AzTehsil.com


Xəbərlər / Müəllim
15 iyul 2018
19 216


Diplomunda müəllim sözü yazılmayanlar MİQ imtahanında necə iştirak edə bilərlər?



 

 
 
"Bəzən diplomun özündə yazılan ixtisasla əlavədəki tədris olunan fənlərin siyahısında müəyyən fərqlər müşahidə olunur. Belə olan halda vətəndaşın vəziyyətinin ağırlaşdırılmaması və sosial vəziyyətinin yaxşılaşdırılması üçün onun ixtisasında pedaqoji istiqamətin mövcudluğunu hesab edir və müsabiqədə iştirakına şərait yaradırıq”.

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil tv-nin "Həftənin sualı” verilişi zamanı Təhsil İşçilərin Peşəkar İnkişafı İnstitutunun nəznində İnsan resursları mərkəzinin direktor əvəzi Murad Camalzadə deyib. O diplomunda "müəllim” sözü yazılmayanların MİQ-də iştirakı məsələsinə aydınlıq gətirərkən bildirib ki, müsabiqədə yalnız pedoqoji təhsilli şəxslər iştirak edə bilirlər:

 "Müəllimlərin İşə Qəbulu üzrə müsabiqənin keçirilməsi qaydalarına əsasən,  ümumtəhsil müəssisələrinə müəllim vəzifəsinə o şəxslər işə qəbul edilə bilərlər ki, onlar ali və ya orta ixtisas təhsili müəssisəsini pedoqoji istiqamətlər üzrə bitirib, təhsil haqqında sənəd əldə ediblər. Bu, o deməkdir ki, bu müsabiqədə ali və ya orta ixtisaslı olmasından asılı olmayaraq yalnız pedoqoji təhsilli şəxslər iştirak edə bilirlər”.

Onun sözlərinə görə, bəzi hallarda müəllimin ixtisasında pedaqoji istiqamətin mövcudluğu hesab edilir və onun müsabiqədə iştirakına şərait yaradılır:

"İxtisasların təsnifatı qaydası 2009-cu ildə Nazirlər Kabineti tərəfindən yenilənib. Orada ali, eyni zamanda da orta ixtisas təhsili üzrə ixtisasların təsnifatı verilib. 2009-cu ildə təsdiq  olunmuş ixtisasların siyahısında ixtisas qrupları müəyyən edilir. Əvvəlki illərdə "Filologiya, Azərbaycan dili və Ədəbiyyat” ixtisası yazılır, eyni zamanda həm filoloq, həm müəllim və dilçi kimi nəzərdə tutulurdu. İndi isə təsnifatda birinci olaraq təhsildə ixtisas qrupu müəyyən edilir. Bəzilərində "Azərbaycan dili və ədəbiyyatı müəllimi” qeyd olunur, digərlərində isə "Filologiya, Azərbaycan dili, Ədəbiyyat”. Artıq ikinci pedoqoji istiqamət sayılmır.

Amma bəzən onların diploma əlavələrinə baxılır. Diplomun özündə yazılan ixtisasla əlavədəki tədris olunan fənlərin siyahısında bəzi fərqlər müşahidə olunur.

Məsələn, müəllim  2010-cu ildə kimya ixtisasına qəbul olunub. Bu, pedoqoji ixtisas sayılmır. Çünki pedoqoji təhsil üçün kimya müəlimi yazılmalı idi. Amma diploma əlavədə onun pedoqogika, metodika, kimyanın tədrisi üsulları və metodikası keçib, pedoqoji təcrübədə olduğu qeyd edilib.

Belə olan halda vətəndaşın vəziyyətinin ağırlaşdırılmaması və sosial vəziyyətinin yaxşılaşdırılması üçün onun ixtisasında pedaqoji istiqamətin mövcudluğunu hesab edir və müsabiqədə iştirakına şərait yaradırıq. Onlar müsahibədə rahatlıqla iştirak edə bilərlər. Müsahibədə onların sənədlərinə baxış keçiriləcək. Uğurla keçəcəkləri təqdirdə işlə təmin olunacaqlar”.

