AzTehsil.com

Cəmiyyət / Ekspert / Xəbərlər / İKT
28 mart 2025
265

Tələbələrin universitetlə bağlı münasibəti niyə neqativləşir?



Tələbələrin universitetlə bağlı münasibəti niyə neqativləşir?

“Hər il apardığım təhlillər nəticəsində müşahidə edirəm ki, qəbul imtahanlarının nəticələri açıqlandıqda sosial şəbəkələrdə abituriyentlərin sevincini bölüşməsi ilə yanaşı, bəzən gözlənilməz və mənfi yanaşmalar da müşahidə olunur”.

Bu sözləri açıqlamasında Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov qeyd edib.

Ekspetsin sözlərinə görə, bu cür münasibət ilk baxışda tənqid, ya da realizm kimi görünsə də, əslində cəmiyyətin təhsil sisteminə qarşı formalaşmış ümidsizliyinin və məyusluğunun təzahürüdür:

“Ən narahatedici cəhət isə odur ki, bu fikirlər çox zaman elə universitetdə oxuyan və ya məzun olmuş şəxslər tərəfindən səsləndirilir.Universitetə qəbul olmaq, insan həyatında önəmli bir mərhələdir. Bu, sadəcə diplom almaq üçün yox, həm də bilik qazanmaq, şəxsi inkişaf etmək, sosial bacarıqları formalaşdırmaq və gələcək peşə həyatına hazırlanmaq üçün atılan ciddi addımdır.


 Ancaq Azərbaycanda çox zaman bu mərhələ öz mahiyyətindən uzaqlaşdırılır. Tələbəlik dövrü bir çox gənc üçün təkcə akademik çətinliklər deyil, həm də sosial və psixoloji təzyiqlərlə dolu bir dövrə çevrilir. Bəzən universitetdə keyfiyyətli təhsil almamaq, müəllim-tələbə münasibətlərinin səmimi olmaması, ixtisasların əmək bazarına uyğun olmaması, tələbə həyatının yalnız mühazirə və imtahanlardan ibarət olması bu dövrü gənclər üçün ruhsuz və mənasız edir.


Nəticədə isə universiteti bitirən insanlar öz daxili məyusluqlarını ifadə etmək üçün sosial şəbəkələrdə yeni qəbul olanlara qarşı ironik və tənqidi münasibət sərgiləyirlər”.

 Həmsöhbətimiz vurğulayıb ki,bu tendensiya yalnız Azərbaycana xas deyil:

“Lakin inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, gənclərin universitetə baxışı və orada keçirdikləri illər əsasən müsbət emosiyalarla bağlı olur. Məsələn, Avropa ölkələrində və Şimali Amerikada aparılan sorğular göstərir ki, tələbələrin böyük əksəriyyəti universitet həyatını “özünü tapma”, “azad düşüncə”, “inkişaf fürsəti” kimi dəyərlərlə əlaqələndirir. 2023-cü ildə ABŞ-da Gallup təşkilatının keçirdiyi bir sorğuya əsasən, universitet məzunlarının 64%-i ali təhsil aldıqları müddəti “həyatlarının ən məhsuldar və motivasiyaedici dövrü” kimi dəyərləndirib. Niderland, Almaniya və Skandinav ölkələrində isə universitetlər təkcə tədris mərkəzi deyil, həm də tələbələrin yaradıcı layihələrini həyata keçirdikləri, özlərini ifadə etdikləri və ictimai mühitə inteqrasiya olduqları yerlər kimi qəbul olunur.


Azərbaycan reallığında isə vəziyyət fərqlidir. Gənclərin əksəriyyəti universiteti sadəcə diplom almaq üçün keçilən mərhələ kimi görür. Mənim 2024-cü ildə apardığım bir araşdırmada iştirak edən tələbələrin yalnız 38%-i ixtisasının gələcək peşə həyatı ilə əlaqəli olduğunu bildirmişdi. Bu isə ali təhsil müəssisələrinin əmək bazarının tələblərinə uyğun kadr hazırlığı istiqamətində nə qədər zəif işlədiyinin göstəricisidir. Əgər bir universitetin məzunu oradakı illəri yalnız “çətinlik”, “təzyiq”, “mənasızlıq” kimi xatırlayırsa, bu artıq tək tələbənin problemi deyil. Bu, sistemin özünün struktur, metodoloji və ideoloji boşluqları ilə bağlıdır.

