AzTehsil.com


Xəbərlər
10 aprel 2021
961


Məktəb öz məzun igidləri ilə qürur duyur



Məktəb öz məzun igidləri ilə qürur duyur

 

Böyüməkdə olan gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılmasında təhsil müəssisələrində keçirilən maarifləndirici tədbirlərin, reallaşdırılan müxtəlif səpgili layihələrin   əhəmiyyəti danılmazdır. Hər bir cəmiyyətin gələcəyi də məhz onun yetişməkdə olan gənc nəslidir. Gənc nəslə qayğı isə  ölkəmizdə aparılan dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bugünkü  gənc nə qədər savadlı, nə qədər vətənpərvər və  yüksək dünyagörüşünə malik olarsa, dövlətin, millətin gələcəyi bir o qədər işıqlı və ümidverici olar. Bu mənada gənclərdə milli mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik ruhunun yüksəldilməsində təhsil işçilərinin də üzərinə böyük məsuliyyət düşür. Gənc nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam böyüməsi, milli vətənpərvərlik ruhunda tərbiyə olunması müstəqil dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin ideya-siyasi, elmi və mədəni tərəqqisi üçün mühüm amildir.

Gənc nəsildə milli mənlik şüurunun formalaşması Vətənə, doğma yurda məhəbbət yaradır. Gənclər  artıq anlayırdılar ki, Azərbaycan xalqı 30 ilə yaxın idi ki, özünün çox hiyləgər düşməninin işğalçılıq siyasəti ilə üz-üzədirlər. Ancaq gənclərimizdəki Vətənə, torpağa olan sevgi bu mübarizənin qələbə ilə başa çatacağına əminlik yaradırdı. 2020-ci il Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm zəfəri tariximizə qızıl hərflərlə yazıldı. Və 44 günlük Vətən müharibəsində  Rəşadətli Ordumuzun göstərdiyi qəhrəmanlıq və şücaət nəticəsində  erməni qəsbkarları tərəfindən işğal olunmuş torpaqlarımız azad olundu. Torpaqlarımızı azad edən əsgərlərimiz isə bizim təhsil müəssisələrimizdə illər boyu vətənpərvərlik ruhunda formalaşan məzunlarımızdır.

Bu məqamda Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin  martın 20-də xalqa müraciətindəki bir fikrini  xatırlamaq istərdim: "Siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq. Bütün xalqımız bu Qələbəni yaxınlaşdırırdı və bütün amillər birləşərək bu müharibənin nəticələrini şərtləndirdi”. Bu fikirlər dövlətimizin başçısı tərəfindən  Azərbaycan gəncliyinə verdiyi ən əvəzsiz qiymətdir.

Rəhbərlik etdiyim Bakıdakı 244 nömrəli tam orta məktəb  I Qarabağ müharibəsində iştirak etmiş şəhid Əsəd Ələskərovun adını daşıyır. Bizim təhsil müəssisəsində də  təlim-tərbiyə məsələləri hər zaman diqqətdə saxlanılır. Xüsusilə böyüməkdə olan gənc nəslin Vətənə,  torpağa sevgi ruhunda  tərbiyə olunması, onlarda vətənpərvərlik hisslərinin formalaşdırılması işində davamlı tədbirlər həyata keçirilir. Məktəbimizin məzunlarından bir neçəsi  Qarabağ müharibəsində igidliklər göstərib. Onların arasında Prezident İlham Əliyev tərəfindən təltif olunanlar da var.

