Xəbərlər, MÜƏLLİM
16 avqust 2018
1202

MİQ-in müsahibə mərhələsinin eksperti: “Burada gördüklərimə mat qalmışam, cəmi bircə müəllim...”


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

"Müəllimlər elmi tərəfi bilirlər. Sadəcə, mütaliə, dünyagörüşləri zəifdir. Müsahibədə iştirak edəcək müəllimlərə məsləhət bilirəm ki, öz tariximizi öyrənsinlər. Tarix haqda müəyyən şeyləri bilmirlər. Saytları izləsinlər ki, müsahibədə iştirak edən müəllimlərin təəssüratları barədə məlumatları olsun. Orada hansı mövzular əhatə olunduğundan agah olsunlar”.

Bu sözləri AzEdu.az-a açıqlamasında Fizika müəllimi Kəmalə Abıyeva deyib. O, MİQ imtahanlarının fizika üzrə keçirilən müsahibə mərhələsində  ekspert kimi iştirak edib. Müsahibə zamanı müəllimlərlə ünsiyyətdə olan ekspert göstəricilərin ötən illərlə müqayisədə daha qənaətbəxş olduğunu deyib:

"İndiyədək təxmini , 20-ə yaxın namizədi qəbul etmişik. Mən əvvəl imtahanlara ciddi yanaşmır, onların müəllimləri kifayət qədər hazırlamadığını düşünürdüm. Amma o zamanlar məsələ fərqli idi. Məktəblərdə təcrübə keçir, müəllimləri xüsusi hazırlayırdılar. Mən bir neçə il öncə də müsahibədə ekspert  kimi iştirak etmişəm. Onda müəllimlər zəif idilər. Amma indi gördüklərimə mat qalmışam. Hazırda mənimlə birgə iki direktor da ekspert kimi iştirak edir. Mənə deyirlər ki, hamıya yüksək bal verirsən. Cavab verirəm ki, mən ötən illərdə müəllimlərin çox zəif olduqlarının şahidi olmuşam. Bu il isə Fizikadan ixtisas üzrə 30-dan az toplayan bir nəfərlə belə qarşılaşmışam. Qeyd edim ki, MİQ imtahanında ixtisas üzrə maksimum göstərici 40 baldır. Hazırda işləyən müəllimləri MİQ imtahanına aparsaq, bəlkə də ixtisasdan heç 30 bal toplaya bilməzlər.Çünki MİQ sualları indi daha çətindir. Diaqnostik Qiymətləndirmə isə nisbətən asandır”.

Bütün bunlara baxmayaraq, ekspert  müəllimlərin mütaliə etmədiklərini təəssüf hissi ilə bildirib:

"Nazirlik müəyyən işlər görür ki, şagirdlərin nitq qabiliyyətləri inkişaf etsin. İndi mətbuat da mütaliənin zəif olmasından gileylənir. Bu qədər müəllimin arasında cəmi biri dünya ədəbiyyatından bir neçə adamın adını çəkə bildi. O dəqiqə aydın oldu ki, kitab oxuyur. Digərləri isə heç bir ədəbiyyat nümayəndəsinin adını çəkə bilmədi. Amma mən olsam, o müəllimlərdən hətta bir şeir deməsini də xahiş edərdim.

Müəllimlərin  mütaliə etməməsi məni çox narahat etdi. Söhbət fizikanın texniki fənn olmasından getmir. Universiteti neçə il əvvəl bitirən, bir müddət işləməyən müəllimlər var. Soruşuram ki, "axı neçə ildir işləmirsiz, evdə nə iş görürdünüz? Mütaliə etmisiniz?” Elə belə üzümə baxırlar. Hansısa ədəbiyyatı oxudum deyən olmadı. Axı bunlar tələbə olublar, boş zamanları çox olub. Fizika, riyaziyyat, yoxsa ədəbiyyat üzrə təhsil almalarının nə əhəmiyyəti var? Problem burdadır. Mütaliəni yalnız humanitar elmlərlə məşğul olanlar etməlidirlər deyə, bir prinsip yoxdur. Bir insan müəllim olacaqsa, mütləq mütaliə etməlidir. Belə olduqda onun dünyagörüşü artır, şagirdə təsir gücü formalaşır. Bu, məni çox narahat etdi. Elə fizika üzrə də "hansı Azərbaycan fiziklərini tanıyırsınız?” soruşduqda cavab verə bilməyənlər də oldu”.

