Şəhid məzunlarımızı ehtiramla anırıq!
Şəhid məzunlarımızı ehtiramla anırıq!
AzTehsil.com-Novruz bayramı və müqəddəs Ramazan ayı ərəfəsində, məktəbimizin şəhid məzunlarının ailələrini ziyarət etdik. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsində Vətən uğrunda canını fəda etmiş igidlərimizin əziz xatirəsini daim yaşatmaq bizim borcumuzdur.
Onların qəhrəmanlığı, Vətən sevgisi və fədakarlığı bizə bir daha göstərir ki, azadlıq və suverenlik uğrunda verilən hər bir qurban unudulmazdır. Şəhidlərimizin ailələri ilə görüşərək onların yanında olduğumuzu bir daha ifadə edib, dualar oxunub.
Ruhunuz şad, məkanınız cənnət olsun!