AzTehsil.com

Karyera / Xəbərlər / İnnovasiyalar / İKT
11 mart 2025
384

Bank of Baku və ADA Universiteti memorandum imzalayıb: mini MBA proqramı təşkil ediləcək



Ölkənin seçilən iki qurumu – Bank of Baku və ADA Universiteti əməkdaşlıq memorandumuna imza atıb.


AzTehsil.com xəbər verir ki, əməkdaşlıq sazişini Bank of Baku-nun İdarə Heyətinin sədri Həsən Quliyev və ADA Universitetinin Tələbə Qəbulu və Xidmətləri üzrə Prorektoru Günay Ziyadova imzalayıblar.


11 mart tarixində imzalanan memorandum çərçivəsində ADA Universitetinin ixtisasartırma proqramı Bank of Baku əməkdaşları üçün mini MBA proqramı təşkil edəcək. Proqramda bankın rəhbər vəzifədə çalışan 30 əməkdaşının iştirakı nəzərdə tutulub. Bundan əlavə, 2 qurum arasındakı razılığa əsasən, Bank of Baku tərəfindən ADA Universitetinin tələbələrinə xüsusi təcrübə proqramları təqdim ediləcək, eləcə də universitet məzunları üçün iş fürsətləri yaradılacaq. Qeyd edək ki, sözügedən mini MBA proqramı son illərdə bank sektorunda ilk dəfə Bank of Baku üçün təşkil olunub.


Bankın İdarə Heyətinin sədri Həsən Quliyev bu əməkdaşlıqdan bəhs edərkən bildirib ki, Bank of Baku hər zaman sektor üçün peşəkar və yüksək ixtisaslı kadrların hazırlanmasına xüsusi töhfələr verib.


“Bu baxımdan, ADA Universiteti ilə başladığımız əməkdaşlıq bankımızın uzunmüddətli ənənəsinin davamına etdirilməsinə də dəstək olacaq. İnanıram ki, bu memorandumda nəzərdə tutulan təşəbbüslər bütün maraqlı tərəflər üçün səmərəli və faydalı nəticələr verəcək. Bank of Baku olaraq məqsədimiz gəncləri dəstəkləmək, gələcəyin liderlərinin yetişdirilməsinə dəstək olmaq və sektorda keyfiyyətli xidmət göstərmək üçün kadr hazırlığını davamlı inkişaf etdirməkdir.” – deyə Həsən Quliyev əlavə edib.ADA Universitetinin Tələbə Qəbulu və Xidmətləri üzrə Prorektoru Günay Ziyadova təhsil və biznes sektoru arasında əlaqələrin genişlənməsinin hər iki tərəf üçün faydalı olduğunu, eyni zamanda milli insan kapitalının inkişafına töhfə verdiyini bildirib.


"Universitet-Sənaye əməkdaşlığını davamlı olaraq inkişaf etdirir və bu məqsədlə tərəfdaşlarımızın sayını artırırıq. "Bank of Baku"nun da bu prosesə qoşulması ADA tələbə və məzunlarının real iş mühitində praktiki bilik və bacarıq qazanmasına, onların əmək bazarına daha sürətli keçidinə dəstək verəcək. Eyni zamanda, bu əməkdaşlıq Bankın kadr potensialının daha da gücləndirilməsini və peşəkar mütəxəssislərlə təmin olunmasını dəstəkləyəcək."


Qeyd edək ki, universitet tərəfindən xüsusi olaraq hazırlanmış mini MBA proqramının əsas məqsədi rəhbər şəxslərin menecment bacarıqlarını daha da inkişaf etdirmək, strateji düşünmə, qərar qəbul etmək, eləcə də liderlik, ünsiyyət və problemi həll etmək bacarıqlarını gücəndirməkdir.


10 moduldan ibarət birillik proqram müddətində liderliyin əsasları, komanda və layihə idarəetməsi, strategiya hazırlanması, maliyyə menecmenti, marketinq, menecerlər üçün iqtisadiyyat, biznes analitikası və s. kimi mövzulara toxunulacaq.



Məlumat üçün bildirək ki, 30 ildən çoxdur ki fəaliyyət göstərən və daima inkişafda olan Bank of Baku-da hazırda 1000-ə yaxın əməkdaş çalışır. Bank insan kapitalını hər zaman özünün əsas dəyərlərindən biri olaraq ifadə edir və əməkdaşlarının peşəkar karyerada irəliləməsi üçün onlara fürsətlər yaratmağa çalışır.



Bank of Baku paytaxt Bakı və regionlarda olmaqla 20 filialında 1 milyondan çox həm fiziki, həm də hüquqi şəxs olan müştərilərinə müxtəlif bankçılıq xidmətləri təqdim edir.



Həmçinin oxuyun:
Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

İxtisasartırma təhsili kredit-modul sistemində

İxtisasartırma təhsili kredit-modul sistemində

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

UNEC əməkdaşının koronovirusa həsr etdiyi karikatura dünyanın ən yaxşı TOP 10-da

UNEC əməkdaşının koronovirusa həsr etdiyi karikatura dünyanın ən yaxşı TOP 10-da

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

"Əsas hədəfimiz karantin dövründə tədrisin davamlılığını təmin etməkdir"

"Əsas hədəfimiz karantin dövründə tədrisin davamlılığını təmin etməkdir"

2022-ci təqvim ili rəqəmlərdə

2022-ci təqvim ili rəqəmlərdə

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə   üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

MBA diplomu hansı üstünlüklər qazandırır? - DİQQƏT

MBA diplomu hansı üstünlüklər qazandırır? - DİQQƏT

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

İlk təcrübə və böyük uğur

İlk təcrübə və böyük uğur

SDU ilə “Azərikimya” arasında əməkdaşlıq genişlənir: Memorandum imzalandı

SDU ilə “Azərikimya” arasında əməkdaşlıq genişlənir: Memorandum imzalandı

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

ADNSU-nun keçirdiyi onlayn Məzun-Karyera sərgisinə 37 dövlət qurumu və özəl şirkət qoşulub

ADNSU-nun keçirdiyi onlayn Məzun-Karyera sərgisinə 37 dövlət qurumu və özəl şirkət qoşulub

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU