Laborant vəzifəsinə işə qəbul müsabiqəsinə dair elan
Laborant vəzifəsinə işə qəbul müsabiqəsinə dair elan
Ümumi məlumat:
Laboratoriya avadanlığının, cihazlarının, informasiya-kommunikasiya texnologiyalarının, təlimin texniki vasitələrinin işlək halda olmasına çalışır, onların əldə edilməsi, zavod və emalatxanalarda təmiri üçün xüsusi sifariş hazırlayır, kimyəvi reaktivlərin düzgün saxlanması və istifadə olunmasını təmin edir. Avadanlıqları, cihazları, reaktivləri laboratoriya işlərində, dərslərdə və məşğələlərdə istifadə olunması üçün hazırlayır, həmin avadanlıqların müvafiq təlimatlara və digər texniki sənədlərə uyğunluğunu yoxlayır. Müəllimləri dərs məşğələsi üçün lazım olan materiallarla təmin edir (https://e-qanun.az/framework/37434)
Laborant bunları bilməlidir:
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu (https://e-qanun.az/framework/18343);
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu (https://e-qanun.az/framework/42543);
Təhsil müəssisələrində laborator avadanlıqların istifadə və saxlanma qaydalarını;
Fizika, kimya, biologiya və digər fənlər üzrə laborator təcrübələrin icra qaydalarını;
Sanitariya, gigiyena və təhlükəsizlik qaydalarını (https://e-qanun.az/framework/24095);
Yanğından mühafizənin norma və qaydalarını (https://e-qanun.az/framework/10933);
Əməyin mühafizəsini (https://e-qanun.az/framework/11166);
Laboratoriya avadanlığını, nəzarət ölçü cihazlarını və onların istismar qaydalarını;
İnformasiya-kommunikasiya texnologiyalarından istifadə bacarıqlarını.
Namizədə olan tələblər:
Mütləq
Arzu olunan
Tam orta təhsil, orta ixtisas təhsili və ya ali təhsilin olması
Laboratoriya sahəsində təcrübə
Tədris avadanlıqlarından, təlimin texniki vasitələrindən, cihazlardan istifadə olunmasının mövcud standartlarını və texniki şərtlərinin bilməsi
Ümumtəhsil məktəblərində iş təcrübəsi
Müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmə bacarığı
Plana uyğun iş və hesabat hazırlama
Sanitar-gigiyena və yanğından mühafizə qaydalarının bilməsi
Word, Excel, Power Point, internet resurslarından istifadə
Kollektivdə işləmə bacarığı
İş şəraiti
Laborantlar üçün qanunvericiliklə müəyyən edilmiş iş rejimi;
Müəllim və şagirdlərlə əməkdaşlıq mühiti;
Müəssisənin daxili qaydalarına riayət etmək.
Gözləntilər
Ümumtəhsil müəssisəsinin rəhbərliyi və əməkdaşları ilə sıx əməkdaşlıq;
Laboratoriya və digər texniki avadanlıqların istifadəsində dəqiqlik və məsuliyyət;
Laborator işlərinin təşkili ilə bağlı yerli və beynəlxalq təcrübələri araşdırmaq.
Müsabiqə prosesi
Müsabiqə üç mərhələdən ibarətdir: qeydiyyat, müsahibə və vakant yer üzrə yerləşdirmə.
1. Qeydiyyat mərhələsi:
Namizədlər (link) vasitəsilə qeydiyyatdan keçməlidirlər. Məlumatlar yoxlanıldıqdan sonra müsahibə mərhələsinə dəvət olunan namizədlərə SMS bildirişi göndəriləcək.
2. Müsahibə mərhələsi:
Müsahibə zamanı namizədə 20-30 dəqiqə ərzində ixtisas, qanunvericilik, informatika üzrə açıq və praktik suallar veriləcək.
3. Vakant yer üzrə yerləşdirmə mərhələsi:
Müsabiqənin vakansiya seçimi mərhələsində əvvəlcə vakant yer seçmək imkanı laborantların işə qəbulu üzrə müsahibədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə veriləcək.
Yerləşdirmə zamanı müsahibəni uğurla keçən namizədlər müsahibə nəticələrinə görə müvafiq vakant yerlərə yerləşdiriləcəklər.
Eyni bal toplayan namizədlər üçün aşağıdakı meyarlara əsasən prioritet veriləcək:
Müvafiq vəzifə üzrə təhsil(ali, orta ixtisas)
Təhsil səviyyəsi(magistr, bakalavr, subbakalavr)
Pedaqoji və laboratoriya sahəsində stajın çoxluğu.
Uğurla keçib yerləşdirilməyən şəxslər isə ehtiyat kadr bazası siyahısına daxil ediləcəklər. Ehtiyat kadrlar bazasına daxil olan şəxslərin vakant vəzifəyə yerləşdirilməsi növbəti laborant vəzifəsinə işə qəbul müsabiqəsinin elan olunmasına qədər keçirilə bilər, lakin iki ildən artıq müddəti nəzərdə tutulmur.
Müsabiqədə iştirak edən namizədlərə uğurlar arzulayırıq!
Müsabiqədə iştirak etmək üçün qeydiyyat: https://docs.google.com/forms/d/e/1FAIpQLScw8-nsCnDD8s4jw1XlW0RxHMwoIf_kXAXNmLGDtIHVA2hCyA/viewform?usp=header
AzTehsil.com bildirir ki, nəzərinizə çatdırılır ki, məlumatların düzgünlüyü ilə bağlı məsuliyyəti namizəd özü daşıyır. Məlumatlarda uyğunsuzluq olduğu təqdirdə müsabiqənin istənilən mərhələsində həmin namizəd üçün işə qəbul prosesi dayandırıla bilər. Xahiş olunur ki, məlumatları daxil edərkən diqqətli olasınız.