Xəbərlər, Ekspert
29 iyul 2020

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

 

Azərbaycanda dərslərin sentyabrın 15-i başlayacağı nəzərdə tutulub. Almaniyada dərslər yalnız ibtidai siniflər üçün açılması nəzərdə tutulur. Yuxarı siniflər isə dərslərini distant formada davam etdirəcək. Azərbaycanda da bu təcrübə istifadə edilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, hər gün açıqlanan rəqəmlərdə görünür ki, sentyabrda da ciddi eniş olmayacaq:

"Biz sentyabrda ikinci dalğanın olacağını gözləyirik. Düzdür, bir neçə günlə müqayisədə yoluxmalarla bərabər sağalanlar da çoxalıb, müsbət dinamika var. Qeyd edim ki, fevral ayında yoluxma 28 olanda tədris dayandırılmışdı. Yoluxma sayı 300-400 arası olan bir vaxtda məktəblərin açılma ehtimalı çox aşağıdır. Bir neçə dünya təcrübəsindndən də istifadə edilə bilər. Belə ki, Almaniyada dərslər yalnız ibtidai siniflər üçün açılacaqdır. Digər siniflər üçün isə onlayn qaydada dərslər həyata keçiriləcək.

İlk növbədə distant təhsilin qanunvericilik bazası hazırlanmalı və qəbul edilməlidir. Bundan sonra hər kəs üçün distant – onlayn təhsilin əlçatanlılığının təmin edilməsi üçün resurslarını təmin etməlidirlər. 2009-cu ildən qanuvericilikdə distant təhsil nəzərdə tutulsa da, 11 il ərzində bu istiqamətdə heç bir iş görülmədi. Amma tətil elan edildikdən sonra məlum oldu ki, distant – məsafədən təhsil çox zəruridir. Düşünürəm ki, pandemiyadan sonra təkcə ali təhsil sistemində deyil, eyni zamanda orta məktəb səviyyəsində belə distant təhsil mümkün olacaq və biz virtual məktəblərin şahidi olacağıq.

Koronovirus pandemiyasından sonra da online təhsilin davam edəcəyini düşünürəm. Belə ki, bu və ya digər səbəbdən təhsildən kənarda qalanlar, dərsdə iştirak etməyənlər bu vasitə ilə normal dərslərdə iştirak edəcək və dərsin davamlılığı pozulmayacaq. Distant təhsil təhsil xərclərini də azaldacq ki, bu da təhsil alanların daha çox və fərqli istiqamətlərdə özlərini inkişaf etdirməyə imkan verəcək".
Kamran Əsədov qeyd edib ki, real vəziyyət ondan ibarətdir ki, mövcud şərtlərdə şagirdlərin yalnız 30-35 faizi onlayn dərslərə cəlb oluna bilib və çox az hissə elektron resurslardan istifadə edir:

"Regionlarda isə elektron resurslardan istifadə faizi daha azdır. Hətta bir sinifdə onlayn dərslərdən 10-15 faiz şagird istifdə edə bilir. Lakin internet tariflərində güzəştlər olarsa bu rəqəmlərin 70-80 faizə qədər qaldırılması mümkündür. Bundan başqa 4447 orta məktəbldə təhsil alan hər bir şagirdə dövlət büdcəsi tərəfindən planşetlər verilməli və bütün şagirdlər üçün distant – onlayn təhsilə qoşulmaq üçün bərabər imkanlar yaradılmalıdır. Nəzərə alsaq ki, Dövlət İmtahan Mərkəzi iyunun 3-dən etibarən hər dəfə azı 20 min şəxsin iştiak etdiyi imtahanlar təşkil edir və şagirdlər bu prosesə qoşulur. Dediyim formada sentyabrda dərslərin başlanması mümkündür".

Deputat Ceyhun Məmmədov vurğulayıb ki, hazırda dünyada təhsillə bağlı aparılan müzakirələrdən biri də qarşıdan gələn tədris ilində təhsilin hansı formada aparılmasıdır:

"Bəzi ölkələr məktəblərin tam açılması fikrindədirlər. Bəziləri ancaq ibtidai sinif şagirdlərinin məktəbə getməsi, yuxarı sinif şagirdlərinin isə onlayn dərslərə davam etməsinin tərəfdarıdırlar. Məlum məsələdir ki, onlayn şəkildə dərslərin keçirilməsi xüsusilə aşağı sinifdə təhsil alan şagirdlərə ciddi təsir edir. Belə bir qərarın qəbul edilməsi səbəblərindən biri də budur. Eyni zamanda bir sıra ölkələr dərslərə daha erkən başlamaq barədə müəyyən qərarlar qəbul ediblər. Bir sözlə bu məsələ hazırda bir çox dünya ölkələrini ciddi düşündürməkdə və narahat etməkdədir. Hamı uyğun variant və çıxış yolu barədə düşünür. Xəstəliyin yayılma tempi bir sıra ölkələrdə azlasa da bəzi ölkələrdə artım müşahidə olunur.

Artım tempinin qarşısı tam alına bilinmir. Növbəti dalğalar barədə müzakirələr aparılır.Gördüyünüz kimi, yanaşmalar fərqlidir. Ancaq indidən qəti nə isə söyləmək çətindir. Vəziyyət xəstəliyin azalma tempindən asılı olacaq.Əgər ciddi azalmalar müşahidə olunsa birmənalı olaraq dərslər ənənəvi qaydada keçiriləcək. Ancaq bu baş verməsə bir müddət yenə dərslərin onlayn qaydada keçirilməsi məsələsi nəzərdən keçirilə bilər. Aidiyyəti qurumlar müəyyən müzakirə və məsləhətləşmələrdən sonra bu barədə müvafiq zəruri qərarlar qəbul edəcəklər".