Onun sözlərinə görə, orta məktəblərdə belə fizika, riyaziyyatı bilən şagirdlər bir neçə yazıçını oxuyanlardan daha savadlıdırlar:

"İndi müəllimlər bilirlər ki, imtahan verməlidirlər və yaxşı hazırlaşırlar. Məsuliyyətləri artır. Fizika elə sahədir ki, ora qavraması güclü olan insanlar gəlir. Zəif insanlar bu sahəni seçmir. Məntiqi zəif olanlar ədəbiyyat, tarix, ibtidai sinif kimi ixtisasları seçsələr də, fizika üzrə təhsil almağa gəlmir. Orta məktəblərdə də fizika, riyaziyyatı bilən şagirdlər daha savadlıdırlar, nəinki gedib bir neçə yazıçını oxuyanlar. İndi müəllimlər inanırlar ki, bu imtahanlardan keçsələr, obyektiv şəkildə işə qəbul olunacaqlar. Bunun da təsiri çoxdur. Çünki, keçid 36 baldır keçir. Ondan aşağı nəticə göstərənləri müsahibəyə buraxmırlar. Qəbul etdiyim namizədlər 40-dan çox bal toplayanlar idi. bir nəfərdən  başqa. O da çox savadlı təlimçi xanım idi. Bütün yeni dərs üsullarını bilirdi. Ola bilər ki, təlimçi işlədiyinə görə ixtisasından bir qədər az bal toplayıb”.

O, qəbul etdiyi müəllim namizədlərin yaradıcılıqdan kənar olduqlarını və dünyagörüşlərinin az olduğunu müşahidə edib:

"Müəllimlər elmi tərəfi bilir. Sadəcə mütaliə, dünyagörüşləri zəifdir. Məsələn, soruşuram ki, "sinif rəhbəri olacaqsınız. Hansı mövzuları qoyar və şagirdlərlə müzakirə edərsiniz? Sinif rəhbəri üçün yönəldici kitablar var. Yalnız oradakı mövzuları deyirlər. Düşünürəm ki, axı respublika məktəbləri hamısı eyni mövzu ətrafında müzakirə apara, təşkilat saaatı keçirə bilməz. Orda yazılanların sadəcə nümunə olduğunu deyir, müəllimdən öz ideyası ilə mövzu deməsini xahiş edirəm. Bunu sərbəst deyə bilmirlər”.

Ekspertlərin yalnız tədris üsulları haqda suallar verməsindən narahat olan müəllimin fikrincə, kurikulum proqramını əzbər bilən adam hələ müəllim demək deyil:

"Yeni tədris üsullarını bilirlər. Məni bu da narahat edir. Həmkarlarım direktorlar idi. Gördüm ki, namizədlərdən yalnız dərs üsullarını soruşurlar. Sanki tələbədən dərs tələb edirlər. Bu dərs üsulunu müəllim sonradan əzbərləyib öyrənə bilər.  "Neçə dərs üsulu var?” "Motivasiya nədir?” kimi eyni sualları vermək onları yaradıcılıq1dan uzaqlaşdırır. Axı dərs özü ən böyük yaradıcılıqdır. Sanki roman yazırsan və burada sənin yaradıcılığın əsasdır. Hökm deyil ki, nəyinsə 7 mərhələsi varsa, 7-ni də biləsən. Axı sənin dərs dediyin sinfin səviyyəsi, əlində  olan vəsaitlər, qarşındakı uşaqların səni necə anlaması da əsasdır. Ola bilər ki, insan proqramın hamısını əzbərləyəcək qədər savadlı olmasın. Amma dərs prosesini elə qura bilər ki, şagirdlər hamısı fənni qavrayar. Onsuz da müəllimlər illərlə təcrübə və metodikanı öyrənəcəklər. Bütün kurikulum proqramını əzbər bilən adam hələ müəllim demək deyil”.

O, növbəti günlərdə müsahibədə iştirak edəcək müəllimlərə ekspert kimi məsləhətlər də verib:

"Müsahibədə iştirak edəcək müəllimlərə məsləhət bilirəm ki, öz tariximizi öyrənsinlər. Tarix haqda müəyyən şeyləri bilmirlər. Saytları izləsinlər ki, müsahibədə iştirak edən müəllimlərin təəssüratları barədə məlumatları olsun. Orada hansı mövzular əhatə olunur. Bu dəfə elementar şeyləri bilməyən müəllimlər qarşımıza çıxmadı. Amma keçən il bir müəllimdən  20 yanvar hadisələrinin nə vaxt baş verdiyini soruşmuşdum. Cavab vermişdi ki, martda. Təsəvvür edin ki bu müəllimin məntiqi belə yoxdur. Görürdüm ki, əksəriyyəti həyəcanlı, çarəsizdir  və ailə vəziyyətinin yaxşıolmadığını, müəllim olmaq istədiyini deyir.  Bu il isə elələrinə rast gəlmədim. Mən də başa düşürəm ki, müəllimin maaşı yüksək olmalıdır. Amma heç vaxt maaşı düşünüb işləməmişəm. Məncə pul qazanmaq istəyən şəxsi biznes qura bilər. Pul qazanmaq üçün müəllim olmaq olmaz. Müəllim hər şeydən öncə öz üzərində işləməlidir”.






