AzTehsil.com


Xəbərlər
16 mart 2022
1 069


Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı.




Ulu Öndər demişdir “Novruz dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”  “Gün o gün olacaq ki, Novruz bayramını Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.”

  Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq bu il Novruz bayramını Qarabağımızda qeyd edəcəyik.

  Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi        Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb.

 Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub.

  Zəngin tarixi və folkloru özündə ehtiva edən Novruz bayramının özünə məxsus  adətləri var. Novruz bayramı yazın gəlişini simvolizə edən xalq bayramıdır. “Novruz” “Yeni gün” təbiətin canlanması deməkdir. Ona görədə ta gədimdən el adətinə görə hər evdə səməni cücərdilir,  təmizlik işləri aparılır, ağaclar  əkilir. Göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir.Bayrama dört həftə qalmış insanlar   çərşənbələri qeyd edirlər. 

  Novruz bayramın ilk çərşənbəsi –Su çərşənbəsidir . Bu çərşənbəni “Yalançı”, “Əzəl çərşənbə”, “Sular Novruzu”da adlandırıllar. 

  Su çərşənbəsində su mənbələri, arxlar təmizlənir, abadlıq işləri görülür müxtəlif tədbillər keçirirlər. Gün doğmamışdan hamı su üsdünə gedirlər, əl-üzünü yuyar, bir-birinin üzərinə su çiləyər, su üstündən atlanar,yaralıların yarasına su tökərlər. Su çərşənbəsi günü təzə sudan keçərlər, azarını bezarını ona verərlər, il boyu xəsdəlikdən uzaq olarlar, bununlada suyun müqəddəsliyini əks etdirərlər. 

  İkinci çərşənbə -Od çərşənbəsi adlanır. Bahara doğru günəş yavaş yavaş torpağı isidir, onu əkib becərmək üçün hazırlayar. Od çərşənbəsində insanlar tonqal qalayarlar və üstündən atlanarlar ağrı acım, azar bezarım odda yansın deyərək il boyu sağlam olacaqlarına inanarlar. Hər ailə üzvünün adına bir şam yandırarlar. 

  Üçüncü çərşənbə- Yel çərşənbəsidir. Xalq arasında bu çərşənbəyə “Külək oyadan çərşənbə”  “Küləkli çərşənbə “ də deyərlərmiş. Yel oyanmış suyu, odu hərəkətə gətirərmiş. Ağacların, güllərin tumurcuqlarını yellədər ki onlar oyansınlar.Üçüncü çərşənbəyə bəzi bölgələrdə Qara çərşənbə, Gül çərşənbədə adlandırıllar. Həmin gün qəbirlər ziyarət olunar, kol-kosdan təmizlənər ,dünyasını dəyişmiş insanları əzizlərini yad edillərlər.

  Dördüncü çərşənbə Torpaq çərşənbəsidir. Xalq arasında “İlaxır çərşənbə” adlanan bu çərşənbə günü yer oyanar, torpaq nəfəs alar, əkinə toxum səpininə hazır olar. Torpağı ana təbiət su ilə isladar, günəşlə isidər,ilk yaz əkininə bu gündən başlayarlar. İlaxır çərşənbə axşamı bütün ailə bayram süfrəsi ətrafına yığışar, bir-birinə ailə səadəti, xoşbəxtlik arzulayallar. 

  Novruz bayramının digər adətlərindən, ənənələrindən biri də bu bayramda müxtəlif oyunların keçirilməsidir. Bayram axşamı oğlan və qızlar qapılara papaq atarlarmış ki içinə ləziz nemətlər qoyulsun. Qulaq falına çıxarlarmış xoş söhbətlər eşitsinlər, üzük  falı oynayarlarmış bəxtləri açılsın, şam yandırarlarmış evləri həmişə nurlu işıqlı olsun deyə. Bundan başqa qoç döyüşdürmə, qılınc oynatma , kəmər atma, kəndirbaz, qurd oyunu, aşıq oyunu, at yarışları-çovqan  kimi oyunları da təşkil edilir.

  Novruz bayramında bayram xonçası düzəldərlər, xonçaya səməni qoyaraq ətrafına paxlava, şəkərbura, şorqoğal, boyadılnmış yumurtalar, fındıq, qoz yığarlar. 

  Bayram süfrəsi hazırlanar, adətə görə  süfrənin üzərinə S-hərfi ilə başlanmış yeddi nemət , səməni, səbzi, sirkə, sumaq, süd, su, sünbül qoyular.  

       Novruz bayramında kosa və keçəlin oyunları bayrama rəng qatır. Burada kosa qışın, keçəl isə yazın sinvoludur, onlar arasınd söz yarışı keçirilir həmişə keçəl qalib gəlir. Kosa və keçəl bayramda yumurta döyüşü oyunu oynayırlar. Udduqları yumurtalar  və şirniyatlar ilə xurcunlarını doldururlar.

