Xəbərlər, Ziyalılar
09 oktyabr 2018
244

Təhsil eksperti iqtisadçı ekspertin Təhsil Nazirliyinə ünvanlanan təkliflərinə münasibət bildirdi


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

Təhsil eksperti Nadir İsrafilov iqtisadçı alim Qubad İbadoğlunun Təhsil nazirliyinə ünvanladığı təkliflərə münasibət bildirib.

Hesab edirəm ki, təhsilimizin inkişafına və daha da təkmilləşdirilməsinə yönəlik irəli sürülən və əsaslandırılan istənilən təklif ümumi ictimai rəyin öyrənilməsi və ümumi məxrəcə gəlinməsi baxımından son dərəcə vacibdir. Bu kimi təkliflər təhsilimizin daha da yeniləşdirilməsi istiqamətində beynəlxalq təhsil sisteminə inteqrasiya baxımından da faydalı ola bilər. Digər vacib məqamlardan biri də ondan ibarətdir ki, əgər təklif əlaqədar sahənin peşəkar mütəxəssisi tərəfindən irəli sürülürsə.

Təəssüf ki, bu qəbildən olan təkliflərə o qədər də tez-tez təsadüf etmirik, baxmayaraq ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən, ictimai əhəmiyyətli qərarların qəbulu zamanı müvafiq məsələlər barəsində əhalinin müxtəlif təbəqələrinin təkliflərinin hazırlanması üçün aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələrinin, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin, ayrı-ayrı vətəndaşların, mütəxəssis və ekspertlərin iştirakının təmin edilməsini nəzərdə tutan "İctimai iştirakçılıq haqqında” Qanun belə qəbul etmişik.

Bu baxımdan təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da tanınmış iqtisadçı – alim Qubad İbadoğlunun Təhsil nazirliyinə ünvanladığı təkliflərı movcüd təhsil sistemi çərçivəsində, işləmə mexanizmləri, standartları, normativ aktların bir daha nəzərdən keçirilməsi baxımından diqqətdən kənar qala bilməz. Əbəs yerə deyil ki, sosial şəbəkələrdə bu təkliflər istifadəçilərin böyük marağına səbəb olmuş və geniş müzakirə obyektinə çevrilmişdir.

Məktəblər arasında aparılan informatika yarışmasının qalibi olan 100 istedadlı və yaradıcı şagird üçün xüsusi qruplar təşkil edilməsi, orta məktəblərin wi-fi ilə təmin olunması, Həmin məktəblərin şagirdlərinə fərdi email hesabları açılması, ixtisaslar üzrə dünya reytinqində ilk 100-lükdə təhsil alan bakalavr, magistr, doktorluq proqramı tələbələrinin ödəniş haqlarının dövlət tərəfindən qarşılanması və onlara yaşadığı ölkənin yaşayış minimumu və dərs vəsaitləri ilə təminat xərci nəzərə alınmaqla fərdi təqaüdlər verilməsi təklifləri ilə bərabər, professorun xaricdə təhsil almaq imkanı qazanan bütün vətəndaşlarının təhsil xərclərinin dövlət hesabına qarşılanması, beynəlxalq, regional olimpiadaların qaliblərinə xaricdə təhsil üçün dövlət təşviqi mexanizminin yaradılması, dövlət xətti ilə tələbələri xaricdə təhsil almağa göndərərkən universitetlər deyil, ixtisasların əsas götürülməsi kimi təklifləri də diqqətçəkən olub, ümumi işimizin xeyrinə ola bilər. Düzdür bu təkliflərin böyük hissəsinin reallaşdırılması müəyyən maliyyə vəsaitəri tələb edir. Bununla belə təhsilə çəkilən heç bir xərc itmir. İstənilən halda dövlətin müdaxiləsinə ehtiyac var. Əlbəttə heç də istisna olunmur ki, ilkin olaraq Təhsil nazirliyi bu ünvanlı təklifləri diqqətlə nəzərdən keçirsin, razılaşdırma yolu ilə məqbul hesab etdiyi müddəalar əsasında hökumətə öz konkret təkliflərini versin.






Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:

"Dərsliklərlə bağlı tender şərtlərinə yenidən baxılması qaçılmazdır"

Şagirdləri daim zəif nəticə göstərən müəllimlər... - Təhsil naziri

Şagirdləri daim zəif nəticə göstərən müəllimlər... - Təhsil naziri

Milli Kvalifikasiyalar Çərçivəsi təsdiq edilib

Milli Kvalifikasiyalar Çərçivəsi təsdiq edilib

Dərsliklərlə bağlı ictimai rəy öyrəniləcək

Dərsliklərlə bağlı ictimai rəy öyrəniləcək

Xaricdə təhsil üzrə dövlət proqramı bərpa oluna bilər

Xaricdə təhsil üzrə dövlət proqramı bərpa oluna bilər

Bu şəxslərə Azərbaycanda təhsil üçün qrantlar veriləcək

Bu şəxslərə Azərbaycanda təhsil üçün qrantlar veriləcək

İlham Əliyev təhsillə bağlı sərəncam verdi

İlham Əliyev təhsillə bağlı sərəncam verdi

Təhsil pillələri ilə yüksələcək peşə sahibləri

Təhsil pillələri ilə yüksələcək peşə sahibləri

Təhsil haqqını ödəyə bilməyən tələbələr nə etməli?- TƏHSİL EKSPERTİNDƏN TƏKLİF

Təhsil haqqını ödəyə bilməyən tələbələr nə etməli?- TƏHSİL EKSPERTİNDƏN TƏKLİF

“İstənilən statusda universitetlərə dövlət dəstəyi zəruridir…”

“İstənilən statusda universitetlərə dövlət dəstəyi zəruridir…”

Ali məktəblər publik hüquqi şəxs statusunda...

Ali məktəblər publik hüquqi şəxs statusunda...

“Xaricdə təhsil proqramı bərpa olunmalıdır”- Etibar Əliyev

“Xaricdə təhsil proqramı bərpa olunmalıdır”- Etibar Əliyev

"Dərsliklərdə yol verilən istənilən səhv Təhsil Nazirliyini məsuliyyətdən azad etmir, amma..."

Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun

Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun

"Necə olur ki, bizim məktəblərin bir neçə ilə öyrədə bilmədiyini hansısa kurslar və ya fərdi repetitorlar bir neçə aya öyrədə bilirlər?"

Tələbə qəbulu planını Nazirlər Kabineti müəyyən edəcək

Tələbə qəbulu planını Nazirlər Kabineti müəyyən edəcək

Xaricdə təhsil üzrə yeni dövlət proqramının hazırlanması üçün razılaşdırma aparılır

Xaricdə təhsil üzrə yeni dövlət proqramının hazırlanması üçün razılaşdırma aparılır

Dərslik və müəllim üçün metodik vəsaitlərin layihələrinə dair ictimai rəyin öyrənilməsi

Dərslik və müəllim üçün metodik vəsaitlərin layihələrinə dair ictimai rəyin öyrənilməsi

12 illik təhsilin 12 dərdi...

12 illik təhsilin 12 dərdi...

İmtahan qiymətlərindən aydın olur ki, əsas hədəf daha çox qazanc götürməkdir

İmtahan qiymətlərindən aydın olur ki, əsas hədəf daha çox qazanc götürməkdir

İkinci dəfə bakalavr imtahanı qərarı təhsil ekspertindən millət vəkilinədək hər kəsi razı salıb

İkinci dəfə bakalavr imtahanı qərarı təhsil ekspertindən millət vəkilinədək hər kəsi razı salıb

“Bağçaların, peşə məktəblərinin binalarını dəyər-dəyməzə satdıq” -Nadir İsrafilov

“Bağçaların, peşə məktəblərinin binalarını dəyər-dəyməzə satdıq” -Nadir İsrafilov

“Orta məxrəcə gəlmək” deyəndə mən bunları nəzərdə tuturam-Nadir İsrafilov

“Orta məxrəcə gəlmək” deyəndə mən bunları nəzərdə tuturam-Nadir İsrafilov

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.