AzTehsil.com


Xəbərlər / Valideyn
10 iyul 2019
2 636


Övladın qarşısına qoyulan hədəflər onu daha məsuliyyətli edir



Övladın qarşısına qoyulan hədəflər onu daha məsuliyyətli edir

 

 
"Uşağıma dərsi necə sevdirim? Nə edim ki, övladım dərslərinə daha çox vaxt ayırsın?" fikri indi, demək olar ki, əksər valideyni narahat edir. Övladlarının dərslərə qarşı istəksiz və ya narahat olduğunu görən ana-ata çox zaman bu suallar üzərində uzun-uzadı düşünür. Kompüter oyunları, telekanalların çox olduğu bir dövrdə uşağı dərsə həvəsləndirmək o qədər də asan deyil. Uşağın tərbiyəsi ailədən başladığı üçün dərsə maraq oyatmaq da valideynlərin məsuliyyətidir.

Mütəxəssislərin fikrincə, uşaqları dərsə həvəsləndirmək üçün onu motivasiya etməyi bacarmaq lazımdır. Ata-ananın uşağın dərslərinə dərindən maraq göstərməsi onun dərsə motivasiyasını artıracaq.

Psixoloq Aynur Əlibəylinin sözlərinə görə, uşağa dərsi sevdirmək üçün onun önünə müəyyən hədəflər qoymaq lazımdır. "Bir çox ana-ata uşağından dərsə hazırlaşmasını tələb edərkən tam hədəf təyin etmirlər. Məsələn, "çalış ki, dərslərdən yaxşı qiymət alasan" demək uşaq üçün hədəfi təyin etmir. Amma "çalış ki, bütün dərslərdən 5 alasan" ifadəsi uşağı ancaq əla oxumağa həvəsləndirir. Çalışın ki, övladlarınızı başqa uşaqlarla müqayisə etməyəsiniz. Bu müqayisə uaqlarınızı ancaq başqalarından yaxşı olmağa həvəsləndirər. 
Uşaq dərslərini hazırlayan zaman çalışın ki, siz də ona kömək edəsiniz", -  deyən psixoloq hesab edir ki, ən sürətli və təsirli öyrənmə üsulu başqalarıyla birlikdə məlumat "alveri"ndə olmaqdır. Belə ki, onun sözlərinə görə, valideyn uşağın suallarına cavab verməklə onun dərslərində irəliləməsinə yardım edə bilər.

A.Əlibəyli bildirir ki, uşağa yalvarmaqla olmadısa, güc tətbiq etməklə dərsə hazırlaşmasını tələb etmək olmaz. Çünki dərs oxumaq, dərsə hazırlaşmaq uşağın daxilindən gəlməlidir.

Bəzən valideynlər şikayətlənirlər ki, uşağı yaxşılıqla da, güclə də dərs oxumağa həvəsləndirə bilmirlər. Həmsöhbətimiz bildirir ki, uşağı dərsə həvəsləndirmək üçün ona dərsi sevdirmək lazımdır. "Valideynlər çalışmalıdır ki, uşaqların qeydləri yaxşı, müəllimləri vəziyyətlərindən məmnun olduğu halda uşağın işinə müdaxilə etməsinlər. Bəzi uşaqlar çox sürətli çalışar, dərslərini tez bitirərlər. Sonra dərsi yenidən təkrar etməyi uşaqdan tələb etmək olmaz. Çünki bu vəziyyətdə onları məcbur etmək işə yaramadığı kimi onunla əlaqəni daha pis hala gətirəcək".

Həmsöhbətimizin dediyinə görə, əgər uşaq dərsləri pis olduğu halda çalışmaq istəmirsə, birlikdə dərs çalışmaq yerinə ən yaxşı variant əlinizə kitab alıb, onun yanında oturub oxumaqdır. Psixoloq hesab edir ki, belə olan zaman uşaq da kitablarını əlinə alıb, dərsinə diqqət edəcək.

Əlibəyli məsləhət göürür ki, uşağın dərsə marağının olması üçün onun zamanını düzgün bölmək və uşağı məsuliyyətli olmağa öyrətmək lazımdır. Uşaqlara məsuliyyət vermək, müvəffəqiyyətli bir yetkin ola bilməsi üçün atılan ilk addımdır. Məsuliyyətlər uşaqlara özləri ilə maraqlana bilmək üçün lazım olan təcrübəni qazandırır. Övladlarının özlərinin edə biləcəkləri işləri onların yerinə edən valideynlər uşaqlarına zərər verdiklərinin fərqində olmurlar. Ata-anasına arxayın olan uşaq bir balaca çətinlik görən kimi valideyninə üz tutur. Özü dərsinə olan çətinliyi həll etməyə can atmır.

Uşaqlarınızın zamanlarını yaxşı dəyərləndirməsi onlara verilən "bu gün nə edəcəksən" sualı əhəmiyyətli bir strategiyadır. Bu sual uşaqda məsuliyyət yaradır. Gününü planlamağa çalışan uşaq bütün öhdəlikləri həyata keçirməyə çalışır. "Çalışın ki, uşaq sabahın planını özü üçün bu gündən hazırlasın. Sabah nə edəcəyini, nə vaxt edəcəyini, nə qədər zamanda edəcəyini təyin etsin".

