Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb - Ətraflı.
AzTehsil.com - Qazaxıstan Respublikasının elm və ali təhsil naziri və bir sıra universitetlərinin nümayəndə heyətlərinin Azərbaycana səfəri çərçivəsində 4-5 mart tarixlərində Bakı İdman Sarayında təhsil sərgisi keçiriləcək. Bildirilib ki, təhsil sərgisində Qazaxıstan Respublikasının 20-dən çox ali təhsil müəssisəsi iştirak edəcək və Qazaxıstanda müxtəlif təhsil səviyyələri və ixtisas istiqamətləri üzrə təhsil imkanları barədə iştirakçılara məlumat veriləcək.
Qeyd edək ki, hazırda Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Qazaxıstan Respublikasında Azərbaycan Respublikası vətəndaşları üçün bakalavriat, magistratura və doktorantura səviyyələrində tam təqaüdlü təhsil almaq imkanları mövcuddur və hər tədris ili sözügedən təqaüd proqramı çərçivəsində AR vətəndaşları Qazaxıstanın müxtəlif nüfuzlu universitetlərində təhsil almaq hüququ qazanırlar.
Qazaxıstan universitetləri ilə yaxından tanış olmaq üçün şagird və tələbələri təhsil sərgisində iştirak edə bilərlər.