Tərbiyəçi müəllimlərin işə qəbulu başlayır
AzTehsil.com xəbər verir ki, vakant olan tərbiyəçi müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi üçün qeydiyyat prosesinə start verilir.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində vakant olan tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul prosesi həyata keçirilir.
Belə ki, 2022-ci ildə tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsindən uğurla keçmiş, həmçinin 2023-cü ildə keçirilmiş müsabiqənin test mərhələsində iştirak etmiş şəxslər 10 mart 2025-ci il tarixindən 16 mart 2025-ci il saat 18:00-dək aşağıda göstərilən link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat linki: https://forms.gle/w9NUFeHJUH5FcCWk6
Qeydiyyat zamanı namizəd haqda lazım olacaq məlumatlar:
- Soyad, ad və ata adı
- FİN kod
- Müsabiqədə topladığı bal (bilmirsə boş saxlaya bilər)
- Əlaqə nömrəsi
- İşləmək istədiyi məktəbəqədər təhsil müəssisəsini siyahıdan seçir (yalnız 1 müəssisə seçə bilər)
Qeyd edək ki, müsahibə təşkil olunarkən müraciət üçün verilmiş vaxt bitdikdən sonra namizədlərin test imtahanında topladığı bala əsasən müraciət edənlər arasında ən yüksək bal toplamış namizəd müsahibəyə dəvət ediləcəkdir. Bu namizəd uyğun olmazsa, müraciət edənlər arasından bal sıralamasına uyğun olaraq növbəti namizəd dəvət ediləcəkdir.
Yerlərə görə müsahibəyə dəvət zamanı nəzərə alınan müsabiqə balı azala bilər.