Təhsil müəssələrində ştatlar haqqında ...TƏLİMAT


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Təhsil müəssələrində ştatlar haqqında ...TƏLİMATTƏHSİL MÜƏSSƏLƏRİNDƏ ŞTATLAR HAQQINDA TƏLİMAT
1. 5 və daha çox sinif-komplekti və 100-dən çox şagirdi olan ibtidai məktəblərin ştatları əsas və orta məktəblərin nümunəvi ştatlarına uyğun surətdə müəyyən edilir.
2. 30 və daha çox sinif komplekti olan məktəblərdə sonrakı hər 10 sinfə əlavə 0,5 vahid tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini vəzifəsi müəyyən edilir.
Bir sıra fənnlər xarici dildə tədris olunan orta ümumtəhsil məktəblərində direktorun xarici dil üzrə müavini vəzifəsi müəyyən edilir.
3. 10-dək sinif-komplekti olan orta ümumtəhsil məktəblərində, litseylərdə və gimnaziyalarda 0,5 vahid, 10 və daha çox sinif-komplekti olduqda bir vahid uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsi müəyyən edilir.
4. Orta ümumtəhsil məktəblərində, litseylərdə və gimnaziyalarda sinif-komplektlərinin sayından asılı olmayaraq hərbi rəhbər vəzifəsi müəyyən edilir.
5. Nümunəvi ştatda göstərilən laborant vəzifəsi əsas və orta ümumtəhsil məktəblərində, litseylərdə və gimnaziyalarda avadanlıqla təchiz edilmiş fizika və kimya kabinetləri olduqda tətbiq edilir.
Əsas və orta məktəb, litsey və gimnaziyaların ştatına bir vahid psixoloq vəzifəsi daxil edilir.
Doqquz sinif-komplekti və avadanlıqla təchiz edilmiş fizika və kimya kabinetləri olan əsas və orta məktəblərə laborant vəzifəsi müəyyən edilir. 40 və daha çox sinif-komplekti olduqda əlavə bir vahid laborant vəzifəsi daxil edilir.
6. Sinif-komplektlərinin sayı 20 və daha çox olan məktəblərdə, litseylərdə və gimnaziyalarda direktorun təsərrüfat işləri üzrə müavini vəzifəsi şagirdlərin sayı 401 və daha çox olduğu halda müəyyən edilir.
7. Ocaqçı, binaların, qurğuların, avadanlığın cari təmiri və xidmət üzrə fəhlə vəzifəsi mənzil-kommunal sisteminə verilməyən məktəblərdə müəyyən edilir:
mərkəzi istilik sistemi olduqda — hər bir qazanxanada növbədə bir ocaqçı vəzifəsi, bərk növlü yanacaqla (torf, daş kömürlə) qızdırılan qazanxananın sahəsi 75 kv metrdən çox olduqda — növbədə 2 ocaqçı vəzifəsi;
qazla qızdırıldıqda — növbədə bir ocaqçı vəzifəsi, təhlükəsizliyin avtomat tənzimləyicisi olmayan qazanxanalarda isə növbədə 2 ocaqçı vəzifəsi;
mərkəzləşdirilmiş istiliklə təchiz edilən ümumtəhsil məktəblərində litseylərdə və gimnaziyalarda istilik məntəqəsi və ya elevator olduqda binaların, qurğuların və avadanlığın cari təmiri və xidmət üzrə bir fəhlə vəzifəsi, boylar, nasos olduqda isə — növbədə bir fəhlə vəzifəsi;
soba ilə qızdırılan ümumtəhsil məktəblərində 0,5 vahiddən az olmamaqla — hər 5 sobaya 0,5 vahid sobayandıran vəzifəsi.
Bu bənddə nəzərdə tutulmuş ocaqçı, sobayandıran, binaların, qurğuların və avadanlığın cari təmiri və xidmət üzrə fəhlə vəzifələri binanı qızdırma mövsümü üçün nəzərdə tutulmuşdur.
Göstərilən vəzifələrin ümumi sayından bir vəzifə (sobayandıran vəzifəsi 0,5 vahid) illik müəyyən edilir.
8. Paltarsaxlayan vəzifəsi kiçik xidmətedici işçi heyətinin ümumi sayı dairəsində paltar saxlamaq üçün avadanlıqla təchiz edilmiş xüsusi yer olduqda müəyyən edilir və qış mövsümü üçün nəzərdə tutulur.
9. Hər günü uzadılmış qrupa 1 vahid tərbiyəçi vəzifəsi müəyyən edilir.
Günü uzadılmış qrup şagirdlərin sayı 20 nəfərdən az olmadıqda təşkil edilir.
10. 30-dan çox sinif-komplekti olan məktəblərdə xadimə vəzifəsi hər iki sinfə 0,5 vahid hesabı ilə artırılır.
11. Əgər hər bir xadimə ştatına məktəbin ümumi süpürülən sahəsinin 400 kv metrdən çox düşərsə, əlavə xadimə vəzifəsi müəyyən edilə bilər, bu şərtlə ki, hər 400 kv. metr süpürülən sahəyə bir vahiddən artıq olmasın.
12. Məktəblərdə dalandar vəzifəsi süpürülən sahənin yerli İcra Hakimiyyətləri tərəfindən təsdiq edilmiş normalarına uyğun surətdə müəyyən edilir. Məktəbin 1,5 hektardan az olmayan sahədə meyvə bağı və ya bəzək ağacı əkilmiş yaşıl meydançası olduqda dalandar vəzifəsi ləğv edilərək bağban vəzifəsi müəyyən edilə bilər.
13. Əsas və orta məktəb, litsey və gimnaziya binalarının qorunması üçün istirahət və iş günü hesab edilməyən bayram günləri də daxil olmaqla 2 vahid gözətçi vəzifəsi müəyyən edilir.[1]
14. Ümumtəhsil məktəblərinin, litseylərin və gimnaziyaların xərc smetasında dərnək rəhbərinin əmək haqqını ödəmək üçün aşağıdakı miqdarda vəsait nəzərdə tutulur: 5-dən 10-dək sinif olduqda — 0,5 müəllim stavkası; 10-dan 20-dək — 1 stavka; 20-dən 40-dək 1,5 stavka; 40 və daha çox olduqda 2 müəllim stavkası.
Ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların balansında nəqliyyat vasitəsi olduqda, məktəb üzrə sürücü vəzifəsi müəyyən edilir[2]
15. Mərkəzləşdirilmiş mühasibatlığın xidmət etdiyi məktəblərdə mühasib vəzifəsi nəzərdə tutulmur.
16. Günüuzadılmış məktəblərin rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədrisə-yardımçı və xidmətedici heyətin ştatı 2-ci əlavədə göstərilənlər də nəzərə alınmaqla həmin nümunəvi ştata uyğun olaraq müəyyən edilir.
17. İbtidai, əsas və orta ümumtəhsil məktəblərinin xərc smetasında təxsisat və ştat müəyyən edildikdə məktəbəqədər uşaq müəssisələrində təhsil alan 6 yaşlılar sinfi və hazırlıq sinifləri nəzərə alınmamalıdır.
18. Ümumtəhsil məktəblərindəki ştat vahidlərinin sayı həmin nümunəvi ştata uyğun surətdə ildə bir dəfə sentyabr ayında müəyyən edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1996-cı il 26 may tarixli 59 №-li qərarı ilə
təsdiq edilmişdir