 

Diplomunda müəllim sözü yazılmayanlar MİQ imtahanında necə iştirak edə bilərlər?

 






Загрузка...
Həmçinin oxuyun:
Pedoqoji təhsili olmayanlar informatika müəllimi işləyə biləcək

Pedoqoji təhsili olmayanlar informatika müəllimi işləyə biləcək

Hansı müəllimlər birbaşa müsahibə mərhələsinə buraxılacaq?Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı ətraflı açıqlamalar

Hansı müəllimlər birbaşa müsahibə mərhələsinə buraxılacaq?Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı ətraflı açıqlamalar

Tələbə qəbulu üçün müsabiqədə iştirak ödənişli olacaq - Qaydalar təsdiqləndi

Tələbə qəbulu üçün müsabiqədə iştirak ödənişli olacaq - Qaydalar təsdiqləndi

Azərbaycanda kollec təhsilli müəllimlər daha çox hansı fənləri tədris edir?

Azərbaycanda kollec təhsilli müəllimlər daha çox hansı fənləri tədris edir?

Müəllim olmaq istəyənlərə şad xəbər/bu il müsabiqəyə 10 000 vakant yer var

Müəllim olmaq istəyənlərə şad xəbər/bu il müsabiqəyə 10 000 vakant yer var

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında yeni tələbə qəbulu qaydaları açıqlanıb

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında yeni tələbə qəbulu qaydaları açıqlanıb

DİM: Abituriyentlər qəbul imtahanında iki dəfə iştirak edə biləcəklər

DİM: Abituriyentlər qəbul imtahanında iki dəfə iştirak edə biləcəklər

Yeni dərs ili üçün tələbə qəbulu – QAYDALARI

Yeni dərs ili üçün tələbə qəbulu – QAYDALARI

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayır

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayır

Müəllimlərin işə qəbulu qaydalarında ciddi dəyişiklik edilib

Müəllimlərin işə qəbulu qaydalarında ciddi dəyişiklik edilib

Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu davam edir

Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu davam edir

SUAL -  Müəllimlərin işə qəbulu üzrə müsabiqədə kimlər iştirak edə bilərlər?

SUAL - Müəllimlərin işə qəbulu üzrə müsabiqədə kimlər iştirak edə bilərlər?

Qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlərin ixtisas seçimi davam edir

Qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlərin ixtisas seçimi davam edir

Müəllimlərin işə qəbulu üçün qeydiyyat başa çatdı...50 min müəllim və 10 min vakant yer

Müəllimlərin işə qəbulu üçün qeydiyyat başa çatdı...50 min müəllim və 10 min vakant yer

Kollecdən sonra ali məktəbdə oxuyanlar üçün təhsil müddəti azala bilər

Kollecdən sonra ali məktəbdə oxuyanlar üçün təhsil müddəti azala bilər

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir

Ali təhsil müəssisələrinə tələbə qəbulu bu qaydalar əsasında aparılacaq – Hansı yeniliklər var?

Ali təhsil müəssisələrinə tələbə qəbulu bu qaydalar əsasında aparılacaq – Hansı yeniliklər var?

Kolleclərə tələbə qəbulu elan edilib

Kolleclərə tələbə qəbulu elan edilib

Bu il abituriyentlər üçün qəbul müsabiqəsinin şərtləri necə olacaq?

Bu il abituriyentlər üçün qəbul müsabiqəsinin şərtləri necə olacaq?

DİM: Qəbul imtahanlarında ikinci dəfə iştiraka görə ödənişi abituriyent ödəyəcək

DİM: Qəbul imtahanlarında ikinci dəfə iştiraka görə ödənişi abituriyent ödəyəcək

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu bu qaydalar əsasında aparılacaq

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu bu qaydalar əsasında aparılacaq

Orta ixtisas təhsili üzrə ixtisasların sayı artırılıb

Orta ixtisas təhsili üzrə ixtisasların sayı artırılıb

Artıq bütün müəllimlər eyni vaxtda müsabiqədə iştirak edəcəklər

Artıq bütün müəllimlər eyni vaxtda müsabiqədə iştirak edəcəklər

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edildi

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edildi