AzTehsil.com


Xəbərlər / Direktor / Müəllim
14 noyabr 2020
2 820


Məktəb direktoru: Distant təhsil müəllimlər qarşısında yeni tələblər qoydu



 

Hazırda bir çox ölkələr COVID-19 infeksiyasının növbəti mərhələsini yaşayır. Yoluxma sayının artması səbəbindən dünya təcrübəsi pandemiya ilə mübarizədə distant təhsilə keçidin qaçılmaz olduğunu göstərdi. Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il noyabrın 2-dən tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formada təşkil olunur.

Bununla əlaqədar Baş nazir Əli Əsədov "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” Qərar imzalayıb. Distant təhsil mövcud vəziyyətdə təhsilin davamlılığına və sistemliliyinə imkan verir. Bu təhsil forması təhsilalanlar və təhsilverənlər arasında əlaqəni elektron resurslar, telekommunikasiya və kompüter şəbəkələri vasitəsilə müntəzəm olaraq məsafədən təşkil edir. COVID-19 infeksiyası ilə əlaqədar Azərbaycanda 2020-ci il martın 11-dən Təhsil Nazirliyi tərəfindən "Teledərslər”ə, aprelin 2-dən isə "Microsoft Teams” platforması üzərindən "Virtual məktəb” layihəsi ilə distant təhsilə start verildi. Hazırda ölkə üzrə təhsilverənlərin 79, təhsilalanların isə 72 faizi "Virtual məktəb”in fəal üzvləridir. Ölkədə mövcud pandemiya şəraitində internetlə bağlı problemlər və kompüter imkanlarının qismən məhdudluğuna baxmayaraq "Virtual məktəb” istifadəçilərinin sayı artma dinamikası üzrə inkişaf edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yasamal rayonu 53 nömrəli tam orta məktəbin direktoru Tünzalə Zeynalova söyləyib. O bildirib ki, distant təhsildə dərsin texniki baxımdan daha səmərəli qurulması imkanları və müsbət tərəfləri danılmazdır. Bu təhsil forması ailələrdə valideynlərin və şagirdlərin baxış müstəvisini dəyişərək oyun aləti kimi tanıdığı qurğuları bu gün təhsil alətinə çevirdi. Distant təhsil şagirdlərə sərbəstlik verdi, onlarda müstəqil öyrənmə bacarıqlarını aşıladı, müəllimdən asılılığı azaltdı. Müəllim ancaq istiqamət verən, yönəldən oldu.

Bundan əlavə, bütün valideynlərə bilavasitə istənilən vaxt dərsdə iştirak etmək şansı qazandırdı. Valideynlər həm dərsi izləmək, həm də övladlarının hansı bilik və bacarıqlara sahib olduğuna şahidlik etmək imkanı qazandılar. Bununla yanaşı, dərsdə nizam–intizam qaydalarının nə dərəcədə vacib olduğunu bir daha müşahidə etdilər. Distant təhsildə şagirdlər tədris prosesi ilə paralel olaraq elektron resurslarla işləmək bacarığı əldə edirlər.

