AzTehsil.com


Xəbərlər / Müəllim / Ekspert
23 fevral 2021
1 132


Nadir İsrafilov: Məktəb nə qəbilə, nə də tayfa icması deyil



 

"Anlayışları dəqiq müəyyən edin, onda bir çox səhv fikirlərdən qurtulacaqsınız…”

 Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, əməkdar elm xadimi professor Şahlar Əsgərovun bir müddət əvvəl söylədiyi bir fikir, təhsil leksikonumuzda rastlaşdığımız bəzi anlayışlarla bağlı mülahizələrimi bir qədər də yeniləmiş oldu: "Anlayışları dəqiq müəyyən edin, onda bir çox səhv fikirlərdən qurtulacaqsınız. Bizim təhsil anlayışlarımızın çoxu qüsurludur. Pedaqoqlar isə susurlar.”

Əslində, dilimizdə işlədilən və uzun illərdən bəri özünə yer alan bir sıra anlayışlar çoxdan diqqətimdə olub və zaman-zaman bununla bağlı subyektiv mülahizələrimi dövri mətbuatda və sosial şəbəkələrdə paylaşmışam.  Məsələn, götürək elə "ibtidai məktəb”, "ibtidai təhsili”, "ibtidai siniflər”, "ibtidai sinif müəllimi” anlayışlarını. Bildiyim qədər, dünyanın  heç bir aparıcı ölkəsində "ibtidai məktəb”, "ibtidai sinif" ifadəsi işlənmir. Qardaş Türkiyədə "ilk okul”, "orta okul” alayışları var. Elə qonşu Rusiyada da  "первобытная школа”, первобытные  классы” deyil, "начальная школа”, "начальные классы” ifadələri işlənilir.

 Tarix dərsliklərimizdə "İbtidai-icma quruluşu” ("Первобытно-общинный строй”) daş və metal dövrünün  paleolit, mezolit, neolit mərhələləri  kimi səciyyələndirilir və istər-istəməz şüurumuzda primitivlik təəssüratı yaradır. O da maraqlıdır ki, lap elə indinin özündə dilimizdə "первобытные люди”-"ibtidai insanlar” kimi təqdim olunduğu halda, nəyə görə  "начальные классы” məsələn, daha münasib sayıla biləcək  "təməl sinifləri” kimi deyil, "ibtidai siniflər” kimi ışlənilməlidir?

Bir halda ki, tədris proqramlarında dəyişiklik edərək, "İbtidai hərbi hazırlıq" fənninı "Gənclərin çağırışaqədərki hazırlığı" fənni ilə əvəz etdik, elə isə bu, təhsil üçün, müəllim üçün, balalarımız üçün aşağılayacı ifadəni niyə dəyişməyək...? Belə çıxır ki, ibtidai sözünü hərbimizə, ordumuza yaraşdırmadıq, təhsilimizə, müəllimlərimizə, uşaqlarımıza isə yaraşdırırıq...?  Bu kimi "ibtidai ifadələr” insan düşüncəsində, sanki "İbtidai icma quruluşu”, "ibtidai insanlar” kimi assosiasiya olunur. Halbuki, məktəb nə qəbilə, nə də tayfa icması deyil,  ilkin, əsas və tam orta təhsil üçün tədris ocağıdır.

Heç bir maliyyə resursu tələb etməyən, məktəbə, müəllimə, şagirdə, bütövlükdə təhsilə yaraşmayan bu "ibtidai” anlayışını "ilkin”, "erkən”, "başlanğıc”, "təməl”, daha nə deyim, dilçilər yaxşı bilər – digər münasib sayıla biləcək ifadələrlə  əvəz etmək bu qədərmi çətin işdir...?

Bir ara ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün nəzərdə tutulmuş "Azərbaycan tarixi” kursunu "Ata yurdu” dərsliyi ilə əvəz etməyimizin adı nə idi? Bəlkə, ideya təşəbbüsçüləri  kursun adını dəyişərkən "Oteçestvo” sözü ilə "Otçestvo” sözünü qarışıq salmışdılar? Bəlkə hesab ediblər ki, rus qonşularımızın "Oteçestvennaya istoriya” adlandırdığı tarix "Otes” (ata) sözündən götürülüb? Əslində, bəlkə də bu ideya müəlliflərini "qınamaq” da ədalətsizlik olardı. Çünki, bu rusların dilində elə, qəribəliklərmi deyək, incəliklərmi deyək var ki, bundan da hər adamın baş çıxarması müşkül məsələdir. Gəl indi bu "Oteçestvo” (Vətən) ilə "Otçestvo” (ata xətti ilə soyad) arasındakı bir hərf fərqinə görə baş sındır. 

Hər halda ziyanın yarısından qayıtmaq da bir xeyirdir deyiblər böyüklərimiz. Nə yaxşı ki, dərsliklərimizdə və digər tədris vəsaitlərində rus dilinə əsaslanıb "oteçestvennaya voyna” sözünü "ata müharibəsi”, "za oteçestvo” sözünü "ata uğrunda”, "rodina mat zovyot” sözünü "ata vətən çağırır” kimi ifadə etməmişık, yoxsa aləmə biabır olardıq. Bir də ki, yeri gəlmişkən, ana vətən, ana torpaq deyə-deyə, birdən yurdumuzu ata mülkiyyətinə çevirib "özəlləşdirməyimizə” nə ehtiyac vardı?

