AzTehsil.com

Cəmiyyət / Qabaqcıl təcrübə / Yazarlar / Xəbərlər / Digər Elan
28 mart 2025
307

“Azərbaycan tarixi” çoxcildliyi yeni konsepsiya əsasında nəşr ediləcək MÜSAHİBƏ

Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu keşməkeşli və şərəfli bir yol keçib. Tarixən bu yolu keşməkeşli edən institutun fəaliyyət göstərdiyi dövrlərin ictimai-siyasi, ideoloji mühiti olubsa, şərəfli edən isə vətənpərvər alimlərimiz olub. İnstitutun tarixi 1935-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı nəzdində Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun yaradılmasından başlayıb. Sonrakı illərdə onun adının bir neçə dəfə dəyişməsi - Tarix, Dil və Ədəbiyyat İnstitutu, Tarix və Fəlsəfə İnstitutu, A.A.Bakıxanov adına Tarix İnstitutu kimi fəaliyyət göstərməsi – bu elmi müəssisənin keçdiyi yoldan xəbər verir. 

AzTehsil.com xəbər verir ki, elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru İlqar Niftəliyev AZƏRTAC-a müsahibəsində institutun tarixinə və bugünkü fəaliyyətinə nəzər salıb.

Bu il institutun 90 illiyi tamam olur

“Tarix və Etnologiya İnstitutu AMEA-nın aparıcı institutlarından biridir. Azərbaycan və dünya tarixini öyrənən institutdur. Uzun illər ərzində instituta görkəmli alimlər rəhbərlik edib. Onların sırasında İvan Meşşaninov, İsmayıl Hüseynov, Əlövsət Quliyev, Əbdülkərim Əlizadə, Məmmədəli Şərifli, Zülfəli İbrahimov, Əlisöhbət Sumbatzadə, Cəmil Quliyev, İqrar Əliyev, Yaqub Mahmudov kimi alimlər olub. Şərqşünaslıq İnstitutu yaradılana qədər görkəmli alimimiz Ziya Bünyadov burada işləyib. 2021-ci ildən instituta görkəmli tarixçimiz, professor Kərim Şükürov rəhbərlik edir. 2023-cü ildən institutumuz A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu adlandırılır. Bu il oktyabrın 25-də institutumuzun 90 illiyini qeyd edəcəyik”, - deyə direktor müavini bildirib.

On beş cildlik “Azərbaycan tarixi”nin yazılması planlaşdırılır

Tarix elmləri doktoru İlqar Niftəliyev “Azərbaycan tarixi”nin yazıldığı konsepsiyalara da diqqət çəkib. Alimin sözlərin görə, ilk dəfə 1958-1963-cü illərdə üçcildlik “Azərbaycan tarixi” yazılıb: “Onun maketi hələ Mircəfər Bağırovun dövründə hazırlanmağa başlanmışdı. Amma 1958-1963-cü illərdə nəşr edildi. Həmin üçcildlikdə əksini tapan konsepsiyaya sovet ideologiyasının güclü təsiri olmuşdu. Ondan sonra yazılan monoqrafiyalar da, - istər qədim dövr, istər orta əsrlər, istər yeni dövr olsun, - həmin konsepsiya əsasında hazırlanıb”

Müsahibimiz bildirib ki, müstəqillik illərində Azərbaycan tarixi ilə bağlı ilk çoxcildlik 1998-2003-cü illərdə çıxıb: “Həmin çoxcildlik hətta keçən əsrin 70-ci illərindən hazırlanmağa başlanmışdı. Əvvəlcə 9 cild olması planlaşdırılırdı. Onun redaktoru akademik Cəmil Quliyev idi. O, 1972-1978-ci illərdə bu institutun direktoru olub. Lakin o vaxt iş tam başa çatmamışdı. 1988-ci il hadisələrindən sonra həmin 9 cildlik üçün qoyulan konsepsiya öz əhəmiyyətini itirmişdi. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonra bu məsələyə yenidən diqqət artdı. Heydər Əliyevin 1997-ci ildə AMEA rəhbərliyi, eləcə də alimlər ilə görüşü bu yeddicildliyin nəşrinə bir yol açdı. 1998-2003-cü illərdə həmin yeddi cild nəşr olundu. Ondan sonra bu günədək çoxcildlik Azərbaycan tarixi yazılmayıb”.

İlqar Niftəliyev bildirib ki, bu gün institutun direktoru professor Kərim Şükürovun təşəbbüsü və rəhbərliyi ilə 15 cildlik Azərbaycan tarixi üzərində iş gedir: “Amma bundan əvvəl biz “Azərbaycan tarixi” adlı bircildlik kitab nəşr etməyi nəzərdə tuturuq. Bu kitabda Azərbaycan tarixi həm şimalı, həm də cənubu əhatə edəcək. Çünki XIX əsrin əvvəllərinə - çar Rusiyasının işğalına qədər Azərbaycana vahid siyasi məkan kimi baxılıb. Amma XIX əsrin əvvəlindən – parçalanandan sonra Cənubi Azərbaycan və Şimali Azərbaycan müxtəlif inkişaf yolu keçib. Buna baxmayaraq bu inkişaf kitabda öz əksini tapacaq. Niyə görə belə bir kitab buraxmaq istəyirik? Bu, bir növ konseptual kitab olacaq. Biz həm də ictimai rəyi öyrənmək istəyirik. İctimai rəyi öyrəndikdən sonra tariximizin konkret dövrlərini daha dərindən işləyəcəyik. Yəni bu iş bizdə paralel aparılır: həm çoxcildlik, həm də bircildlik üzərində iş aparılır”.