xtehsil






Həmçinin oxuyun:

Təhsilvermə (təhsilləndirmə) modelləri. - Beynəlxalq təcrübə

Təhsilvermə (təhsilləndirmə) modelləri. - Beynəlxalq təcrübə

Qabaqcıl təcrübə
İşçiyə olunan xəbərdarlıq intizam tənbehi sayıla bilərmi ?

İşçiyə olunan xəbərdarlıq intizam tənbehi sayıla bilərmi ?

H/N sənədlər
4-cü sinif şagirdlərinə

4-cü sinif şagirdlərinə "Kalaşnikov dərsi": Bizdə də olsun

Qabaqcıl təcrübə
Bir daha ümumtəhsil məktəbinin strukturu haqqında

Bir daha ümumtəhsil məktəbinin strukturu haqqında

Direktor
Psixoloq kimdir? Vəzifəsi nədir?

Psixoloq kimdir? Vəzifəsi nədir?

Psixoloq
Məktəb Psixoloqunun əmək funksiyası

Məktəb Psixoloqunun əmək funksiyası

Psixoloq
İdarəetmə funksiyaları

İdarəetmə funksiyaları

Direktor
Dərsin təşkili...Debatlar - Çarpaz müzakirə

Dərsin təşkili...Debatlar - Çarpaz müzakirə

Kurikulum, MÜƏLLİM
Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Direktor
.Akademik Zərifə Əliyeva adına lisey 2016/2017-ci tədris ili üçün 9-cu sinfə şagird qəbulu elan edir:

.Akademik Zərifə Əliyeva adına lisey 2016/2017-ci tədris ili üçün 9-cu sinfə şagird qəbulu elan edir:

Xəbərlər
Valideyinlərlə əlaqələrin qurulması  və  möhkəmlənməsinə rəhbərlik

Valideyinlərlə əlaqələrin qurulması və möhkəmlənməsinə rəhbərlik

Valideyn
Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Təlim tərbiyə üzrə dr/müavini
Sinif rəhbəri və müəllim əməkdaşlığı

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Sinif rəhbəri
Məktəb idarəetməsinə aid 10 maraqlı TEST

Məktəb idarəetməsinə aid 10 maraqlı TEST

test

"Təhsil Qanunu"na aid testlər və cavabları

test, Direktor
Direktor olmaq istəyənlər -  Qaninvericilikdən testlər  cavablarla

Direktor olmaq istəyənlər - Qaninvericilikdən testlər cavablarla

test, Direktor
İş vaxtının anlayışı və növləri

İş vaxtının anlayışı və növləri

H/N sənədlər
Sual - Əmək məzuniyyəti kimlərə və hansı müddətlərə verilir?

Sual - Əmək məzuniyyəti kimlərə və hansı müddətlərə verilir?

H/N sənədlər
Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Xəbərlər
Fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası

Fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası

Təsarufat işləri üzrə dr/müavini
SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

Sinif rəhbəri
TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ

TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ

Təsarufat işləri üzrə dr/müavini
Kimya laborantı təlimatı məktəb kimya müəllimləri və laborantları üçün işlənib hazırlanmışdır

Kimya laborantı təlimatı məktəb kimya müəllimləri və laborantları üçün işlənib hazırlanmışdır

Loborant
DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

test