSAHİBƏ

“Bunları etsək, karantindən sonra şagirdlərdə adaptasiya problemi yaşanmayacaq”-PSİXOLOQLA MÜSAHİBƏ

Distant təhsil  və xüsusiyyətləri

Distant təhsil və xüsusiyyətləri

Distant təhsil: üstünlüklər və çatışmazlıqlar

Distant təhsil: üstünlüklər və çatışmazlıqlar

Oyun terapiyası uşağa necə kömək edir?

Oyun terapiyası uşağa necə kömək edir?

“Psixoloji gərginlik, stress pozuntusu hələ bir müddət qalacaq” - Tanınmış psixoloqla #evdəqal SÖHBƏTİ

“Psixoloji gərginlik, stress pozuntusu hələ bir müddət qalacaq” - Tanınmış psixoloqla #evdəqal SÖHBƏTİ

Natiq Yəhyayev: Televiziya dərslərinin interaktivliyini təmin etməli və distant təhsil imkanlarını genişləndirməliyik

Natiq Yəhyayev: Televiziya dərslərinin interaktivliyini təmin etməli və distant təhsil imkanlarını genişləndirməliyik

Ədalət Muradov: Növbəti tədris ilindən dərslərin hansı formada təşkil ediləcəyi məsələsinə aydınlıq gətirilməlidir

Ədalət Muradov: Növbəti tədris ilindən dərslərin hansı formada təşkil ediləcəyi məsələsinə aydınlıq gətirilməlidir

HƏYATI QAYDAYA SALAN 12 FAYDALI VƏRDİŞ

HƏYATI QAYDAYA SALAN 12 FAYDALI VƏRDİŞ

Bərabərlik və inklüzivlik naminə

Bərabərlik və inklüzivlik naminə

Koronavirus dönəmində stressi necə azaltmaq olar?

Koronavirus dönəmində stressi necə azaltmaq olar?

İnternet uşaqları haraya sürükləyir? - PSİXOLOQ RƏYİ

İnternet uşaqları haraya sürükləyir? - PSİXOLOQ RƏYİ

Məcburi köçkün məktəblərində çalışan müəllimlər təlimə cəlb edilib

Məcburi köçkün məktəblərində çalışan müəllimlər təlimə cəlb edilib

“Zoom”un istifadəçilər üçün təhlükəsi açıqlanıb

“Zoom”un istifadəçilər üçün təhlükəsi açıqlanıb

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

“Bakının mərkəzindən kənarda olan rayonlarda belə internet problemi var” - Distant təhsilə əngəl

“Bakının mərkəzindən kənarda olan rayonlarda belə internet problemi var” - Distant təhsilə əngəl

Onlayn müsahibələrə maraq artıb

Onlayn müsahibələrə maraq artıb

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Ucqarlara çatmayan DİSTANT TƏHSİL

Ucqarlara çatmayan DİSTANT TƏHSİL

Azərbaycanda dərslərlə bağlı UNİKAL TƏKLİF: Bu üsulla keçirilsin - MÜSAHİBƏ

Azərbaycanda dərslərlə bağlı UNİKAL TƏKLİF: Bu üsulla keçirilsin - MÜSAHİBƏ

Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyi   "Evdə qal, cəmiyyəti qoru!" kampaniyasına qoşularaq  Distant  Təhsil  ideyalarını təbliğ edir.

Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyi "Evdə qal, cəmiyyəti qoru!" kampaniyasına qoşularaq Distant Təhsil ideyalarını təbliğ edir.

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

Sürətli Oxunun Beyinə olan Faydaları

Sürətli Oxunun Beyinə olan Faydaları

Məktəb direktoru: Distant təhsil müəllimlər qarşısında yeni tələblər qoydu

Məktəb direktoru: Distant təhsil müəllimlər qarşısında yeni tələblər qoydu

ÜST onlayn dərslərin uşaqların psixi sağlamlığına təsirini qiymətləndirib

ÜST onlayn dərslərin uşaqların psixi sağlamlığına təsirini qiymətləndirib