AzTehsil.com

Cəmiyyət / Şagird / Xəbərlər / İKT / Valideyn / Direktor / Müəllim
23 mart 2025
435

Valideynlər Elektron jurnallara müdaxilə edə bilməz



AzTehsil.com xəbər verir ki, "Elektron jurnalların tərtibatı yalnız müəllim heyətinin səlahiyyətindədir, valideynlər isə bu jurnallara müdaxilə edə bilməz, yalnız onlara baxış imkanı əldə edirlər".

Bu sözləri ötən gün açıqlamasında İT mütəxəssisi Elvin Abbasov bildirib.

Onun fikrincə gələcəkdə müəllim-şagird və müəllim-valideyn münasibətləri tamamilə rəqəmsallaşmalıdır:

"Bir çox inkişaf etmiş ölkələrdə elektron təhsil sistemləri uğurla tətbiq edilir. Bu sistemlər əsasən mobil tətbiq və veb portal şəklində təqdim olunur, heç bir proqramın kompüterə və ya mobil telefona ayrıca yüklənməsinə ehtiyac qalmır.

Bu platformalarda hər bir istifadəçinin öz hüquqları və səlahiyyətləri mövcuddur. İstifadəçilər yalnız onlara aid olan bölmələrə daxil ola bilərlər. Elektron jurnalların tərtibatı yalnız müəllim heyətinin səlahiyyətindədir, valideynlər isə bu jurnallara müdaxilə edə bilməz, yalnız baxış imkanı əldə edirlər.

Bundan əlavə, sistemdə şagirdlərin statistik göstəriciləri də əks oluna bilər. Lakin valideynlər və şagirdlər yalnız bu göstəricilərə baxa biləcək, heç bir dəyişiklik edə bilməyəcəklər. Bu statistika xüsusi alqoritmlər vasitəsilə formalaşdırılacaq və hər bir istifadəçi - şagird, valideyn, müəllim və digər əməkdaşlar öz bölməsində müəyyən səlahiyyətlər çərçivəsində fəaliyyət göstərəcək".

Müsahibimiz bildirib ki, bu sistemdə inzibatçılıq hüququ istifadəçilərə verilmir, sadəcə istifadəçi səviyyəsində funksionallıq təmin olunur:

"Məsələn, dərsliklərin yerləşdirilməsi, həftəlik dərs cədvəlinin hazırlanması müəllimlərin səlahiyyətində olacaq. Bu sayədə valideynlər övladlarının hansı həftədə hansı dərsləri keçəcəyini, qiymətlərini, məktəb və şəhər üzrə hansı nailiyyətlərə sahib olduqlarını izləyə biləcəklər.

Valideyn və şagirdlərin sistemə müdaxilə etmək hüququ olmamalıdır. Necə ki, Facebook istifadəçiləri platformanın inzibatçıları tərəfindən yaradılan sistemə müdaxilə edə bilmirsə, burada da təhsil sistemi yalnız Təhsil Nazirliyi tərəfindən idarə ediləcək və bütün iştirakçılar yalnız onlara ayrılan səlahiyyətlər çərçivəsində fəaliyyət göstərəcək.

İnkişaf etmiş ölkələrdə bu sistem daha da təkmilləşdirilib. Valideynlər övladlarının dərs göstəriciləri, həftəlik dərs proqramı, iştirak edə biləcəkləri tədbirlər və digər mövzularda geniş məlumat əldə edə bilirlər. Azərbaycanda bu istiqamətdə yeni addımlar atılır və gələcəkdə müəllim-şagird, müəllim-valideyn münasibətləri tamamilə rəqəmsallaşmalıdır.

Məsələn, məktəb tərəfindən təşkil edilən hər hansı bir ekskursiya və ya tədbirin pullu və ya pulsuz olduğu proqram vasitəsilə rəsmi şəkildə elan edilməlidir. Eyni zamanda, məktəblərdə neqativ halların məsələn, valideynlərdən qanunsuz ödənişlərin yığılması və bu kimi digər problemlərin - rəqəmsallaşma ilə aradan qaldırılması mümkündür".

Ümumilikdə, belə bir sistemdə məktəblərdə İT mütəxəssisinə ehtiyac qalmır, deyə E. Abbasov bildirib:

"Çünki sistemin işlək mexanizmi mobil tətbiq və veb portal üzərindən təşkil olunur. Necə ki, mobil telefonlara müxtəlif proqramlar yükləyərək istifadə edirik, eyni qaydada valideynlər də bu sistem vasitəsilə övladlarına nəzarət edə biləcəklər".



Həmçinin oxuyun:
İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

İnkişaf etmiş ölkələrdə müəllimlərin əmək haqqı nə qədərdir ,iş prinsipləri necədir ?

İnkişaf etmiş ölkələrdə müəllimlərin əmək haqqı nə qədərdir ,iş prinsipləri necədir ?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Kargüzarlığın aparılmasına dair Təlimata  dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kargüzarlığın aparılmasına dair Təlimata dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair sual-cavab

I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair sual-cavab

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Müəllim psixologiyası -  fəaliyyətdə stimullaşdırmanın rolu

Müəllim psixologiyası - fəaliyyətdə stimullaşdırmanın rolu

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R