Xəbərlər / Valideyn / Müəllim
19 oktyabr 2019
1 956


Uşağınızı ev işlərinə necə alışdırmalı

Uşağınızı ev işlərinə necə alışdırmalı

 

Bəzi ailələrdə valideyn uşağa ev işləri tapşırır, uşaq da çox böyük həvəslə ev işlərini görür. Bəzi ailələrdə isə uşağı uşaq bilib bu sahədə ondan heç nə gözləmirlər. Belə vəziyyət uşağa da sərf edir, o, «mən bunu bacarmaram» deyib özünü işə vermir.

Mütəxəssislər müşahidə ediblər ki, bu hal əsasən qərb ailələrinə xasdır. Bu cür ailədə böyüyən uşaq, adətən, gözləyir ki, başqaları onun üçün nə isə etsin, özü başqaları üçün heç nə etmir. Stiven adlı bir ata öz müşahidələrini bölüşür: «Bu zəmanənin uşaqları onlardan güc tələb etməyən işlərlə məşğul olurlar, təkbaşına oturub video oyunlar oynayır, internetdə dolaşır və televizora baxırlar».

Uşağı ev işlərinə alışdırmaq təkcə evin təmiz qalması üçün yox, həm də uşağın bir fərd kimi yetişməsi üçün vacibdir. Bəs siz bu fikirlə razısınız?

Bəzi valideynlər uşağının ev tapşırıqları və dərsdənkənar məşğuliyyətləri çox olduğu üçün ona ev işləri tapşırmır. Amma bu çox vacibdir. Gəlin görək nə üçün.

Ev işləri uşağa yetkin insan kimi böyüməyə kömək edir.
 
Evdə iş görən uşaqlar çox vaxt dərslərini yaxşı oxuyurlar. Onlar həmçinin özünəinamlı, nizam-intizamlı və qətiyyətli olur. Bu xüsusiyyətlər uşağın öyrənmək qabiliyyətini yaxşılaşdırır.

 Ev işləri uşağa fədakar olmağa kömək edir. 
 
 Valideynlər üçün məsləhətlərin yer aldığı bir kitabda deyilir ki, ev işlərində kömək edən uşaqlar böyüklər kimi ictimai-faydalı fəaliyyətlərdə iştirak etməyə meyilli olur. Maraqlıdır ki, ev işləri uşağa başqalarının marağını özünkündən üstün tutmağı öyrədir. Yuxarıda sözü gətirilən Stiven deyir: «Valideyn uşaqdan heç nə tələb etməyəndə uşaqda elə təəssürat yaranır ki, hamı ona qulluq etməlidir. Böyüdükcə onda həyatla bağlı yanlış fikir formalaşır. O, dərk etmir ki, böyüyəndə çiyinlərinə məsuliyyət düşəcək, zəhmət çəkməli olacaq».

Ev işlərini birgə görmək ailəni möhkəmləndirir.
 
Uşaq ailəyə ev işlərində kömək edəndə, dərk edir ki, o, sadəcə, ailənin üzvü deyil, həm də ailəsinin qarşısında məsuliyyət daşıyır. Valideyn uşağın dərsdənkənar məşğuliyyətlərini ev işlərindən əhəmiyyətli sayarsa, uşaq bu vacib həqiqəti öyrənə bilməyəcək. Buna görə valideyn özünə sual verməlidir: «Uşağım bütün vaxtını bu məşğuliyyətlərə sərf edib ailə ilə vaxt keçirməsə, axırı necə olacaq?»

  
Körpə vaxtından başlayın.
Bir kitabda yazılana əsasən, uşağa üç yaşından ev işləri tapşırmaq lazımdır. Başqa bir kitabda isə iki yaşından, hətta ondan da tez başlamaq məsləhət görülür. Ümumiyyətlə uşaqlar körpəlikdən valideynləri ilə birlikdə ev işləri görməyi xoşlayır və onların hərəkətlərini təkrarlamağa çalışırlar  .

Yaşına uyğun iş tapşırın.
Məsələn, üçyaşlı uşağa oyuncaqlarını yerinə yığmağı, nə isə tökülübsə silməyi və ya çirkli paltarları verib rəngliləri ağlardan ayırmağı tapşırmaq olar. Bir az böyük uşaqlar evi tozsoranlaya, avtomobili yuya, hətta yemək bişirə bilər. Uşağa iş tapşıranda onların qabiliyyətini nəzərə alın. Onda uşaqlarınız ev işlərini böyük həvəslə görəcək.

Ev işlərinin əhəmiyyətini kiçiltməyin.
Hərdən uşağın ev tapşırıqları çox olanda valideyn ona evdə iş buyurmur. Bir kitaba əsasən, valideyn əla qiymətə görə ev işlərini qurban verirsə, bu, «onun nəyin birinci dərəcəli əhəmiyyət kəsb etdiyini anlamadığından xəbər verir» («The Price of Privilege»). Əslində, yuxarıda da qeyd olunduğu kimi, ev işləri görmək uşağa yaxşı şagird olmağa kömək edir. Həmçinin uşağı ev işlərinə alışdırmaq onu gələcək ailə həyatına hazırlayır  .

Diqqətinizi nəticəyə yox, məqsədə cəmləyin.
Ola bilsin, nəticə gözlədiyiniz kimi olmayacaq, uşaq tapşırdığınız işi ya gec yerinə yetirəcək, yaxud yaxşı etməyəcək. Belə olanda, səbirli olun, işi uşağın əlindən alıb özünüz görməyin. Uşağa iş tapşırmaqda məqsəd o deyil ki, o, böyüklər kimi iş görsün, məqsəd ona məsuliyyətli insan olmağı öyrətmək və uşaqda ev işlərinə həvəs oyatmaqdır  .

Uşağı doğru yolla həvəsləndirin.
Bir mənbədə deyilir ki, uşağa ev işlərini görmək üçün pul verəndə o, məsuliyyətli olmağı öyrənir. Amma başqa bir kitaba əsasən, belə edəndə uşaqlar ailəyə nə isə töhfə verməkdən çox, ailədən nə isə almağa meyilli olur. Həmçinin uşaq kifayət qədər pul yığandan sonra ev işlərini görməkdən imtina edə bilər. Bu da o deməkdir ki, valideyn istədiyi məqsədə çatmayacaq. Deməli, uşağa ev işlərini gördüyü üçün pul vermək məsləhət deyil.

«Ev işləri uşağı ailəyə qarşı fədakar olmağa təşviq edir. Mən uşaq olanda evdə, həyət-bacada ailəlikcə işləyirdik. Bunun sayəsində bir ailə olduğumuzu hiss edirdik. Hamı işə cəlb olunurdu, iş görmək bizə məmnunluq gətirirdi» (Stiven).

 
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Uşağın üstünə qışqırmayın, yoxsa... - FƏSADLARI

Uşağın üstünə qışqırmayın, yoxsa... - FƏSADLARI

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Övladın qarşısına qoyulan hədəflər onu daha məsuliyyətli edir

Övladın qarşısına qoyulan hədəflər onu daha məsuliyyətli edir

Uşağa “yox” deməyi bacarın! - HƏR ŞEY OLMAZ

Uşağa “yox” deməyi bacarın! - HƏR ŞEY OLMAZ

Uşaqların tez-tez ağlasığmaz səhvləri sizi narahat edir? -Övladınıza özünü sevməyi öyrədin

Uşaqların tez-tez ağlasığmaz səhvləri sizi narahat edir? -Övladınıza özünü sevməyi öyrədin

Demək, etmək, göstərmək - uşaq tərbiyəsində hansı daha vacibdir?

Demək, etmək, göstərmək - uşaq tərbiyəsində hansı daha vacibdir?

6 PEDAQOJİ MƏSLƏHƏT - ƏMƏKSEVƏRLİK

6 PEDAQOJİ MƏSLƏHƏT - ƏMƏKSEVƏRLİK

Valideynin ölümünü uşağa necə deyək?

Valideynin ölümünü uşağa necə deyək?

Valideyn münasibətləri və uşaqlar üzərindəki təsiri...

Valideyn münasibətləri və uşaqlar üzərindəki təsiri...

Uşaq tərbiyəsində 15 qızıl qayda

Uşaq tərbiyəsində 15 qızıl qayda

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

Uşağın üstünə qışqırmaq bu xəstəlikləri yaradır

Uşağın üstünə qışqırmaq bu xəstəlikləri yaradır

Uşaqlara dayə seçərkən nələrə diqqət etməli? -PSİXOLOQ RƏYİ

Uşaqlara dayə seçərkən nələrə diqqət etməli? -PSİXOLOQ RƏYİ

Dərslərə necə hazırlaşmalı?

Dərslərə necə hazırlaşmalı?

Uşağı necə tərbiyə etməli?

Uşağı necə tərbiyə etməli?

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

Uşağa xarici dili neçə yaşında öyrədək? -DİQQƏT

Uşağa xarici dili neçə yaşında öyrədək? -DİQQƏT

Bu gün döyülən uşaq, sabah döyən valideyn olacaq - EKSPERT

Bu gün döyülən uşaq, sabah döyən valideyn olacaq - EKSPERT

Davranış pozuntusu, yoxsa qüsurlu tərbiyə?

Davranış pozuntusu, yoxsa qüsurlu tərbiyə?

Cəzadan və ya  fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Cəzadan və ya fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!

Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!

"Uşaq kimisə dişləyirsə, əvəzində siz də onu dişləyin!" - Əks nəticə verən 5 tərbiyə üsulu

"Uşaq kimisə dişləyirsə, əvəzində siz də onu dişləyin!" - Əks nəticə verən 5 tərbiyə üsulu

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Psixoloqdan valideyn və müəllimlərə vacib tövsiyələr

Psixoloqdan valideyn və müəllimlərə vacib tövsiyələr