AzTehsil.com


Xəbərlər / Qəhramanlarımız
12 yanvar 2021
1 264


Taxılsəpən Tacəddinin dastanı: "Mənim də gücüm buna çatdı"



Taxılsəpən Tacəddinin dastanı: "Mənim də gücüm buna çatdı"

 

"Kəndli babayam, mənim də gücüm, imkanım torpaq şumlamağa çatır. Vətənimə, o qardaşlarımıza olan borcumu belə ödəyə bildim. Onlar torpaqlarımızı düşməndən azad etdi, mən də onların torpaqlarının bərəkətli olmasına çalışdım.”

Bunu Lent.az-a Tacəddin danışır. Cəlilabad rayonunun Günəşli kənd sakini Hüseynov Tacəddin. Kənd təsərrüfatı işləri ilə məşğul olur. Traktoru, dörd korpuslu kotan, toxumsəpən, ot bağlayan və daşıyan qurğuları var.

Həmin kənddən 44 günlük Vətən müharibəsinə qatılan bir çox zabit və əsgərin ailələsinə məxsus pay torpaqlarına payız şumu vurub. Günəşli və qonşu kəndlə birgə təxminən 15 ailənin. Heç kimdən də zəhmət haqqı almayıb.

Sentyabrın 27-də Vətən müharibəsi başlayanda səfərbərliklə və könüllü savaşa gedənlərə necə yardım edəcəyi haqda düşünüb. Zaman o zaman idi ki bir müddət sonra torpaqlara payız şumu vurulmalıydı. Bu zaman ön cəbhədə canı bahasına vətənə xidmət edənlərin ailəsinə  yardım etməyi düşünür.

- 15 ailə ilə görüşdüm. Aralarında müharibədə zabit, əsgər olanı da var idi. Bilirsiniz, kənd yerində çöl təsərrüfatı işləri ilə evin kişisi məşğul olur. Qadınlar isə daha çox həyət-bacadakı əkinlə. Müharibədə iştirak edən hər kəs mənim qardaşımdı. Onların sayəsində bu gün biz qalibik, sevinirik. İstədim ki, kənddəki işlərdən narahat qalmasınlar. Burada onlara kömək etməyi özümə borc bildim. Qərara gəldim ki, özüm kəndimizdə və eləcə də ətraf kəndlərdə  müharibədə iştirak edən hər kəsin torpağına payız şumu vurum. Evlərinə getdim, torpaqlarının harada yerləşdiyini soruşdum.

Tacəddin deyir ki, ailələr ilk olaraq məbləğlə  maraqlanıblar. Təmənnasız, heç nəyə ehtiyac olmadığını deyəndə həm təəccübləniblər, həm də seviniblər. 

- Kəndli babayam. Mənim də gücüm, imkanım buna çatır. Vətənimə, o qardaşlarımıza olan borcumu belə ödəyə bildim. Onlar torpaqlarımızı düşməndən,  azad etdi, mən də onların torpaqlarının  bərəkətli olmasına çalışdım. Qürur duyuram ki, onlar üçün nəsə edə bildim. Bu gün xalqımızın qalib olması, sevinməsində onların əməyi danılmazdı. Canları, qanları bahasına 30 illik məğlubiyyət damğasını üzərimizdən götürdülər.

Qonşu kənddən də 2-3 ailə var idi. Onların da torpaqlarını şumlayıb, dənlərini əkmişəm. Ailə başçılar müharibədən qayıdanda  çox israr etdilər zəhmət haqqını götürüm. Uzun israr və  xahişdən sonra  yalnız işlətdiyim yanacağın pulunun az hissəsini götürdüm ki, inciməsinlər məndən. Əlavə haqq almadım. Özlərinə də dedim, siz torpaqlarımızı qoruyurdunuz, bir damla qanınızın-tərinizin haqqını bir ömür verə bilmərik. Şum nədir ki...

Qəhrəmanımız kotanı  öz büdcəsi ilə, digər texnika və toxumsəpəni isə "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətindən lizinq yolu ilə əldə etdiyini söyləyir. 