İbtidai sinif müəllimi Nigar Əfəndiyeva deyir ki, uşağı birinci sinifdən, ilk gündən dərsə həvəsləndirmək lazımdır.

"Əvvəllər müəllimlər uşaqlara əl qaldırır, dərsi bilməyəndə və ya sinifdə səs yaradanda cəzalandırırdı. İndi artıq məktəblərdə bu problemlər yaşanmır. Müəllimlər uşaqlarla işləmə yollarında da müəyyən dəyişikliklər ediblər. Yaxşı müəllim olmaq üçün, öncə uşaq psixologiyasını bilmək lazımdır. Uşağın dilini bilən müəllim işində heç bir zaman çətinlik çəkməz. Bəzən fikir verirsinizsə, hansı məktəbdə müəllimlər yaxşı olduqları üçün adla tanınır. Valideynlər övladlarını ancaq o müəllimlərin sinfinə qoymağa can atırlar. Belə müəllimlər həm də yaxşı psixoloqdurlar. Biz uşaqları dərsə həvəsləndirmək üçün onlara kiçik ulduzlar və "smaylik"lər veririk. Bəzi məktəblərdə artıq 5 ballıq qiymət cədvəli ləğv edildiyi üçün, uşaqları ulduz işarələri ilə fərqləndirirlər. Bu kiçik ulduzları verdikdən sonra şagirdə deyilən "afərin" sözü onu daha çox həvəsləndirir".

Müsahibimiz bildirir ki, valideynlər evdə övladlarını dərsə həvəsləndirmək üçün belə metodlara əl ata bilərlər. Onlara kiçik hədiyyələr etmək uşağı dərsə daha çox həvəsləndirəcək. "Bəzən valideynlər bizim verdiyimiz ulduzların bütöv "vərəqi"ni alıb verirlər uşağa. Bu da bizim işə mane olur. Əgər bir uşaq o ulduzu almaq üçün həvəslə dərsə hazırlaşırsa, onda bu "vərəqə" olduqda daha rahat olur" deyən N.Əfəndiyeva məsləhət görür ki, valideynlər məktəbdə müəlimlər tərəfindən uşaqlara verilən həvəsləndiricilərdən almasınlar. 

"Övladınızı dərslərini yaxşı hazırlaması, dərsə maraq göstəməsini istəyirsinizsə, sadəcə ona qarşı mehriban, səmimi və diqqətli olun. "Afərin", "sən bacarırsan" sözləri uşaqlarda dərsə həvəsi daha da gücləndirir". 
Ekspress.az



Загрузка...
Həmçinin oxuyun:
Dərs oxumağa həvəsləndirən 6 qayda

Dərs oxumağa həvəsləndirən 6 qayda

Şagird dərsə nə qədər vaxt ayırsın?

Şagird dərsə nə qədər vaxt ayırsın?

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Dərslərə necə hazırlaşmalı?

Dərslərə necə hazırlaşmalı?

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Uşaqlara dayə seçərkən nələrə diqqət etməli? -PSİXOLOQ RƏYİ

Uşaqlara dayə seçərkən nələrə diqqət etməli? -PSİXOLOQ RƏYİ

Uşaq tərbiyəsində 15 qızıl qayda

Uşaq tərbiyəsində 15 qızıl qayda

Psixoloqdan müəllim və valideynlər üçün qızıl qaydalar

Psixoloqdan müəllim və valideynlər üçün qızıl qaydalar

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Şagirdləri tətildən sonra dərsə necə alışdırmaq olar?

Şagirdləri tətildən sonra dərsə necə alışdırmaq olar?

Uşaq dərs oxumaq istəmirsə, belə edin - VALİDEYNLƏRƏ TÖVSİYƏ

Uşaq dərs oxumaq istəmirsə, belə edin - VALİDEYNLƏRƏ TÖVSİYƏ

Uğurlu müəllim dərs saatları içərisində öyrətməyi bacaran şəxsdir

Uğurlu müəllim dərs saatları içərisində öyrətməyi bacaran şəxsdir

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

Şagirdlər hələ də dərsə getmir - Qalmaqallı siniflə bağlı araşdırma

Şagirdlər hələ də dərsə getmir - Qalmaqallı siniflə bağlı araşdırma

Uşağın üstünə qışqırmayın, yoxsa... - FƏSADLARI

Uşağın üstünə qışqırmayın, yoxsa... - FƏSADLARI

Uşaqlarda kitab oxuma mədəniyyətini necə formalaşdırmaq lazımdır?

Uşaqlarda kitab oxuma mədəniyyətini necə formalaşdırmaq lazımdır?

Uşağa dərs oxutmağın effektli üsulları

Uşağa dərs oxutmağın effektli üsulları

Müəllim təkcə biliyini yox, ömrünü də şagirdləri arasında paylayır.

Müəllim təkcə biliyini yox, ömrünü də şagirdləri arasında paylayır.

Uşağa “yox” deməyi bacarın! - HƏR ŞEY OLMAZ

Uşağa “yox” deməyi bacarın! - HƏR ŞEY OLMAZ

Neçənci sinif şagirdi dərsə nə qədər vaxt ayırsın - MÜTƏXƏSSİS MƏSLƏHƏTİ

Neçənci sinif şagirdi dərsə nə qədər vaxt ayırsın - MÜTƏXƏSSİS MƏSLƏHƏTİ

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