Valideyn, şagird və müəllim münasibətləri
Valideyn, şagird və müəllim münasibətləri
AzTehsil.com xəbər verir ki, mövzuyla bağlı Nigar müəllim Əlimirzəyeva açıqlamasında bildirib ki, gənc nəslin təlim tərbiyəsində məktəblə birlikdə ailə də yaxından iştirak etməlidir.Müəllim,valideyn uşağın tərbiyəsi sahəsində birgə fəaliyyətinin müvəqqəti,hər şeydən əvvəl, məktəbin bu işə səmərəli pedaqoji rəhbərliyindən çox asılıdır.
Bununla əlaqədar ailədə uşaqların tərbiyəsi sahəsində müşahidə edilmiş nöqsanlar aşağıdakı kimi ümumiləşdirilmişdir.
1.Bəzi valideynlər uşaqlarını başlı - başına buraxaraq, onların harada və kiminlə dost olması, nə iş görməsi ilə maraqlanmırlar.
2.Valideynlər bəzən unudurlar ki, şəxsiyyət həm də kollektivdə formalaşır; prinsipiallıq,zəhmətsevərlik,qarşıya çıxan çətinlikləri aradan qaldırmaq bacarığı, yoldaşa kömək etmək cəhdi kimi sifətlər məhz kollektivdə yaranıb formalaşıb. Bəzən valideynlər uşaqlarını öz yaşıdları ilə ünsiyyətinə mane olmaqla, onlarda tənhalıq meylləri tərbiyə edirlər.
3.Şagirdlərin ailə tərbiyəsindən buraxılan nöqsanlardan biri də onlara verilən tələblərdə vahidliyi pozulmasıdır.Məsələn, ata uşağın dəcəllik etdiyini görüb və ya eşidib nəticədə uşağa pul verilməsini qadağan edir.Uşaq ağlayır,pul istəyir,bu zaman ana oğlunun yavaşca qulağına pıçıldayır:"Ağlama, indi atan gedər, mən sənə pul verərəm". Bu kimi amillər uşaq tərbiyəsinə təsir edir.Uşaqlarda yalan danışma qabiliyyəti formalaşır.Bəzi valideynlər uşaqlarını bilə-bilə yalan danışmağa məcbur edirlər. Məsələn; uşaq bütün gecəni valideynləri ilə birlikdə qonaqlıqda olur dərslərinə hazırlaşmır.Ertəsi gün anası onu dərsə buraxmır və müəllimə zəng edib deyir ki, uşaq xəstə olduğu üçün dərsə gələ bilməyəcək.Səhəri gün uşaq dərsə gələndə fikirləşir,müəllimə doğru danışmaq, valideyni müəllim yanında nüfuzdan salmaq deməkdir, yaxşısı budur yalan danışsın.Ümumiyyətlə uşaqlara yalan danışmaqın fəsadları haqda məlumat vermək önəmlidir.Hər bir uşaq bir ailənin güzgüsüdür. Uşaqlar bizim gələcəyimizdir.Uşaqlar böyüdükcə yalan danışmaq prinsipləri də dəyişir.