108 nəfərin xarici diplomu TANINMADI
Sentyabr ayında xarici diplom tanınması üzrə 751 müraciətçinin 643-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib. AzTehsil.com xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.
108 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Sezar pizza
Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 103, iqtisadiyyat üzrə 47, maliyyə üzrə 46, tibb və səhiyyə ixtisasları üzrə 44, biznesin idarə edilməsi üzrə 40 müraciət qeydə alınıb.