“İnstitutun nəzdində 8 ixtisas üzrə dörd Dissertasiya şurası fəaliyyət göstərir. 2022-ci ildən bu günə qədər 80-ə yaxın iddiaçı dissertasiya müdafiə edib və artıq 31 nəfər fəlsəfə doktoru, 11 nəfər elmlər doktoru elmi adına layiq görülüb”, - deyə İlqar Niftəliyev bildirib.

İnstitutun bəzi şöbələrində gənc kadrlara böyük ehtiyac var

Tarix və Etnologiya İnstitutunun direktor müavini ilə müsahibəmizdə gənclərin bu sahəyə maraq göstərib-göstərməməsi məsələsinə də nəzər salmağa çalışdıq. “İnstitutumuzda elə şöbələr var ki, orada gənc kadrların çalışmasına böyük ehtiyac var. Məsələn, Azərbaycanın qədim dövr tarixi şöbəsinə, Albaniya və Atropatena şöbəsinə gənc kadrların cəlb edilməsinə çalışırıq. Biz doktoranturaya, dissertanturaya qəbul aparanda iddiaçıların dil biliklərinə böyük əhəmiyyət veririk. Hətta bir dəfə iddiaçıların ərəb, rus, ingilis dili biliklərini yoxlamaq üçün kiçik bir imtahan təşkil etdik. Təəssüf ki, ərizə verənlərin heç də hamısının dil biliyinin lazımi səviyyədə olmadığı müəyyən edildi. Qədim dövr tarixi bizdə ən axsayan sahədir. Vaxtilə bu dövrü araşdıran tanınmış alimlərimiz olub, dünyalarını dəyişiblər. Hazırda həmin dövr üzrə mütəxəssislərə böyük ehtiyac var. Lakin bunları yetişdirmək üçün vaxt və böyük zəhmət tələb olunur. Burada gənc tədqiqatçıların maddi cəhətdən motivasiyası da mühüm rol oynayır. Hətta keçən il institut rəhbərliyinin dəstəyi ilə həmin şöbələrin əməkdaşlarına 4-5 ay alban dili üzrə onlayn kurs təşkil edildi. Ümumiyyətlə, institutumuzda gənc kadrların inkişafı üçün daim iş aparılır”, - deyə İlqar Niftəliyev fikrini yekunlaşdırıb.....

Ardı var....

Həmçinin oxuyun:
MƏKTƏBDƏ  IDEOLOJI XARAKTERLI TƏDBIRLƏRIN  TƏŞKILI TƏCRÜBƏSINDƏN

MƏKTƏBDƏ IDEOLOJI XARAKTERLI TƏDBIRLƏRIN TƏŞKILI TƏCRÜBƏSINDƏN

Elmimizin məbədi - MÜSAHİBƏ

Elmimizin məbədi - MÜSAHİBƏ

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Şimal bölgəsində yeganə ali təhsil müəssisəsi olan ADPU-nun Quba filialı 30 illik fəaliyyəti dövründə uğurlu pedaqoji kadr hazırlığı həyata keçirmişdi.

Fəlsəfə doktoru imtahanlarında iştirak etmək istəyənlərin nəzərinə

Fəlsəfə doktoru imtahanlarında iştirak etmək istəyənlərin nəzərinə

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

ADPU ölkəmizin ictimai-siyasi, mədəni həyatında böyük xidmətlər göstərən ali təhsil ocağıdır

ADPU ölkəmizin ictimai-siyasi, mədəni həyatında böyük xidmətlər göstərən ali təhsil ocağıdır

Azərbaycan təhsil və pedaqoji fikir tarixinin mahir tədqiqatçısı

Azərbaycan təhsil və pedaqoji fikir tarixinin mahir tədqiqatçısı

Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemindəki məktəbdənkənar müəssisə haqqında nümunəvi əsasnamə

Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemindəki məktəbdənkənar müəssisə haqqında nümunəvi əsasnamə

Azərbaycanşünaslığın tədqiqi və tədrisində Heydər Əliyev irsinin rolu

Azərbaycanşünaslığın tədqiqi və tədrisində Heydər Əliyev irsinin rolu

II qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin nəzərinə!

II qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin nəzərinə!

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Bu universitetlərdə oxuyanların təhsil xərcləri maliyyələşdirilə bilər - Gənclər Fondundan şad xəbər

Bu universitetlərdə oxuyanların təhsil xərcləri maliyyələşdirilə bilər - Gənclər Fondundan şad xəbər

Daha bir kitabda biabırçılıq! Nigar Koroğluya: “Kişisənsə, İstanbula gəlib məni…”

Daha bir kitabda biabırçılıq! Nigar Koroğluya: “Kişisənsə, İstanbula gəlib məni…”

AMEA doktoranturaya və dissertanturaya qəbul elan edib

AMEA doktoranturaya və dissertanturaya qəbul elan edib

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Alimlərin fəaliyyəti: Elmi dərəcə və ad almaq kifayətdirmi?

Alimlərin fəaliyyəti: Elmi dərəcə və ad almaq kifayətdirmi?

DİM xarici dil üzrə imtahanlarının iştirakçılarına müraciət edib

DİM xarici dil üzrə imtahanlarının iştirakçılarına müraciət edib

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

AMEA-da Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzi yaradılıb

AMEA-da Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzi yaradılıb

İlqar Orucov: Elm Günü təkcə bayram deyil, hesabat tarixi və düşünmək fürsətidir

İlqar Orucov: Elm Günü təkcə bayram deyil, hesabat tarixi və düşünmək fürsətidir

AMEA 2017-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir

AMEA 2017-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir

DİM Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iştirak üçün qeydiyyat elan edir

DİM Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iştirak üçün qeydiyyat elan edir