AzTehsil.com


Xəbərlər
11 aprel 2017
2 805


Xaricdə təhsil üzrə yeni dövlət proqramının hazırlanması üçün razılaşdırma aparılır



Xaricdə təhsil üzrə yeni dövlət proqramının hazırlanması üçün razılaşdırma aparılır

 

Azərbaycan gənclərinin xaricdə təhsili üzrə yeni dövlət proqramının hazırlanması üçün bir sıra müvafiq dövlət orqanları ilə razılaşdırma prosedurları həyata keçirilir. Aztehsil.com apa-ya istinadən xəbər verir ki, təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, hazırda yeni proqram baxılma mərhələsindədir.
 
Nazir müavini xatırladıb ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 3500-dən gənc dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb: "Onlardan 1589 nəfəri təhsillərini başa vuraraq Azərbaycana qayıdıb. Həmin gənclərin bir çoxu dövlət müəssisələrində, daha böyük hissəsi isə özəl sektorda çalışırlar. Sevindirici hal ondan ibarətdir ki, xaricdə magistratura təhsili alan gənclər Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində pedaqoji fəaliyyətə cəlb olunub. Dövlət proqramı çərçivəsində gənclərin bir hissəsi hələ təhsillərini davam etdirirlər. Qarşıdakı 2 il ərzində dövlət proqramının məzunları təhsillərini başa çatdıracaq”.



Загрузка...