AzTehsil.com


Xəbərlər / Müəllim
01 avqust 2020
1 832


Məcburi köçkün məktəblərində çalışan müəllimlər təlimə cəlb edilib



Məcburi köçkün məktəblərində çalışan müəllimlər təlimə cəlb edilib

 

"Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyi məcburi köçkün məktəblərində çalışan müəllimlər və təhsil alan şagirdlərin onlayn təhsilinə dəstək üçün təlimlərə başlayıb.

Bu barədə Modern.az-a məlumat verən təşkilatın rəhbəri  Gülsarə Həsənova bildirib ki, "Pandemiya dövründə məcburi köçkün məktəblərində onlayn təhsilə dəstək” layihəsi çərçivəsində keçirilən ilk təlim Abşeron rayonu Masazır qəsəbəsində fəaliyyət göstərən  Kəlbəcər rayon 56 saylı  saylı tam orta məktəbdə çalışan müəllimlər üçün təşkil olunub: "Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunur. Şuranın Təhsil Nazirliyi ilə birgə 2020-ci il üçün qrant müsabiqəsinə təşkilat "Məcburi köçkün şagirdlər arasında peşə təhsilinin təbliği” layihəsi ilə müraciət etmişdi. Amma COVİD-19 pandemiyası bütün sahələrdə olduğu kimi bizim də fəaliyyətimizdə dəyişiklik etmək zərurəti yaratdı. Belə ki, respublikamızda COVİD-19 pandemiyasının yayılması səbəbindən əvvəlki layihədə nəzərdə tutulan tədbirlər Pandemiya dövründə məcburi köçkün məktəblərində onlayn təhsilə dəstək tədbirlərinə yönəltdik”.

G.Həsənova qeyd edib ki, pandemiya dövründə Azərbaycanın atdığı ən uğurlu addımlardan biri də məktəblərin bağlanmasından sonra dərhal onlayn təhsilə keçmək idi: "Belə ki pandemiyanın ilk dövrlərində bəzi ölkələrdə təhsil dayandırılandan sonra gözləmə mövqeyi tutuldu və tədrisin tezliklə ənənəvi qaydada bərpası gözlənildi. Amma təhsilin fasiləsizliyini və davamlılığını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təxirəsalınmadan yeni təşəbbüslərin reallaşdırılmasına başlanıldı. Martın 11-dən başlayaraq (məktəblərin bağlanmasından 7 gün sonra) ilk növbədə əhatə dairəsinə görə ən geniş olan ümumi təhsil pilləsində teledərslərin təşkili ilə bağlı işlər aparıldı. Dövlət televiziyasının bütün ölkəni əhatə etdiyi nəzərə alınaraq, dərslərin 2 televiziya kanalında (Azərbaycan Televiziyasının "Mədəniyyət” kanalı və "ARB Günəş” kanalı) yayımlanması barədə qərar qəbul edildi. Bu işlərin məntiqi davamı olaraq növbəti addım kimi, aprelin 2-dən "Virtual məktəb” layihəsinə start verilib, ölkənin ən iri milli onlayn platforması şagirdlərin istifadəsinə verilib. Hər bir şagird "Virtual məktəb” portalında qeydiyyatdan keçərək öz yaşına uyğun sinfə təyin olunur.  Həm müəllimlərin, həm də şagirdlərin qeydiyyatı təmin edilən portalda onlayn dərslərin keçirilməsi üçün imkanlar yaradılıb. Hazırda portalda görüntülü və audio dərslərin keçirilməsi, teledərslərin izlənilməsi, tədris cədvəlinin tutulması, şagird və müəllim qruplarının təşkili, sənədlərin üzərində birgə iş, həftəlik tapşırıqların həll edilməsi, o cümlədən şagird və müəllimlər arasında yazışma imkanları mövcuddur. Artıq bu onlayn platformada qeydiyyatdan keçmiş müəllim və şagirdlərin sayı 1 milyondan artıqdır.  Biz də həm təhsilverənlərin, həm də təhsilalanların  rəqəmsal bacarıqların formalaşdırılması və inkişaf etdirilməsi üçün onlara dəstək göstərməyi nəzərdə tuturuq. Ümumilikdə, layihə çərçivəsində 3 təlim müəllim, 3 təlim şagirdlər üçün olmaqla 6 onlayn təlimin keçirilməsini planlaşdırırıq. Bugünkü onlayn təlimdə Kəlbəcər rayon 56 saylı  saylı tam orta məktəbdə çalışan 24 müəllim iştirak edir”.