Təhsil müəssisəmiz  tərəfindən  Vətən müharibəsinin şanlı zəfəri ilə əlaqədar onlayn tədbirlər, görüşlər təşkil edilməklə  böyüməkdə olan bugünkü gənc nəslə bir daha əsgərlərimizin qəhrəmanlıqlarından söz açılıb. Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Müzəffər Ordumuzun qətiyyəti sayəsində torpaqlarımızın düşmən işğalından azad edildiyi diqqətə çatdırılıb. Bu şanlı Qələbənin əldə edilməsində xalqımızın birliyi və həmrəyliyinin böyük rolu olduğu vurğulanıb. Çıxış edənlər ölkə başçısı İlham Əliyevin müdrikliyi və böyük sərkərdəlik məharəti sayəsində cəmi 44 gün ərzində torpaqlarımızın azad edilməsi barədə şagirdlərə ətraflı məlumat veriblər. Onlayn tədbirlərdə şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən "Qarabağ Azərbaycandır!” adlı intellektual müsabiqəsinin nəticələrinə əsasən məktəbimizin şagirdi   Nihad Məlikov I yerə layiq görülüb. Məktəbimizin digər  şagirdi Şəbnəm İsgəndərova "Vətənimizin qəhrəman oğulları” adlı onlayn videotəqdimat müsabiqəsində iştirak edərək I yeri tutub.

 
Təhsil müəssisəsi tərəfindən təşkil olunan digər bir tədbir - VIII "c” sinfində şanlı ordumuzun qaziləri və döyüşçüləri ilə görüşlər yaddaqalan olub. Həmin görüşlərdə qazilərimiz öz təəssüratlarını şagirdlərlə bölüşüblər. Qazilər şagirdlərə bizim əsrarəngiz Vətənimiz haqqında məlumatlar veriblər və eyni zamanda torpaqlarımızın hər bir qarışının Azərbaycan vətəndaşı üçün nə qədər müqəddəs olduğunu qeyd ediblər.      

Təşkil olunan görüşlərdə məktəbimizin məzunu  şəhid zabit İlqar Cahid oğlu Vəliyev haqqında şagirdlərə məlumat verilib. Baş leytenant Vətən müharibəsi başlandığı ilk gündən könüllü olaraq hərbi komissarlığa müraciət edib. İlqar Vəliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edib. İgidimiz  hərbi tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirib və Şəhidlik zirvəsinə ucalıb. İlqar ölümündən sonra "Cəbrayılın azad olunmasına görə”, "Vətən uğrunda” medalları ilə təltif olunub.

Məktəbimizi 1997-ci ildə bitirmiş məzunlarımızdan olan  Ramin Yavit oğlu Sadıqov DSX-də Aviasiya Hərbi hissəsində manqa komandiri, mayor rütbəsi, Vətənə xidmətinə görə III dərəcəli orden və medallara layiq görülmüşdür.

Təhsil ocağımıza daxil olan hər bir kəsin qarşıladığı ilk guşə Qarabağ döyüşlərində iştirak edən məzunlarımız  ilə bağlı hazırlanmış  fotostend olur. Bu fotostenddə Qarabağ döyüşlərində iştirak edən qəhrəman məzunlarımızın hər biri haqqında  məlumat verilib.

Yəhya ABBASOV,
Bakıdakı  Ə.Ələskərov adına 244 nömrəli tam orta məktəbin direktoru, fəlsəfə üzrə fəlsəfə doktoru



Загрузка...
Həmçinin oxuyun:
Təhsil naziri: Gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi vacibdir

Təhsil naziri: Gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi vacibdir

Mayis Kazımov: Şuşanın işğaldan azad olunması Böyük Qələbənin nidasıdır!

Mayis Kazımov: Şuşanın işğaldan azad olunması Böyük Qələbənin nidasıdır!

