AzTehsil.com

Cəmiyyət / Müəllim
24 mart 2025
74

Müəllimlərin Haqqı Kimlərin Cibinə Axır?



Müəllimlərin hüquqlarını müdafiə etmək, onların rifahını yaxşılaşdırmaq məqsədilə yaradılan peşə ittifaqları, təəssüf ki, bəzi hallarda müəllimlərin maraqlarına xidmət etmək əvəzinə şəxsi mənafelərə yönəlir. ATİAHİ-nin Lənkəran rayon şöbəsinə 15 ildən çoxdur rəhbərlik edən Qürbətəli müəllimin fəaliyyəti barədə yayılan narazılıqlar bu məsələyə yenidən diqqət çəkməyə əsas verir.
Rəsmi olaraq, ittifaqın rəhbəri xidməti avtomobil və sürücü ilə təmin edilib. Lakin maraqlıdır ki, indiyə qədər onu sürücü ilə görən olmayıb. Əvəzində isə müəllimlərin üzvlük haqqı kimi ödədiyi vəsaitlə bahalı avtomobillərin alındığı, hətta bu günə qədər təhsilə bir damcı da olsa faydası toxunmayan şəxslərin rifahının təmin edildiyi iddia olunur. Müəllimlər günün çox hissəsini ağır iş şəraitində keçirir, bir çoxları öz dolanışığını çətinliklə təmin edərkən, ittifaq rəhbərinin lüks avtomobil sürməsi və bahalı həyat yaşaması haqlı suallar doğurur. Daha acınacaqlısı odur ki, həmin avtomobilin yanacaq xərclərinin məktəblərdə işləyən xadimələrin maaşından tutulan pulla qarşılandığı bildirilir.
Müəllimlərdən tutulan 2%-lik üzvlük haqqı onların sosial müdafiəsinə yönəldilməli olduğu halda, bu vəsaitlərin şəffaflığı sual altındadır. Eşidilən iddialara görə, həmin pullarla Haftonidə İbadi istirahət mərkəzi (şəxsi) tikilib. Bu, müəllimlərin əməkhaqqısından kəsilən pulların necə və hansı məqsədlə xərcləndiyini açıq-aşkar göstərir.
İnsanlar təhsil sistemində korrupsiya və qanunsuzluqlara qarşı susduqca, bu kimi hallar davam edəcək. Müəllimlərin susqunluğu, onların haqqının necə istismar olunduğuna göz yumması, bu cür neqativ halların kök salmasına şərait yaradır. Təhsil işçilərinin rifahını qorumaq adı ilə qurulan təşkilatların əsl məqsədi sual altına düşüb. Vətəndaş cəmiyyəti və dövlət qurumları bu məsələyə diqqət yetirməli, ittifaqların fəaliyyətinə ciddi nəzarət tətbiq olunmalıdır.
Müəllimlərə xidmət etməli olan təşkilatların onların haqqını necə istismar etdiyini görmək hamımızı düşündürməlidir. Bəs görəsən, haqlarını yeyənlərə qarşı müəllimlər nə zaman susmaqdan vaz keçəcəklər?



Həmçinin oxuyun:
Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Peşə məktəbindən universitetə açılan qapı

Peşə məktəbindən universitetə açılan qapı

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Səriştələrin tanınması peşə təhsilinə yanaşmanı dəyişəcək

Səriştələrin tanınması peşə təhsilinə yanaşmanı dəyişəcək

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?

Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?

Metodbirləşmələr

Metodbirləşmələr

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Valideynlərlə əlaqə  Sinif rəhbəri sinfin baş tərbiyəçisidir

Valideynlərlə əlaqə Sinif rəhbəri sinfin baş tərbiyəçisidir

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi

Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi

Müəllim psixologiyası -  fəaliyyətdə stimullaşdırmanın rolu

Müəllim psixologiyası - fəaliyyətdə stimullaşdırmanın rolu

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib