AzTehsil.com


Xəbərlər / Saglam həyat
16 noyabr 2019
2 617


Narın insan orqanizminə əvəzolunmaz faydası



Narın insan orqanizminə əvəzolunmaz faydası

 

Nar təzyiqi aşağı salır, damar sərtliyinin qarşısını alır. Bu xüsusiyyətlərinə görə nar ürək-damar xəstəliklərinə qarşı ən yaxşı qoruyucu vasitə hesab olunur. Narın qabıqlarından çay dəmləyib içilərsə ishalı kəsir, bağırsaq qurdlarını tökür, dənələrini örtən pərdə isə həzmi asanlaşdırır.

Qaynadılmış nar qabığının boğaz ağrısına faydası bunlardan yalnız biri. Narın meyvə, meyvə qabığı, budaq və kök qabıqlarının fərqli istifadə sahələri var.

Nar - kalium, dəmir, kalsium, fosfor mineralları, C və B1, B2 vitaminləri ilə zəngindir.
Nar qızdırmanı, yorğunluğu aradan qaldırır, bədənə enerji verir, ürəyi, mədəni və diş ətini qüvvətləndirir. Mədə iltihabı və ağız yarası üçün faydalıdır, immunitet sistemini gücləndirir, orqanizmi xərçəng xəstəliyindən qoruyur.
Yeditepe Universitetinin professoru Ərdəm Yeşilada narın hansı qisminin əhəmiyyətli olduğunu söyləyir.

Prof. Yeşilada ishaldan, damar sərtliyinə, menopozdan boğaz infeksiyalarına qədər bir çox xəstəlikdə müsbət təsirləri olan narın farmakoloji xüsusiyyətləri və faydaları haqqında məlumat verir:

"Meyvə şirəsi yüksək qüvvətli antioksidan təsirlidir, xüsusilə ürək və qan dövranı sistemi funksiyaları üzərində təsiri diqqət çəkir. Meyvələrinin qabıqları isə gallotanen (Gallik turşu hidroliz ola bilən dənənlərdən) tipi polifenolik (quruluşunda birdən çox fenol olan kimyəvi) mürəkkəblər baxımından zəngindir.

Aparılan elmi işlər, bağırsaq infeksiyalarına və boğaz infeksiyalarına gətirib çıxaran mikroorqanizmlər üzərində təsirli olduğunu ortaya qoyur. Bu səbəblə, nar meyvəsi qabıqları bağırsaqlarda həm ishala gətirib çıxaran mikroorqanizm üzərində təsirini göstərir.

Qarqara şəklində tətbiq olunduğunda isə boğaz infeksiyasının müalicəsində faydalı olur. Nar ağacının budaq və kök qabıqları daha fərqli istifadəyə malikdir. Antioksidan məzmunu baxımından diqqəti çəkən bir meyvə də nardır.
Təsiri baxımından yaşıl çaydan daha qüvvətli təsirli olduğu ifadə edilir.
Nar sununun damar sərtliyi (ateroskleroz) riskini azaldıcı təsiri var. Yüksək təzyiqli xəstələrə (62-77 yaşlarında) 15 gün gündə 50 ml (bir çay stəkanı) nar suyu verilməsi infarkt riskini azaldır.



Загрузка...