"Məktəbimizin müəllim və şagird heyəti dərs ilinin əvvəlindən "Microsoft Teams” proqramından istifadə etməyə başlayıb. İlk vaxtlar proses çətin görünsə də, İKT bilikləri üstün olan müəllimlərin köməyi nəticəsində kollektivin, demək olar, böyük hissəsi "Virtual məktəb” platformasından istifadə edir və qarşılıqlı əməkdaşlığa cəlb olunur. Belə ki, məktəb daxilində müxtəlif qruplarla daha təcrübəli müəllimlər digər həmkarlarına bu istiqamətdə təlimlər keçir və bu proses hazırda da davam edir. Əlbəttə, bu sahədə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən təlimlər xüsusi əhəmiyyətlidir. Müəllimlər həmin təlimlərdən daha çox faydalanır və çətinlikləri aradan qaldırmağa birgə çalışırlar. Artıq müəllimlərimiz məktəbin koordinatorları tərəfindən siniflərə əlavə olunub, məktəb rəhbərliyi tərəfindən tərtib olunan cədvəl üzrə dərslərin tədrisinə başlayıblar. Qısa vaxt ərzində böyük nəticələr əldə olunub, müəllim kollektivinin 98, şagirdlərin isə 85 faizi bu proqramda fəal istifadəçidir. Proqrama qoşula bilməyən az sayda müəllimlər də var ki, onların yaxın vaxtlarda "Virtual məktəb” platformasında tədrisi təmin ediləcək. Şagirdlərdə isə əsas çətinlik bu və ya digər səbəblərə bağlıdır. Onların qoşula bilməmə səbəbləri araşdırılır və hər gün bu sahədə problemlər aradan qaldırılır. Qeyd edək ki, dərslər məktəb rəhbərliyi tərəfindən mütəmadi olaraq izlənilir, müvafiq şəkildə tövsiyələr verilir və iştirakçı sayı barədə qeydiyyat aparılır. Hazırda bu sahədə məktəbimiz nailiyyətlər əldə etməkdədir. Artıq müəllimlərin böyük əksəriyyəti sərbəst şəkildə təqvimdə cədvəl qurur və onun üzərində dəyişiklik apara bilir. Bundan əlavə, təkcə dərsə qoşulmaqla kifayətlənmir, asanlıqla ekranı paylaşır, proqramın təklif etdiyi lövhədən istifadə edə bilirlər. Bu da öz növbəsində dərsin əyaniliyini təmin edir. Əksər müəllimlər bu proqramda tapşırıq verə bilir, testlər hazırlayıb şagirdlərin ixtiyarına verirlər. İnanırıq ki, gələcək günlərdə bu proses daha da təkmilləşəcək və proqramın təklif etdiyi digər imkanlardan da istifadə olunacaq. Etiraf etməliyik ki, canlı dərsləri, müəllim nəvazişini, şagird-müəllim ünsiyyətini və bütün bu münasibətlərdən irəli gələn sosiallaşmanı "Virtual məktəb” platformasında təmin etmək mümkün deyil. Şagirdlər və müəllimlər əyani təhsilə başlanmasını səbirsizliklə gözləyirlər. Bu hissləri 9 noyabr – Azərbaycanda Dövlət Bayrağı Günü münasibətilə məktəbimiz tərəfindən təşkil olunan onlayn tədbirdə şagirdlərin simasından, gözlərindən görmək mümkün idi. Evlərindən əllərində bayraqla Vətənə olan sevgini nümayiş etdirməyə çalışan şagirdlərin və müəllimlərin iştirakı ilə təşkil edilən onlayn tədbirdə həm yüksək coşqu, həm kövrək, həm də həssas məqamlarla dolu anlar yaşanıldı. Şagirdlərin tezliklə məktəbə qayıtmaq, bir yerdə olmaq, əl-ələ tutub bayrağımızı göylərə qaldırmaq niyyətlərini ekranlardan hiss etməmək mümkün deyildi. Lakin mövcud vəziyyətdə təhsilalanların və təhsilverənlərin sağlamlığı, təhlükəsizliyi baxımından ən alternativ, səmərəli çıxış yolu distant təhsilin təşkilidir.

Distant təhsil çağdaş təhsilin formatını dəyişdi, yeni təhsil modeli yaratdı və müəllimlər qarşısında yeni tələblər qoydu. Bu tələblərdən ən vacibi İKT biliklərini əhatə edən kompetensiyaya sahib olmaqdır. Fikrimizcə, gələcəkdə təşkil ediləcək müəllimlərin işə qəbulu və sertifikasiya imtahanlarında bu kimi bacarıqların yoxlanılması üzrə meyarların əlavə olunması günün tələblərindən olacaq”,- deyə məktəbin direktoru fikrini yekunlaşdırıb.



