İbtidai təhsil fakültəsində ustad dərsi keçirilib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsil fakültəsinin III tədris ilinin 304-cü qrupunda Bakı şəhəri Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin ibtidai sinif müəllimi Nəcabət Həsənova "Riyaziyyat” fənnindən "Ədədə (tama) görə hissənin tapılması” mövzusunda ustad dərsi keçirib. Ustad dərsdə İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov, dekan müavini, dosent Afət Həsənova, Riyaziyyat və onun ibtidai kursunun tədrisi metodikası kafedrasının müdiri, professor Seyidağa Həmidov və magistrantlar iştirak ediblər. Dərsdə tələbələr 4 qrupa bölünərək verilən tapşırıqları icra edib, müxtəlif məsələlər qurub, tələbə yoldaşlarının və müəllimin suallarını cavablandırıblar. Dərsin sonunda ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün "Riyaziyyat” fənni üzrə nümunə dərsinin icmalı hazırlanıb.