Daha sonra "Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi Baş təlimçisi Xalid Çəndirli iştirakçılara "Microsoft Teams” proqramı ilə bağlı məlumat verib. Təlim "Microsoft Teams” proqramı üzərindən keçirilib. Təlim zamanı iştirakçılara "Microsoft Teams” proqramından istifadə imkanları, "Microsoft Teams” proqramının mobil versiyasının imkanları, "Microsoft Teams” proqramı vasitəsi ilə görüntülü və audio dərslərin keçirilməsi, onlayn test tapşırıqlarının hazırlanması, yoxlanılması, onlayn sinif iclaslarının və digər tədbirlərin keçirilməsi, o cümlədən müəllimlər üçün gündəlik dərs prosesində lazım olan digər məsələləri izah edilib.


Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 



Загрузка...
Həmçinin oxuyun:
“Virtual məktəb” layihəsi üzrə təlimat

“Virtual məktəb” layihəsi üzrə təlimat

“Virtual məktəb” portalında əlavə imkanlar yaradılıb

“Virtual məktəb” portalında əlavə imkanlar yaradılıb

Təhsil Nazirliyi "Virtual məktəb" layihəsini təqdim edir

Təhsil Nazirliyi "Virtual məktəb" layihəsini təqdim edir

“Təhsil” Cəmiyyətinin məcburi köçkün məktəblərilə bağlı layihəsinə start verildi

“Təhsil” Cəmiyyətinin məcburi köçkün məktəblərilə bağlı layihəsinə start verildi

“Virtual məktəb” layihəsi üzrə 150 min şagird qeydiyyatdan keçib

“Virtual məktəb” layihəsi üzrə 150 min şagird qeydiyyatdan keçib

“Virtual məktəb”: təhsil üçün yeni perspektivlər açan layihə

“Virtual məktəb”: təhsil üçün yeni perspektivlər açan layihə

ADNSU-da onlayn təhsilə start verildi

ADNSU-da onlayn təhsilə start verildi

“Polyup” platforması “Virtual məktəb” portalına inteqrasiya olunub

“Polyup” platforması “Virtual məktəb” portalına inteqrasiya olunub

BDU-da tədrisin məsafədən təşkili davam etdirilir

BDU-da tədrisin məsafədən təşkili davam etdirilir

Nazirlikdən şagirdlər üçün daha bir YENİLİK

Nazirlikdən şagirdlər üçün daha bir YENİLİK

Milyonçu “Virtual məktəb”li

Milyonçu “Virtual məktəb”li

BDU-da 16 minə yaxın istifadəçi “Microsoft Teams” platformasından yararlanır

BDU-da 16 minə yaxın istifadəçi “Microsoft Teams” platformasından yararlanır

Məcburi köçkün məktəblərində şərait nisbətən əlverişsiz osla da müsbət nəticələr az deyil

Məcburi köçkün məktəblərində şərait nisbətən əlverişsiz osla da müsbət nəticələr az deyil

İlahiyyat İnstitutunda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir

İlahiyyat İnstitutunda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir

Gənc alimlər təhsilə dəstək məqsədilə yeni layihənin icrasına başladılar

Gənc alimlər təhsilə dəstək məqsədilə yeni layihənin icrasına başladılar

Elnur Məmmədov: “Virtual məktəb” portalında bir gün ərzində 36 min şagird qeydiyyatdan keçib

Elnur Məmmədov: “Virtual məktəb” portalında bir gün ərzində 36 min şagird qeydiyyatdan keçib

Təhsil Nazirliyindən universitetlərə təklif

Təhsil Nazirliyindən universitetlərə təklif

Məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə videokonfrans

Məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə videokonfrans

Başqa variant yoxdur: Nazirliyin yeni layihəsi niyə daşa dirənib?

Başqa variant yoxdur: Nazirliyin yeni layihəsi niyə daşa dirənib?

Təhsil Naziri müəllimlərin suallarını cavablandırdı

Təhsil Naziri müəllimlərin suallarını cavablandırdı

Ali və orta ixtisas təhsili müəssisələri üçün “Microsoft Teams” platformasından pulsuz istifadə imkanı

Ali və orta ixtisas təhsili müəssisələri üçün “Microsoft Teams” platformasından pulsuz istifadə imkanı

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində informatika fənninin onlayn tədrisi davam edir

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində informatika fənninin onlayn tədrisi davam edir

1700-dən artıq müəllimin iştirakı ilə onlayn forum keçirilib

1700-dən artıq müəllimin iştirakı ilə onlayn forum keçirilib

Azercell-dən onlayn dərs verən müəllimlərə dəstək!

Azercell-dən onlayn dərs verən müəllimlərə dəstək!