Şəhid mayorumuz NATO-nun ən nüfuzlu medalı ilə təltif olundu – FOTO

Şəhid mayorumuz NATO-nun ən nüfuzlu medalı ilə təltif olundu – FOTO

Dövlət İdarəçilik Akademiyasında elmi-praktik konfrans

Dövlət İdarəçilik Akademiyasında elmi-praktik konfrans

ADNSU-da Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb

ADNSU-da Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb

Gömrük Akademiyasında “Xocalıya Zəfərlə” adlı anım tədbiri keçirilib - FOTO

Gömrük Akademiyasında “Xocalıya Zəfərlə” adlı anım tədbiri keçirilib - FOTO

Ürəyində Azərbaycan boyda sevgi gəzdirən oğullar

Ürəyində Azərbaycan boyda sevgi gəzdirən oğullar

Azərbayan əsgərlərinin qəhrəmanlığı həmdə onu təsdiq etdi ki, onun güclü silahı vətən sevgisidir.

Azərbayan əsgərlərinin qəhrəmanlığı həmdə onu təsdiq etdi ki, onun güclü silahı vətən sevgisidir.

Birinci Qarabağ müharibəsində şəhid olan qardaşının qisasını Vətən müharibəsində alan qəhrəmanımız - VİDEO

Birinci Qarabağ müharibəsində şəhid olan qardaşının qisasını Vətən müharibəsində alan qəhrəmanımız - VİDEO

Tarixi qələbənin tədrisi üçün plan təsdiq edildi

Tarixi qələbənin tədrisi üçün plan təsdiq edildi

Cibindən uşaqların dərs cədvəli çıxdı...: Yeganə qadın şəhidimizin ÜRƏKDAĞLAYAN HEKAYƏSİ

Cibindən uşaqların dərs cədvəli çıxdı...: Yeganə qadın şəhidimizin ÜRƏKDAĞLAYAN HEKAYƏSİ

Yanvarın 19-da Bakı məktəblərində ilk dərslər...

Yanvarın 19-da Bakı məktəblərində ilk dərslər...

Mehriban Vəliyeva: Bundan sonrakı tariximiz ancaq qələbələrə şahidlik edəcək

Mehriban Vəliyeva: Bundan sonrakı tariximiz ancaq qələbələrə şahidlik edəcək

Şəhidlik zirvəsinə ucalan “Şahin Zirvə”

Şəhidlik zirvəsinə ucalan “Şahin Zirvə”

Şəhid anası: “Oğlumun bir sözü var idi: Ya tarix yazacağam, ya da tarixdə qalacağam”

Şəhid anası: “Oğlumun bir sözü var idi: Ya tarix yazacağam, ya da tarixdə qalacağam”

“Vətən uğrunda” medalı ilə təltif edilən şəhid Hüseyn Həmidzadə

“Vətən uğrunda” medalı ilə təltif edilən şəhid Hüseyn Həmidzadə

Vətənə sipər oğullar...

Vətənə sipər oğullar...

Azərbaycanlı gənclərin ümumdünya həmrəylik forumu keçirilib

Azərbaycanlı gənclərin ümumdünya həmrəylik forumu keçirilib

Ən çox medal alan generallar... - FOTO

Ən çox medal alan generallar... - FOTO

Dövlət qurumunun 11 əməkdaşı “Cəsur döyüşçü” medalı ilə təltif edildi

Dövlət qurumunun 11 əməkdaşı “Cəsur döyüşçü” medalı ilə təltif edildi

Azərbaycan xalqı ən məğrur,yenilməz xalq, ordumuz dünyanın ən güclü ordusu kimi tarixə yazıldı.

Azərbaycan xalqı ən məğrur,yenilməz xalq, ordumuz dünyanın ən güclü ordusu kimi tarixə yazıldı.

Azərbaycanda Vətən Müharibəsi ilə bağlı Anım Günü təsis edildi – SƏRƏNCAM

Azərbaycanda Vətən Müharibəsi ilə bağlı Anım Günü təsis edildi – SƏRƏNCAM

Beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə layiq olan ölkəyə çevirdi, ərazi bütövlüyü bərpa olundu.

Beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə layiq olan ölkəyə çevirdi, ərazi bütövlüyü bərpa olundu.

Qubadlı rayonunun  azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Ruhin Xəlilov

Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Ruhin Xəlilov