"Əlifba”ya da "ərəb damğası” vurub sıradan çıxardıq, (ərəb sözüdür, ilk iki hərfi (əlif və bey) adının birləşməsindən əmələ gəlib. Alfavit də həmin qayda üzrə yaranıb, yunan sözüdür. Азбука da eyni qəlib əsasında əmələ gəlib, slavyan sözüdür) sanki tarix, coğrafiya, cəbr, kimya, biologiya, fizika, informatika… bizim sözlər imiş kimi…
Birdən etiraz edib deyən olar ki...
Davamı var.

Nadir İsrafilov



Загрузка...
Həmçinin oxuyun:
Nadir İsrafilov:  Oxumaq savad sayılmır, bilmək savad sayılır

Nadir İsrafilov: Oxumaq savad sayılmır, bilmək savad sayılır

Bu mövzu Tarix dərsliklərindən çıxarılsın

Bu mövzu Tarix dərsliklərindən çıxarılsın

İbtidai siniflərdə  bitməyən mübahisə - Musiqi, Texnologiya kimi fənləri kim keçməlidir?

İbtidai siniflərdə bitməyən mübahisə - Musiqi, Texnologiya kimi fənləri kim keçməlidir?

"Onda ibtidai sinfi qonşu Gürcüstandakı kimi 6 illik etmək zəruridir"

"Onda ibtidai sinfi qonşu Gürcüstandakı kimi 6 illik etmək zəruridir"

Təhsildəki problemləri ibtidai sinif müəllimlərinin üzərinə atmağı düzgün saymıram !

Təhsildəki problemləri ibtidai sinif müəllimlərinin üzərinə atmağı düzgün saymıram !

Təhsilin “başı”, “ayağı” olmur, təhsilin Baş İdarəsi olur.

Təhsilin “başı”, “ayağı” olmur, təhsilin Baş İdarəsi olur.

Məktəblərdə müəllimlə yanaşı psixoloq nəzarəti mütləq gücləndirilməli…Psixoloq Səbinə Bayramova

Məktəblərdə müəllimlə yanaşı psixoloq nəzarəti mütləq gücləndirilməli…Psixoloq Səbinə Bayramova

Sabahdan ibtidai siniflər üçün 5 günlük tətil başlayır

Sabahdan ibtidai siniflər üçün 5 günlük tətil başlayır

İbtidai təhsil fakültəsində ustad dərsi keçirilib

İbtidai təhsil fakültəsində ustad dərsi keçirilib

"Mübariz İbrahimov kimi qəhrəman olmaq istəyirəm..." - İbtidai sinif müəllimindən maraqlı flaşmob - VİDEO

"Mübariz İbrahimov kimi qəhrəman olmaq istəyirəm..." - İbtidai sinif müəllimindən maraqlı flaşmob - VİDEO

İbtidai sinif müəllimlərinin imtahanında maksimum bal toplayan olmayıb

İbtidai sinif müəllimlərinin imtahanında maksimum bal toplayan olmayıb

Bu müəllimlər mükafata layiq görüldü - SİYAHI

Bu müəllimlər mükafata layiq görüldü - SİYAHI

İbtidai siniflər üçün əlavə yaz tətili başlayır

İbtidai siniflər üçün əlavə yaz tətili başlayır

"Bu prossesi həyata keçirmək mexanizmini tapmaq Təhsil Nazirliyinin intelektual mərkəzinin vacib məsələlərindəndir"

"Bu prossesi həyata keçirmək mexanizmini tapmaq Təhsil Nazirliyinin intelektual mərkəzinin vacib məsələlərindəndir"

İbtidai sinif müəllimlərinin seminarı keçirilib

İbtidai sinif müəllimlərinin seminarı keçirilib

İbtidai təhsil, məktəbəhazırlıq, icma əsaslı qrupların fəaliyyəti mərhələli bərpa ediləcək

İbtidai təhsil, məktəbəhazırlıq, icma əsaslı qrupların fəaliyyəti mərhələli bərpa ediləcək

Müəllim olmaq istəyim, arzum lap ibtidai sinifdə oxuyandan başlayıb

Müəllim olmaq istəyim, arzum lap ibtidai sinifdə oxuyandan başlayıb

Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti

Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti

İbtidai təhsil fakültəsinin əməkdaşları 47 nömrəli tam orta məktəbdə olublar

İbtidai təhsil fakültəsinin əməkdaşları 47 nömrəli tam orta məktəbdə olublar

“Rus dilini təbliğ etmək Azərbaycana düşmənlikdir”

“Rus dilini təbliğ etmək Azərbaycana düşmənlikdir”

Ağstafanın  kənd məktəblərində məktəbəhazırlıq və ibtidai siniflərdə dərs deyən müəllimlərin seminarı keçirilib.

Ağstafanın kənd məktəblərində məktəbəhazırlıq və ibtidai siniflərdə dərs deyən müəllimlərin seminarı keçirilib.

Müəllimin dəyişməsi şagirdlərə necə təsir edir?

Müəllimin dəyişməsi şagirdlərə necə təsir edir?

Azərbaycanda ən çox bu fənlərin müəllimlərinə ehtiyac var - 7539 vakant yer müsabiqəyə çıxarılır

Azərbaycanda ən çox bu fənlərin müəllimlərinə ehtiyac var - 7539 vakant yer müsabiqəyə çıxarılır

Ev tapşırıqları ibtidai sinif şagirdlərini məhv edir.

Ev tapşırıqları ibtidai sinif şagirdlərini məhv edir.