  Respubilkamızın hər yerində  Novruz bayramını yüksək səviyyədə təntənə ilə keçirilir. Bildiyimiz kimi 2022-ci il ölkə Prezidenti  Cənab İlham Əliyevin sərəncamına  əsasən “ŞUŞA” ili  elan edilib.  Azərbaycan xalqı bu il Novruz bayramı daha mötəşəm səviyyədə Qarabağda, musiqi beşiyimiz olan Şuşada qeyd edəcək.

  Bahar qızı Azərbaycan xalqını bu bayram münasibətiylə təbrik edir, onlara sülh, əminamanlıq, süfrələrinə  ruzi bolluğu, uğurlu işlər, yüksək nailiyyətlər və can salığı arzulayır.

 Əziz Xalqım Xarı Bülbül ətirli Bayramınız mübarək!

Üçüncü Tala kənd tam orta məktəbin direktoru Qurbanova Alimə Qurban qızı




Загрузка...
Həmçinin oxuyun:
Prezident Cıdır düzündə Novruz tonqalı yandırdı

Prezident Cıdır düzündə Novruz tonqalı yandırdı

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

Ali Baş Komandan İlham Əliyevin əsgərlərlə səmimi söhbəti - VİDEO

Ali Baş Komandan İlham Əliyevin əsgərlərlə səmimi söhbəti - VİDEO

UNESCO-nun Baş direktoru Beynəlxalq Novruz Günü ilə əlaqədar ictimaiyyətə müraciət edib

UNESCO-nun Baş direktoru Beynəlxalq Novruz Günü ilə əlaqədar ictimaiyyətə müraciət edib

Bu gün Uşaqların Beynəlxalq Televiziya və Radio günüdür

Bu gün Uşaqların Beynəlxalq Televiziya və Radio günüdür

Mayis Kazımov: Şuşanın işğaldan azad olunması Böyük Qələbənin nidasıdır!

Mayis Kazımov: Şuşanın işğaldan azad olunması Böyük Qələbənin nidasıdır!

Azərbaycan xalqının əbədiyaşar Ümummilli Lideri !

Azərbaycan xalqının əbədiyaşar Ümummilli Lideri !

Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib

Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib

İlham Əliyevdən xalqa Novruz TƏBRİKİ

İlham Əliyevdən xalqa Novruz TƏBRİKİ

Bayram günlərinin sayı AÇIQLANDI - RƏSMİ

Bayram günlərinin sayı AÇIQLANDI - RƏSMİ

Rektor: Ən qədim insan məskəni, sazın-sözün beşiyi – Kəlbəcər

Rektor: Ən qədim insan məskəni, sazın-sözün beşiyi – Kəlbəcər

İlham Əliyev və Mehriban Əliyeva işğaldan azad olunan ərazilərdə

İlham Əliyev və Mehriban Əliyeva işğaldan azad olunan ərazilərdə

İlham Əliyev Füzuli rayonuna getdi (VİDEO)

İlham Əliyev Füzuli rayonuna getdi (VİDEO)

Müharibədən sonra günü-gündən çiçəklənən Ağdam.

Müharibədən sonra günü-gündən çiçəklənən Ağdam.

İlham Əliyevin Cəbrayıl şəhərinin işğaldan azad edilməsi ilə bağlı xalqı müjdələməsindən bir il ötdü

İlham Əliyevin Cəbrayıl şəhərinin işğaldan azad edilməsi ilə bağlı xalqı müjdələməsindən bir il ötdü

ŞAD XƏBƏR! Martda 15 gün istirahət edəcəyik

ŞAD XƏBƏR! Martda 15 gün istirahət edəcəyik

Azərbaycanda Respublika Günü qeyd edilir

Azərbaycanda Respublika Günü qeyd edilir

Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

Məktəblilər Novruz bayramı münasibətilə "N" saylı hərbi hissəyə gediblər

Məktəblilər Novruz bayramı münasibətilə "N" saylı hərbi hissəyə gediblər

Gələn ay 9 gün iş olmayacaq

Gələn ay 9 gün iş olmayacaq

Azərbaycan dünyanın ən zəngin, coğrafi mövqeyi mükəmməl olan bir regionunda yerləşir.

Azərbaycan dünyanın ən zəngin, coğrafi mövqeyi mükəmməl olan bir regionunda yerləşir.

ADNSU-da Novruz şənliyi keçirilib

ADNSU-da Novruz şənliyi keçirilib

7 gün iş olmayacaq - DİQQƏT

7 gün iş olmayacaq - DİQQƏT

Bayram çərşənbələri və qeyri-iş günləri açıqlandı - TƏQVİM

Bayram çərşənbələri və qeyri-iş günləri açıqlandı - TƏQVİM