-  Vaxtında ödəniş etdiyim üçün adım "yaşıl işıq”dadı. Toxumsəpənin ödənişini bu il bağladım. Amma traktoru 10 illik götürmüşəm. 3 aydan bir 290 manat, il ərzində 1160 manat ödəyirəm. 2024-cü ildə ödənişim bitir.

Bir də kənd yerində torpağı sakinlər necə verildiyini, neçədən şumlandığı ilə maraqlandıqda, Tacəddin dedi ki, adambaşına 40 sot verilir. 3 hektar, hektar yarım torpağı olan da var. 1 hektarı 35 manatdan şumlayırlar. Taxıl səpənlə hektarı 20 manata  səpirlər.

Uzun təkid və isrardan sonra nəhayət ki, təxmini də olsa neçə hektar torpağı şumladığını, taxıl səpdiyini və ümumi məbləğin nə qədər etdiyini bizə dedi. Bu zaman o bir daha dönə-dönə vurğuladı ki, burada onu heç kim yanlış anlamasın. Siz də Tacəddini qınamayın. O bizim xahişimizlə qiyməti və ərazinin təxmini ölçüsünü deyir:

- Şum və əkmək haqqı ilə birgə götürsək, təxminən 1300-1500 manat edir. Mən onlara kömək məqsədi ilə boynuma düşən işi eləmişəm. Mənim borcuma düşən, əlimdən gələn budur. Pulla iş görmədiyim üçün heç yerin neçə hektar olduğunu da soruşmamışam.Təxmini deyə bilərəm ki, 25-30 hektar olardı.”

O, şuma başlayanda işlədiyi kəndlərin  bir şəhid, iki qazisi olub. Müharibə bitəndə isə 15 ailədən 2 şəhid, 4 qazi olduğunu deyir, Tacəddin. Vətən müharibəsi iştirakçıları kəndə, evlərinə qayıdanda isə hamısı ilə gedib görüşüb, şəhid qardaşlarının dəfnində iştirak edib. 

Qazi qardaşları da onu arxa cəbhənin qəhrəmanı adlandırsalar da, Tacəddin deyir ki, onların elədiklərinin yanında mən heç nə etməmişəm. Onlar həyatlarını güllənin, mərminin altında bizlər üçün qurban veriblər. Ailələrini, övladlarını unutmadığım üçün mənə dəfələrlə təşəkkür etdilər. "Mənim üçün ən böyük mükafat  o oğulların  "sağ ol” demələridi. Hamısı ilə fəxr edirəm”. 



Загрузка...
Həmçinin oxuyun:
Ailəsinə şəhadət xəbəri verilən qazimiz: Atam üzümə dedi ki, sən oğlum deyilsən, oğlum şəhid olub

Ailəsinə şəhadət xəbəri verilən qazimiz: Atam üzümə dedi ki, sən oğlum deyilsən, oğlum şəhid olub

Komandiri ilə bərabər şəhid olan Oktayın həyat hekayəsi: Altı il idi sevdiyi vardı, nişanlanacaqdılar - FOTO

Komandiri ilə bərabər şəhid olan Oktayın həyat hekayəsi: Altı il idi sevdiyi vardı, nişanlanacaqdılar - FOTO

40-dan çox erməninin içində üç saat mühasirədə qalan qazimiz - VİDEO

40-dan çox erməninin içində üç saat mühasirədə qalan qazimiz - VİDEO

Toyunu qələbədən sonra etməyi planlaşdıran şəhid gizirimiz - FOTO

Toyunu qələbədən sonra etməyi planlaşdıran şəhid gizirimiz - FOTO

Minaya düşən 23 yaşlı qazi: Ayağımı götürüb 500 metr tək getdim...

Minaya düşən 23 yaşlı qazi: Ayağımı götürüb 500 metr tək getdim...