Whatsapp'ta Paylaş

loading...

Загрузка...
Həmçinin oxuyun:

"Bİliyi məhsuldar şəkildə istifadə edəcək keyfiyyətli müəllimlərə ehtiyac var"MAGİSTRATURA təhsili olan müəllimlərin əslində fərqli üstünlükləri..

"Müəllim artıq testi keçib müsahibə mərhələsinə gəlib çatıbsa, deməli, o səviyyədə biliklərə malikdir" HƏMKARLAR FAYDALANSIN

Meksikada 12 yaşlı uşağın tələbə olmasına təhsil ekspertinin rəyi—

Meksikada 12 yaşlı uşağın tələbə olmasına təhsil ekspertinin rəyi—"Belə halların təhsilin inkişafına təsiri ola bilməz”

“Ali məktəblərdə ciddi sistem olsa, MİQ imtahanları ləğv oluna bilər” – Ekspertlərdən TƏKLİFLƏR

“Ali məktəblərdə ciddi sistem olsa, MİQ imtahanları ləğv oluna bilər” – Ekspertlərdən TƏKLİFLƏR

Diplomunda müəllim sözü yazılmayanlar MİQ imtahanında necə iştirak edə bilərlər?

Diplomunda müəllim sözü yazılmayanlar MİQ imtahanında necə iştirak edə bilərlər?

"Digər məmurlar dərs dediyi halda niyə təhsil işçiləri dərs deməsinlər?"

Müəllimlərin iş saatı direktorların şərti bölgüsü ilə müəyyən olunur

Müəllimlərin iş saatı direktorların şərti bölgüsü ilə müəyyən olunur

“Sinif rəhbəri elə keyfiyyətlərə malik olmalıdır ki...” - Sosioloq DANIŞDI

“Sinif rəhbəri elə keyfiyyətlərə malik olmalıdır ki...” - Sosioloq DANIŞDI

“İmtahanda 4 bal toplayan müəllimlər də var” - Ekspert

“İmtahanda 4 bal toplayan müəllimlər də var” - Ekspert

Müəllimlərin  bilik və bacarıqları çox aşağı səviyyədədir- EKSPERT.

Müəllimlərin bilik və bacarıqları çox aşağı səviyyədədir- EKSPERT.

Qəbul imtahanının sualları SATILIB? – Şok iddiaya CAVAB: “Kimdir o müəllim?”

Qəbul imtahanının sualları SATILIB? – Şok iddiaya CAVAB: “Kimdir o müəllim?”

Müəllim mütaliə etmədiyi gün ölür

Müəllim mütaliə etmədiyi gün ölür

"Bu müəllimlər işdən azad olunmalıdır"

BU MÜƏLLİMLƏR İXTİSAR OLUNACAQ - TƏHSİL NAZİRLİYİ

BU MÜƏLLİMLƏR İXTİSAR OLUNACAQ - TƏHSİL NAZİRLİYİ

“Ev tapşırıqları həddindən artıq çox olur” - EKSPERT

“Ev tapşırıqları həddindən artıq çox olur” - EKSPERT

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

"Vaxtilə bunu etsəydilər, məktəblərdə saxta diplomlu müəllimlər olmazdı"

Müəllimlərin dərs bölgüsü bu qayda ilə aparılacaq - Nazirlik açıqladı

Müəllimlərin dərs bölgüsü bu qayda ilə aparılacaq - Nazirlik açıqladı

Müəllim işləyə-işləyə yeri vakant göstərilib?-Sumqayıt məktəbində qəribə olay

Müəllim işləyə-işləyə yeri vakant göstərilib?-Sumqayıt məktəbində qəribə olay

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

Nazirlikdən yeni qərar, 80-dən çox müəllim işdən çıxarılıb - 23 illik stajı olan da var

Nazirlikdən yeni qərar, 80-dən çox müəllim işdən çıxarılıb - 23 illik stajı olan da var

"Kurikulum təkmilləşməlidir, ləğv edilməməlidir. Bunu tələb etmək çox gülünc görsənir”

"Müəllimmi özünü belə nüfuzdan salıb, yoxsa cəmiyyətmi standartlarını dəyişib?!.."

Müəllim mütaliə etmədiyi gün ölür- Siz mütaliə edirsinizmi ?

Müəllim mütaliə etmədiyi gün ölür- Siz mütaliə edirsinizmi ?