AzTehsil.com

Cəmiyyət / Maraqlı / Şagird / Pedoqojitəcrübə
27 fevral 2025
171

Gənclərin çillə və boz ay barədə elementar təsəvvürləri YOXDUR



“Elə hisslər var ki, insana qanla, genlə keçir, amma bunu əsas tutub təhsil sistemində milli ənənələrimizin öyrədilməsinə yer verilməməsi qəbuledilməzdir”.


Bu sözləri AzTehsil.com - a adət-ənənələrin gənclər tərəfindən getdikcə unudulması və təhsil sahəsində sözügedən mövzuya yetəri qədər diqqət göstərilməməsi haqqında danışarkən təhsil eksperti Nadir İsrafilov bildirib.  

"Onu da qeyd edək ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə, Azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək, milli mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrlar hazırlamaq təhsil sisteminin başlıca vəzifələrindən biri kimi müəyyənləşdirilib".Nadir İsrafilov vurğulayıb ki, təlim və tərbiyə haqqında indiyə qədər yazılmış vəsaitlərin və dərsliklərin çoxuna ya ideologiyaların təsiri olub, ya da hansısa bizə məlum olan və olmayan səbəblərdən bu sahədə bir çox ədəbiyyatlar nəşr olunub geniş oxucu kütləsinə çatdırılmayıb:


“Təhsil və tərbiyənin paradiqmaları haqqında yazılan elmi işlərdə və keçirilən dərslərdə milli dəyərlərlə bağlı məhdud sayda mütəfəkkirlərin əsərlərinə və fikirlərinə istinad olunub ki, bu səbəbdən də insanın bütün dövrlərdə formalaşmasına hərtərəfli yardımçı olan təhsil və tərbiyə haqqında yazılmış bir çox mühüm əsərlər pedaqoqlar, alimlər, tələbələr, bütövlükdə geniş oxucu kütləsinin maraq dairəsindən kənarda qalıb. Halbuki, bu gün ümumi orta təhsilin məqsədi bir çoxlarının düşündüyü kim, öz yetirmələrinə təkcə bir ovuc bilik verməkdən ibarət olmayıb, təhsilalanlarda nitq, yazı və ünsiyyət mədəniyyətinin, sağlam həyat tərzinin formalaşdırılmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını təmin etmək, müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etmək, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, öz gələcək həyat yolunu və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, müstəqil öyrənmə və qərar qəbul etmə bacarığını, peşə seçiminə və əmək fəaliyyətinə hazırlamaqla yanaşı, həm də onların dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının milli-mental dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasını təmin etməkdən, bir sözlə hərtərəfli və ahəngdar inkişaf etmiş şəxsiyyətyönümlü vətəndaş yetişdirməkdən ibarətdir”.Təhsil eksperti bildirib ki, bu gün yeniyetmə və gənclərimizin qış fəslini 3 yerə bölən 40 günlük böyük çillə, 20 günlük kiçik çillə və bundan sonrakı 30 günlük boz ay haqqında heç olmasa elementar təsəvvürləri yoxdur.

“Gənclər arasında 1967-ci ildən isə Azərbaycanda dövlət səviyyəsində rəsmi bayram kimi qeyd olunan Novruz ənənələrinin yaranma və bir ənənə halını alması ilə bağlı düşüncələri nə dərəcədədir? Nə yaxşı ki, heç olmasa Novruz ənənələrini yaşadan “Dəli Kür”, “Yeddi oğul istərəm” kimi filmlər çəkilib. Bu kimi misalların sayını istənilən qədər davam etmək olar. Bir çox ölkələri dünyaya tanıdan onların milli musiqisi olub. Musiqi hər bir xalqın unikal identikliyini qoruyub saxlayan komponentlərdən biri kimi onun mədəni irsinin formalaşmasında mühüm rol oynayır. Son illərdə isə ölkəmizdə yeniyetmə və gənclərin bayağı musiqilərə meylinin artdığı açıq-aşkar hiss olunmaqdadır. Halbuki, bir xalqın musiqisinin bayağılaşması onun əsrlərlə qoruyub saxladığı mədəniyyətinin, incəsənətinin bayağılaşması deməkdir. Bu misalı niyə çəkdim? Axı, bu kimi korifeylərin yetişməsinin təməli məhz məktəb illərində qoyulub. Bu gün isə baş verənlər bizi təəssüfləndirir. İstər dərs vəsaitlərinin hazırlanmasında milli kimliyimizin, ənənələrimizin qorunmasına diqqət yetirməmək, istərsə də məktəblərdə musiqi, təsviri incəsənət kimi dərslərin ikinci plana atılması milli kimliyimizə təhdiddir".



Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Məktəbin və müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır.

Məktəbin və müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır.

Xüsusi qabiliyyəti  olan uşaqlarla işin reallaşdırılması mexanizmi

Xüsusi qabiliyyəti olan uşaqlarla işin reallaşdırılması mexanizmi

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

TƏHSİL HAQQINDA  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU- I FƏSİL

TƏHSİL HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU- I FƏSİL

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Şagirdlərdə  mənəvi mədəniyyətin formalaşdırılması işində müəllimin peşəkarlığı  və səriştəliliyi

Şagirdlərdə mənəvi mədəniyyətin formalaşdırılması işində müəllimin peşəkarlığı və səriştəliliyi

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Qloballaşma dövründə şagird   şəxsiyyətinin formalaşması və  səriştəli müəllim amili

Qloballaşma dövründə şagird şəxsiyyətinin formalaşması və səriştəli müəllim amili

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

Azərbaycan gəncliyi yeni mərhələdə

Azərbaycan gəncliyi yeni mərhələdə

Pedaqoji tədqiqatlara yeni yanaşmalar

Pedaqoji tədqiqatlara yeni yanaşmalar

Nadir İsrafilov-Tərbiyə və təlimin daha da təkmilləşdirilməsi üçün məktəb, ailə və cəmiyyət əməkdaşlığının inkişafı önəmlidir.

Nadir İsrafilov-Tərbiyə və təlimin daha da təkmilləşdirilməsi üçün məktəb, ailə və cəmiyyət əməkdaşlığının inkişafı önəmlidir.

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Müasir  və  ənənəvi dərsin  paradiqmaları- Abdulla Mehrabov

Müasir və ənənəvi dərsin paradiqmaları- Abdulla Mehrabov

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

"Düşünürük ki, bu istiqamətdə səmərəli trayektoriya kimi ali və orta ixtisas təhsil müəssisələrində mənəviyyat fənninin tədrisi məqsədəuyğun olar"

"Düşünürük ki, bu istiqamətdə səmərəli trayektoriya kimi ali və orta ixtisas təhsil müəssisələrində mənəviyyat fənninin tədrisi məqsədəuyğun olar"

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib