Xəbərlər
13 aprel 2021
2 312


Hansı universitetlərin diplomları Azərbaycanda tanınmır? - SİYAHI

 

Təhsildə Keyfiyyət Təminatı Agentliyi 2021-ci ilin I rübü ərzində tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb.

Bununla bağlı agentliyin paylaşdığı məlumatda qeyd olunub. 

Belə ki, qeyd edilən dövr ərzində 678 müraciətdən 493-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 185 nəfərin müraciətinə isə mənfi cavab verilib. 

Tanınma üzrə müraciətlərin icrası yanvar ayı üzrə 21, fevral ayı üzrə 14, mart ayı üzrə isə 20 gün ərzində tamamlanıb. 

Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 103, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 72 və digər səbəblərə görə 10 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb. 

İxtisas seçimlərində iqtisadiyyat üzrə 112, hüquqşünaslıq üzrə 91, maliyyə üzrə 82, tibb üzrə 75, biznesin idarə edilməsi üzrə 49, mühəndislik üzrə 48, menecment üzrə 41, beynəlxalq münasibətlər üzrə 32, turizm üzrə 14, kompüter elmləri üzrə 13 və digər ixtisaslar üzrə 121 nəfərin müraciəti qeydə alınıb. 

Təhsildə Keyfiyyət Təminatı Agentliyi 2021-ci ilin I rübü ərzində diplomlarının tanınmasından imtina verilən xarici ali təhsil müəssisələrinin siyahısını da açıqlayıb. Belə ki, diplomların tanınması ilə bağlı ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 197, Türkiyədən 170, Rusiyadan 167, Gürcüstandan 50, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 11, digər ölkələrdən isə 83 müraciətin olduğu müşahidə olunur.

Ümumilikdə rüb ərzində verilən mənfi qərarların 29 faizi aşağıda qeyd edilən 10 ali təhsil müəssisəsini əhatə edir:

1. Tbilisi Humanitar Tədris Universiteti (12)

2. H.P.Konaşeviç-Saqaydaçnıy adına Kiyev Su Nəqliyyatı İnstitutu (6)

3. Simov Kuznets adına Xarkov Milli İqtisad Universiteti (6)

4. Odessa Dövlət Ekologiya Universiteti (5)

5. Tbilisi Açıq Tədris Universiteti (5)

6. Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Universiteti (5)

7. "Sinergiya” Moskva Maliyyə-Sənaye Universiteti (4)

8. Poltava İqtisadiyyat və Ticarət Universiteti (4)

9. Voljsk Dövlət Su Nəqliyyatı Universiteti (4)

10. Avropa Universiteti (Gürcüstan) (4)

Əlavə olaraq, vətəndaşların Təhsildə Keyfiyyət Təminatı Agentliyinin internet səhifəsinin (www.tkta.edu.az) "Mütəmadi verilən suallar” bölməsi ilə tanış olmaları tövsiyə olunur. oxu.az 
 

 

 

 

 

 


Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Xarici diplomların tanınması barədə mənfi qərarların səbəbləri açıqlanıb

Xarici diplomların tanınması barədə mənfi qərarların səbəbləri açıqlanıb

Diplomların tanınması üzrə müraciətlərin nəticəsi açıqlanıb

Diplomların tanınması üzrə müraciətlərin nəticəsi açıqlanıb

Azərbaycanda hansı universitetlərin diplomları tanınmır? - SİYAHI

Azərbaycanda hansı universitetlərin diplomları tanınmır? - SİYAHI

Ən çox Nobel alan universitetlər - SİYAHI

Ən çox Nobel alan universitetlər - SİYAHI

Azərbaycanda bu universitetin adı korrupsiya qalmaqalından yan keçmir - ANALİZ

Azərbaycanda bu universitetin adı korrupsiya qalmaqalından yan keçmir - ANALİZ

Sumqayıt Dövlət Universitetində aşkarlanan hal ölkədəki universitetləri reytinqdən saldı - ANALİZ

Sumqayıt Dövlət Universitetində aşkarlanan hal ölkədəki universitetləri reytinqdən saldı - ANALİZ

May ayında ən çox mənfi xəbərləri paylaşılan universitetlər..siyahı

May ayında ən çox mənfi xəbərləri paylaşılan universitetlər..siyahı

İyun ayı üzrə mətbuatda yer alan mənfi xəbərlər bu universitetə məxsusdur/ANALİZ

İyun ayı üzrə mətbuatda yer alan mənfi xəbərlər bu universitetə məxsusdur/ANALİZ

Bu ay da universitetlərimiz haqqında müsbət xəbər yazılmadı - ANALİZ

Bu ay da universitetlərimiz haqqında müsbət xəbər yazılmadı - ANALİZ

Təhsildən çox adı yeyinti və korrupsiyada hallandırılan universitetlər- SİYAHI

Təhsildən çox adı yeyinti və korrupsiyada hallandırılan universitetlər- SİYAHI

Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaradılıb

Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaradılıb

II qrup üçün 150 ballıq ixtisaslar - SİYAHI

II qrup üçün 150 ballıq ixtisaslar - SİYAHI

Avropalı ekspertlərin Azərbaycana səfəri

Avropalı ekspertlərin Azərbaycana səfəri

UNEC-in 9-cu ikili diplom proqramı

UNEC-in 9-cu ikili diplom proqramı

Bu universitetlərdə oxuyanların təhsil xərcləri maliyyələşdirilə bilər - Gənclər Fondundan şad xəbər

Bu universitetlərdə oxuyanların təhsil xərcləri maliyyələşdirilə bilər - Gənclər Fondundan şad xəbər

Təhsildə Keyfiyyət Təminatı Agentliyi vətəndaşlara şəhadətnamələrin verilməsini davam etdirir

Təhsildə Keyfiyyət Təminatı Agentliyi vətəndaşlara şəhadətnamələrin verilməsini davam etdirir

150 bal toplayanların NƏZƏRİNƏ – Seçə biləcəyinız universitet və ixtisaslar

150 bal toplayanların NƏZƏRİNƏ – Seçə biləcəyinız universitet və ixtisaslar

II qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin nəzərinə!

II qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin nəzərinə!

Son illər ali məktəblərə qəbul olanların sayında artım var

Son illər ali məktəblərə qəbul olanların sayında artım var

Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaradılır

Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaradılır

Gürcüstan Tbilisi Dövlət Universiteti Milli Elmi Kitabxanasının təmsilçiləri AMEA Mərkəzi Elmi Kitabxanasını ziyarət ediblər

Gürcüstan Tbilisi Dövlət Universiteti Milli Elmi Kitabxanasının təmsilçiləri AMEA Mərkəzi Elmi Kitabxanasını ziyarət ediblər

Azərbaycanın 6 universiteti dünyanın  ən yaxşı 200 universitet sırasına daxil edilib.

Azərbaycanın 6 universiteti dünyanın ən yaxşı 200 universitet sırasına daxil edilib.

Turizm və Menecment Universiteti nazirliyin tabeliyindən çıxarıldı

Turizm və Menecment Universiteti nazirliyin tabeliyindən çıxarıldı

Naxçıvan Dövlət Universiteti beynəlxalq layihəyə imza atıb

Naxçıvan Dövlət Universiteti beynəlxalq layihəyə imza atıb