Xaricdə təhsil almış onlarla şəxsin diplomu tanınmadı
Oktyabr ayı üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.
Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 99, təhsilalma forması üzrə 10, dövlət nümunəli olmayan diplom üzrə üç, digər səbəblər üzrə beş nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 261, Rusiya Federasiyasından 197, Türkiyə Respublikasından 132, Gürcüstandan 54, Belarus Respublikasından 40, digər ölkələrdən isə 45 müraciətin olduğu müşahidə olunub.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 68, maliyyə üzrə 63, yanğın təhlükəsizliyi mühəndisliyi üzrə 45, menecment üzrə 45, iqtisadiyyat üzrə 43 müraciətçi qeydə alınıb.
Bildirilib ki, sənədlərə ortalama baxılma müddəti 15 iş günü təşkil edib.
Qeyd olunub ki, Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan peşə tanınması imtahanında iştirak edən müraciətçilərin 47%-i imtahanda uğurlu nəticə göstərərək akademik və peşə tanınması ilə bağlı şəhadətnamə əldə edib. Müraciətçilərin 53%-i isə imtahanda keçid balı toplamayıb və yalnız akademik tanınma ilə bağlı şəhadətnamə əldə ediblər.
Əlavə olaraq bildirilib ki, vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün www.tanınma.az keçidinə daxil ola bilərlər.
I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!
I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!
Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR
Xaricdə təhsil alan 67 nəfərin diplomu tanınmayıb
Xaricdə təhsil alan daha 102 nəfərin diplomu tanınmayıb
Xaricdə təhsil alan neçə nəfərin diplomu tanınmayıb?
Azərbaycan Respublikasının Nazirlər Kabineti 2019-cu ildə ali məktəblərə qəbul aparılacaq ixtisasların adlarını elan edib.
Ötən ay xaricdə təhsil alıb diplomu tanınmayanların sayı AÇIQLANDI – FOTO
Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı nəticələr açıqlanıb
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
II qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin nəzərinə!
Xaricdə təhsil alan 27 nəfərin diplomu tanınmayıb
Hansı universitetlərin diplomları Azərbaycanda tanınmır? - SİYAHI
Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası
Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikasının Qanunu
DİM-dən abituriyentlərə MÜRACİƏT
Sinif rəhbərinin illik tədbirlər planı
I ixtisas qrupu üzrə sənəd qəbulu qaydaları dəyişir
2022-ci təqvim ili rəqəmlərdə
Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə
Paytaxt təhsili 2021-ci təqvim ilində
"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi
Diplomların tanınması üzrə müraciətlərin nəticəsi açıqlanıb