Burada maraqlı bir psixoloji məsələ də meydana çıxır: insanlar çox zaman öz yaşadıqları çətinlikləri yeni nəslə də yaşatmaq istəyirlər. Bu, bir növ “mən yaşadım, sən də yaşamalısan” düşüncə tərzinin nəticəsidir. Halbuki, sağlam cəmiyyətlərdə yaşlı nəsil, təcrübəli insanlar daha gənc olanlara dəstək göstərir, onlara yol açır, motivasiya verir. Onların təcrübəsini acı sözlərlə deyil, faydalı məsləhətlərlə ötürürlər”.

“Sosial şəbəkələrdə abituriyentlərə qarşı səsləndirilən mənfi fikirlər, təkcə şəxsi münasibət kimi görünməməlidir”,- deyə fikrinə əlavə edib:

“Bu fikirlər gənc insanlarda universitetlə bağlı mənfi emosiyalar, gələcəkdən qorxu və ali təhsil müəssisələrinə qarşı etimadsızlıq formalaşdırır. Universitetə daxil olan gəncin içində yaşadığı təhsil mühiti ilə bağlı hələ heç bir təcrübəsi yoxdur. O, ilk addımını atır və qarşılanacağı atmosfer, səslənən sözlər onun düşüncə və münasibətini formalaşdıracaq.

Dünyanın bir çox ölkəsində tələbələrin motivasiyası ali təhsilin uğur meyarı kimi qəbul olunur. Məsələn, Finlandiyada tələbələrin rifahı, akademik və psixoloji dəstəklə təmin olunması təhsil siyasətinin əsas elementidir. Universitetlər təkcə təhsil ocaqları deyil, həm də sosial-iqtisadi və emosional inkişafın mərkəzi kimi fəaliyyət göstərirlər. AzTehsil.com xəbər verir ki, Azərbaycanda da bu modelə yaxınlaşmaq üçün tələbənin universitetdəki həyat keyfiyyəti əsas hədəflərdən biri olmalıdır. Əks təqdirdə, ali təhsil sadəcə bir mərhələ, diplom isə məqsədsiz kağız parçasına çevriləcək.

Bütün bunların fonunda, qəbul imtahanından uğurla keçən abituriyentə “qaranlıq gələcək” vəd etmək, onun uğurunu kiçiltmək, sevinci ilə məsxərə etmək təkcə fərdi etik pozuntu deyil, eyni zamanda cəmiyyətin gələcəyinə qarşı mənfi münasibət formasıdır. Bu yanaşma dəyişmədikcə, universitet həyatına dair ictimai rəy daha da neqativləşəcək. Halbuki, gəncləri ruhlandırmaq, onlara yön vermək, universiteti inkişaf və fürsət məkanı kimi təqdim etmək həm dövlətin, həm cəmiyyətin, həm də universitetlərin əsas borcudur”.



Həmçinin oxuyun:
Peşə məktəbindən universitetə açılan qapı

Peşə məktəbindən universitetə açılan qapı

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?

Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Testin müsbət tərəfləri deyil, mənfi tərəfləri daha çox hallandırılır-Etirazlar

Testin müsbət tərəfləri deyil, mənfi tərəfləri daha çox hallandırılır-Etirazlar

"universitet təhsili və daha uzunmüddətli təhsil peşə təhsili deyil və sektorlar üzrə işçilərin hazırlanmasına imkan vermir"

"universitet təhsili və daha uzunmüddətli təhsil peşə təhsili deyil və sektorlar üzrə işçilərin hazırlanmasına imkan vermir"

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Səriştələrin tanınması peşə təhsilinə yanaşmanı dəyişəcək

Səriştələrin tanınması peşə təhsilinə yanaşmanı dəyişəcək

İxtisas seçimi zamanı nələrə diqqət edilməlidir?-Mütəxəssislərin tövsiyələri.

İxtisas seçimi zamanı nələrə diqqət edilməlidir?-Mütəxəssislərin tövsiyələri.

Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi

Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili