Astarada seminar keçirilib
Astarada kitabxanaların idarə edilməsi ilə bağlı seminar keçirilib
AzTehsil.com xəbər verir ki, martın 27-də Astara rayon Mərkəzi Kitabxanasında mərkəzi kitabxananın şəbəkəsinə daxil olan müəssisənin idarə edilməsi ilə seminar aparılıb.
Seminarı kitabxananın direktoru vəzifəsini icra edən Emil Baxşıyev kitabxana sahəsində görülən işlərdən və gündəlikdə duran məsələ ilə bağlı məlumat verib.
Yekunda problemlərin həlli üçün müəssisə rəhbərlərinə konkret tapşırıqlar verilib.