Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir.
AzTehsil.com xəbər verir ki , Şirvan - Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Biləsuvar şəhəri Rafiq Əliyev adına 1 nömrəli körpələr evi - uşaq bağçasında vakant olan tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir.
Müsabiqədə iştirak etmək istəyən namizədlər 27 fevral tarixindən 4 mart 2025-ci il tarixinədək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat linki:
https://docs.google.com/forms/d/e/1FAIpQLScbhoUylnvh75n6nrJJ-tjJQlhafOHZdvQt-g6NnBz-H24xkQ/viewform?usp=sharing
Qeydiyyat başa çatdıqdan sonra müsabiqənin müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə namizədlərə məlumat veriləcəkdir.
Müraciət üçün verilmiş vaxt bitdikdən sonra namizədlərin test imtahanında topladığı bala əsasən müraciət edənlər arasında ən yüksək bal toplamış namizəd müsahibəyə dəvət ediləcəkdir. Bu namizəd uyğun olmazsa, müraciət edənlər arasından bal sıralamasına uyğun olaraq növbəti namizəd dəvət ediləcəkdir.
Müsahibədə 2023-cü ildə keçirilən müsabiqənin test imtahanı mərhələsində uğur qazanan namizədlərlə yanaşı, həmçinin 2022-ci ildə məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqədə uğur qazanıb ehtiyat kadrlar siyahısına daxil edilmiş namizədlər də vakansiya seçimində iştirak edə bilərlər.
Qeyd edək ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsi üzrə vakant yer yarandığı halda, regional təhsil idarəsinin rəsmi internet səhifələrində elan veriləcək. Müsahibənin elanı barədə məlumatlı olmağınız üçün idarənin rəsmi internet səhifələrini mütəmadi izləməyiniz tövsiyə olunur.
Məktəbəqədər təhsil müəssisəsində mövcud olan tərbiyəçi-müəllim vəzifəsi üzrə vakant yerin siyahısı: https://shorturl.at/4wDRL