Novruz bayramı ilə əlaqədar Qarabağ Regional Təhsil İdarəsi tərəfindən müsabiqə keçirilir.
AzTehsil.com - Novruz bayramı ilə əlaqədar Qarabağ Regional Təhsil İdarəsi tərəfindən #QarabağdaBaharSevinci# adlı müsabiqə keçirilir. Müsabiqənin ümumilikdə 4 qalibi olacaq.
Müsabiqə İkinci çərşənbə olan Od Çərşənbəsi münasibətilə elan olunur. Şagirdlərimizdən Od çərşənbəsinin motivlərini, tarixini və əhəmiyyətini özündə cəmləşdirən əl işlərinin fotoları (yaxşı keyfiyyətdə, jpg formatında) aysan.amrahova.barda@gmail.com ünvanına göndərmələrini xahiş edirik. Göndərən zaman ad soyad və hansı məktəbi təmsil etdiyinizi mütləq qeyd etməlisiniz.
Şagirdlər od çərşənbəsi ilə bağlı əl işlərinin fotolarını 03.03.2025 16:00-dək qeyd edilən elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd edək ki, şərtlərə uyğun gələn fotolar Qarabağ Regional Təhsil İdarəsinin facebook sosial şəbəkə hesabında paylaşılacaq. Paylaşılan əl işlərindən ən çox bəyənmə toplayan şagirdin əl işi qalib elan ediləcək. 4 çərşənbənin sonunda hər çərşənbənin qalibi elan edilərək, Qarabağ Regional Təhsil İdarəsi tərəfindən mükafatlandırılacaq.