Загрузка...
Həmçinin oxuyun:
Natiq Yəhyayev: Televiziya dərslərinin interaktivliyini təmin etməli və distant təhsil imkanlarını genişləndirməliyik

Natiq Yəhyayev: Televiziya dərslərinin interaktivliyini təmin etməli və distant təhsil imkanlarını genişləndirməliyik

Təhsil naziri xüsusi karantin rejimi dövründə uyğunlaşdırılmış tədris planlarına dair əmr imzalayıb

Təhsil naziri xüsusi karantin rejimi dövründə uyğunlaşdırılmış tədris planlarına dair əmr imzalayıb

Elnur Məmmədov: “Virtual məktəb” layihəsinə qoşula bilməyən şagirdlərin vəziyyəti anlaşılandır

Elnur Məmmədov: “Virtual məktəb” layihəsinə qoşula bilməyən şagirdlərin vəziyyəti anlaşılandır

Kənan Kərimli: “Virtual məktəb” layihəsinə qoşula bilməyən şagirdlər cəzalandırılmayacaq

Kənan Kərimli: “Virtual məktəb” layihəsinə qoşula bilməyən şagirdlər cəzalandırılmayacaq

“Polyup” platforması “Virtual məktəb” portalına inteqrasiya olunub

“Polyup” platforması “Virtual məktəb” portalına inteqrasiya olunub

Ucqarlara çatmayan DİSTANT TƏHSİL

Ucqarlara çatmayan DİSTANT TƏHSİL

Məcburi köçkün məktəblərində çalışan müəllimlər təlimə cəlb edilib

Məcburi köçkün məktəblərində çalışan müəllimlər təlimə cəlb edilib

İlahiyyat İnstitutunda distant təhsilə start verildi

İlahiyyat İnstitutunda distant təhsilə start verildi

Milyonçu “Virtual məktəb”li

Milyonçu “Virtual məktəb”li

Ədalət Muradov: Növbəti tədris ilindən dərslərin hansı formada təşkil ediləcəyi məsələsinə aydınlıq gətirilməlidir

Ədalət Muradov: Növbəti tədris ilindən dərslərin hansı formada təşkil ediləcəyi məsələsinə aydınlıq gətirilməlidir

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

“Virtual məktəb” portalında əlavə imkanlar yaradılıb

“Virtual məktəb” portalında əlavə imkanlar yaradılıb

Təhsil Nazirliyi "Virtual məktəb" layihəsini təqdim edir

Təhsil Nazirliyi "Virtual məktəb" layihəsini təqdim edir

“Virtual məktəb” layihəsi üzrə 150 min şagird qeydiyyatdan keçib

“Virtual məktəb” layihəsi üzrə 150 min şagird qeydiyyatdan keçib

1700-dən artıq müəllimin iştirakı ilə onlayn forum keçirilib

1700-dən artıq müəllimin iştirakı ilə onlayn forum keçirilib

İlk distant təhsil məktəbi

İlk distant təhsil məktəbi

Nazirlikdən şagirdlər üçün daha bir YENİLİK

Nazirlikdən şagirdlər üçün daha bir YENİLİK

“Virtual Məktəb” çərçivəsində şagirdlərin, valideynlərin və müəllimlərin qarşılaşdıqları problemlər – MÜSAHİBƏ

“Virtual Məktəb” çərçivəsində şagirdlərin, valideynlərin və müəllimlərin qarşılaşdıqları problemlər – MÜSAHİBƏ

UNEC-də dərslər distant formada təşkil ediləcək

UNEC-də dərslər distant formada təşkil ediləcək

Elnur Məmmədov: “Virtual məktəb” portalında bir gün ərzində 36 min şagird qeydiyyatdan keçib

Elnur Məmmədov: “Virtual məktəb” portalında bir gün ərzində 36 min şagird qeydiyyatdan keçib

“Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”- Rektor Ədalət Muradov

“Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”- Rektor Ədalət Muradov

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

“Koronavirusa qədər artıq UNEC-də distant təhsil infrastrukturu tamamlanmış vəziyyətdə idi”

“Koronavirusa qədər artıq UNEC-də distant təhsil infrastrukturu tamamlanmış vəziyyətdə idi”

Ümumi təhsil pilləsi üzrə tədris planları təsdiq edilib

Ümumi təhsil pilləsi üzrə tədris planları təsdiq edilib