“Qırx mərasimi”nə 4 gün qalmış əsirlikdən qayıtdı - Hamının şəhid bildiyi zabit

“Qırx mərasimi”nə 4 gün qalmış əsirlikdən qayıtdı - Hamının şəhid bildiyi zabit

Şəhid Fərid Məmmədovun həyat yoldaşı: “Sevdiyimin tabutunu qucaqlayıb yuxuya getdim” - FOTO

Şəhid Fərid Məmmədovun həyat yoldaşı: “Sevdiyimin tabutunu qucaqlayıb yuxuya getdim” - FOTO

Şəhid mayorumuzun həyat yoldaşı: “Telefonunda mənə yazdığı son məktubunu gördüm” - FOTO

Şəhid mayorumuzun həyat yoldaşı: “Telefonunda mənə yazdığı son məktubunu gördüm” - FOTO

Kənd müəllimi Həmkarlar  İttifaqından narazıdır

Kənd müəllimi Həmkarlar İttifaqından narazıdır

Məşhur “Canavar” postunu alan qazimiz: “18 yüksək rütbəsi olan düşməni məhv etdik” - FOTO/MÜSAHİBƏ

Məşhur “Canavar” postunu alan qazimiz: “18 yüksək rütbəsi olan düşməni məhv etdik” - FOTO/MÜSAHİBƏ

Ürəyində Azərbaycan boyda sevgi gəzdirən oğullar

Ürəyində Azərbaycan boyda sevgi gəzdirən oğullar

18 yaşlı qazimiz: Bağırsaqlarımı əlimlə yığıb beli üstə öz əsgərlərimizə tərəf süründüm

18 yaşlı qazimiz: Bağırsaqlarımı əlimlə yığıb beli üstə öz əsgərlərimizə tərəf süründüm

Anam tabutu açdıranda görüb ki, mən deyiləm... - Qazi Rəmzi

Anam tabutu açdıranda görüb ki, mən deyiləm... - Qazi Rəmzi

Özünü qumbaranın üstünə atıb döyüşçü yoldaşlarını xilas etdi

Özünü qumbaranın üstünə atıb döyüşçü yoldaşlarını xilas etdi

Vətənə sipər oğullar...

Vətənə sipər oğullar...

Xaspolad 13 ildən sonra dünyaya gəlmişdi, Allah onu mənə gec vermişdi, tez aldı - Şəhid Anası

Xaspolad 13 ildən sonra dünyaya gəlmişdi, Allah onu mənə gec vermişdi, tez aldı - Şəhid Anası

Tarix müəllimi Mehriban Əliyevaya müraciət ünvanladı- "Yeganə ümidim sizsiniz"

Tarix müəllimi Mehriban Əliyevaya müraciət ünvanladı- "Yeganə ümidim sizsiniz"

Füzuli, Cəbrayıl və Zəngilanda döyüşən əsgərimiz qazi oldu

Füzuli, Cəbrayıl və Zəngilanda döyüşən əsgərimiz qazi oldu

18 yaşlı qəhrəmanımızın anası: “Həmişə şəhid olacağını deyirdi, arzusuna da çatdı” - VİDEO

18 yaşlı qəhrəmanımızın anası: “Həmişə şəhid olacağını deyirdi, arzusuna da çatdı” - VİDEO

Şəhid ailəsi 10 min manatlıq müavinəti fonda bağışladı - VİDEO

Şəhid ailəsi 10 min manatlıq müavinəti fonda bağışladı - VİDEO

Əsgərin arzusu hər kəsi kövrəltdi — Məni qızımın corabı ilə dəfn edin -VİDEO

Əsgərin arzusu hər kəsi kövrəltdi — Məni qızımın corabı ilə dəfn edin -VİDEO

Şəhidin son arzusu yerinə yetirildi: Məzarına Şuşa torpağı səpildi

Şəhidin son arzusu yerinə yetirildi: Məzarına Şuşa torpağı səpildi

Bu kəndin orta məktəbində təhsilin 9 illik olması tam orta təhsilə mane olur

Bu kəndin orta məktəbində təhsilin 9 illik olması tam orta təhsilə mane olur

QARABAĞLIYAM

QARABAĞLIYAM