Deputat söyləyib ki, onlayn tədrisin, bağçaların bağlı olmasının həm şagirdlər, həm də valideynlər üçün müəyyən çətinliklər yaratdığı hər birimizə aydındır:

"Bütün hallarda səbrli olmalıyıq. Əsas odur xəstəlik bəlası üzərimizdən tezliklə getsin. Neçə gündür ölkəmizdə xəstəliyin yayılma tempində ciddi azalma müşahidə olunurdu. Ancaq dünən yenidən virusa yoluxanların sayı yenə 400-ü keçdi. Sanki insanlarda müəyyən arxayınlşma yaranıb. Bu yol verilməzdir. Hər birimiz qaydalara tam əməl etməliyik. Əgər sərt karantin rejiminin tezliklə bitməsini, həyatımızın yenidən əvvəlki vəziyyətə qayıtmasını istəyiriksə daha diqqətli olmalıyıq".




Загрузка...
loading...

Həmçinin oxuyun:
“Səhər aşağı siniflərə, nahardan sonra yuxarı siniflərə dərs keçilsin” — TƏKLİF

“Səhər aşağı siniflərə, nahardan sonra yuxarı siniflərə dərs keçilsin” — TƏKLİF

Ali məktəblərimizdə dərslər onlayn keçirilə bilməz - Ekspertdən TƏKLİF

Ali məktəblərimizdə dərslər onlayn keçirilə bilməz - Ekspertdən TƏKLİF

Təhsil ekspertindən yeni dərs ilinə dair TƏKLİFLƏR

Təhsil ekspertindən yeni dərs ilinə dair TƏKLİFLƏR

Karantin rejimi uzadılarsa, dərslər yenidən onlayn keçirilə bilərmi? - AÇIQLAMA

Karantin rejimi uzadılarsa, dərslər yenidən onlayn keçirilə bilərmi? - AÇIQLAMA

Dərslərin sentyabrda başlayacağı sual altındadır, amma maraqlı alternativlər var

Dərslərin sentyabrda başlayacağı sual altındadır, amma maraqlı alternativlər var

Sentyabrda dərslərə əvvəlki formada başlayacağıq - Cəsarət Valehov

Sentyabrda dərslərə əvvəlki formada başlayacağıq - Cəsarət Valehov

Azərbaycanda dərslər sentyabrın 1-də başlayacaq? - Təhsil Nazirliyi AÇIQLADI

Azərbaycanda dərslər sentyabrın 1-də başlayacaq? - Təhsil Nazirliyi AÇIQLADI

İlqar Orucov: Azərbaycan təhsili təkcə pandemiya dövründə deyil, post pandemiya dövründə də çağırışlara açıq olmalıdır

İlqar Orucov: Azərbaycan təhsili təkcə pandemiya dövründə deyil, post pandemiya dövründə də çağırışlara açıq olmalıdır

Elçin Əfəndi: “Ali məktəblərə keçid balları aşağı düşə bilər”

Elçin Əfəndi: “Ali məktəblərə keçid balları aşağı düşə bilər”

Məsud Əfəndiyev: “Distant təhsil forması əyani və qiyabi təhsil hesab edilə bilər”

Məsud Əfəndiyev: “Distant təhsil forması əyani və qiyabi təhsil hesab edilə bilər”

“Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”- Rektor Ədalət Muradov

“Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”- Rektor Ədalət Muradov

Rəşad Tağıyev: Hər kəs dövlətin gördüyü tədbirlərə dəstək verməlidir

Rəşad Tağıyev: Hər kəs dövlətin gördüyü tədbirlərə dəstək verməlidir

4 maydan sonra 9-11-ci siniflərdə dərslər o halda başlaya bilər ki…

4 maydan sonra 9-11-ci siniflərdə dərslər o halda başlaya bilər ki…

Bu, çıxış yolu deyil, nazirlik hərəkətə keçəcək – Elşən Qafarov

Bu, çıxış yolu deyil, nazirlik hərəkətə keçəcək – Elşən Qafarov

Akademik İsa Həbibbəyli -“Test sualları dəyişdirilə bilər”

Akademik İsa Həbibbəyli -“Test sualları dəyişdirilə bilər”

“Koronavirusa qədər artıq UNEC-də distant təhsil infrastrukturu tamamlanmış vəziyyətdə idi”

“Koronavirusa qədər artıq UNEC-də distant təhsil infrastrukturu tamamlanmış vəziyyətdə idi”

Ucqarlara çatmayan DİSTANT TƏHSİL

Ucqarlara çatmayan DİSTANT TƏHSİL

Distant dərslərin evdən təşkilində uğurlu nəticə - 98%!

Distant dərslərin evdən təşkilində uğurlu nəticə - 98%!

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Başqa variant yoxdur: Nazirliyin yeni layihəsi niyə daşa dirənib?

Başqa variant yoxdur: Nazirliyin yeni layihəsi niyə daşa dirənib?

Bakı Xoreoqrafiya Akademiyasının bakalavrları təhsillərini distant şəkildə davam etdirirlər

Bakı Xoreoqrafiya Akademiyasının bakalavrları təhsillərini distant şəkildə davam etdirirlər

“Bakının mərkəzindən kənarda olan rayonlarda belə internet problemi var” - Distant təhsilə əngəl

“Bakının mərkəzindən kənarda olan rayonlarda belə internet problemi var” - Distant təhsilə əngəl

AzMİU-da onlayn dərslər davam edir

AzMİU-da onlayn dərslər davam edir

UNEC-də dərslər distant formada təşkil ediləcək

UNEC-də dərslər distant formada təşkil ediləcək