AzTehsil.com


Xəbərlər / Ekspert
14 iyul 2019
1 981


Etibar Əliyev: “Dərsliklər ən faydalı öyrənmə mənbəyi deyil”



 

 
Müəllimlər əlavə vəsait axtarırlar. Necə olur ki,  repetitorun stolunun üstündə dərslik olmasın?

Bu sözləri şəxsi facebook səhifəsindəki hesabından təhsil eksperti Etibat Əliyev bildirib. O, dərsliklərdə olan səhvlər və onların səbəbləri haqqında fikirlərini bölüşüb.

O qeyd edib ki, uzun illərdir, dərsliklərdəki qüsurlarla bağlı geniş müzakirələr aparılır.

"Əvvəllər səhvlər çox  və kobud idi. Bunlar o qədər qabarıq olurdu  ki, çox vaxt ekspertlər yox, valideynlər, hətta şagirdlər səhvləri tapa bilirdi. Hamıya elə gəlirdi ki, diqqətlə baxsa, istənilən dərsliyin səhifəsindən səhvi aşkarlaya bilər.
Səhvlərin arasında ciddi məzmun yanlışlıqları, bayağı üslub, qrammatika, korrektura, vergül-nöqtə  dediyimiz punktasiya kimi qüsurlar var idi.
Bu nümunələr cəmiyyətdə gülüş yaradırdı. Çünki adekvat olmayan situasiyalar və mətnlər dərsliklərə yol tapmışdı”.

Etibar Əliyev Tarix kitabında olan üslub səhvi haqqında məlumat verib:

"5-ci sinif "Ata Yurdu” dərsliyində yazılmışdı ki, Şirvanşah İbrahim qocalanda oğlu Xəlilullahı yanına çağırıb vəsiyyət edir. İbrahim şah oğluna deyir ki, "Baku-Kubənin mənzərəli yerində özünə bir saray tikdir. Metronun "İçərişəhər” stansiyası Şirvanşahlar sarayının yanındadır”.
Camaat bunu ələ salıb gülürdü”.

O, qeyd edib ki, 2012-ci ildə dərsliklərin monitorinqi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (indiki Dövlət İmtahan Mərkəzi) tapşırıldı:"Təhsil Nazirliyi isə səhvlərlə bağlı heç bir iradı qəbul etmirdi. Müəlliflər də iradlar qarşısında təkəbbürünü qorumaq istəyirdi. Yadımdadır, bir müəllifin dərsliyindən 120 səhv tapılmışdı, 18-ni etiraf etmişdi. Bir dərslikdə 18 səhv biabırçılıqdır, halbuki onlar elə 120 idi”.

Başqa bir misal: Ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün "Ədəbiyyat” dərsliyi (2012-ci il nəşri, müəlliflər: Nizami Cəfərov, Teymur Kərimli (hər ikisi akademikdir)
Məzmunun işlənməsi baxımından – 36 qüsur
Dil və yazı üslubu baxımından – 24 qüsur”.

O, əslində çatdırmaq istədiyi məsələnin qüsurların sayı ilə bağlı olmadığını vurğulayıb.

"Dərsliklər ən faydalı öyrənmə mənbəyi deyil. Baxın, götürək riyaziyyat dərsliklərini. Öz müşahidəmə görə deyirəm, İzah bəs etmir. 
Müəllimlər açıq deyirlər ki, bəsit dərsliklərin təkrarı olan Namazov vəsaitlərinin ümidinə qalıblar. Çünki dərslikdə hər şey azacıq verilib. Dərsliklər sadəcə çox rənglidir.


Məsələn, 5-ci sinifdən bir dərs götürək. Say sistemləri. Mən fizika fakültəsini bitirmişəm. Mövzu maraqlı gəldi. Burada onluq say sistemi çox bəsit izah edilir və deyilir ki, başqa say sistemləri də var, Kompüterlər 2-lik say sistemi ilə işləyir. Daha heç nə deyilmir. İzah yoxdur ki, bir sistemdən digərinə necə keçmək olar və s. Yuxarı siniflərdə də yoxdur. Onda bu dərs niyə lazımdır?”.


Fizika dərslikləri sanki Ali məktəb tələbələri üçün yazılıb. 10-cu sinfin fizika dərsliyinin "Mənbələr” səhifəsində göstərilən bütün ədəbiyyatlar (B. Əsgərov, N. Qocayev, İ. Savelyev və s.) Ali məktəblər üçün nəzərdə tutulub”.

Etibar Əliyev ciddi problemlərdən birinin  dərsliklərdə situasiyanın olmaması ilə bağlayıb.

"Qəbula açıq suallar və situasiya məsələləri salmışıq. Dərsliklərdə situasiya yoxdur. Açıq sualları isə standart işçi çalışmalar əvəz edir.

Bütün dünyada məişət məsələləri çox geniş tətbiq edilir. Bilirsiniz ki, Harvard keysləri çox faydalıdır.. Biliyə yaşam qazandırır. Bizdə isə  yoxdur”.

Etibar Əliyev dərslərin izahının quru məzmuna malik olduğunu deyib, 

"Şifahi nitqlə yazılı dilin arasında ciddi fərqlər var. Bizim dərsliklərdəki dil cib formatında olan sorğu kitablarının dilinə oxşayır.Dil və Ədəbiyyat dərsliklərində gözəl mətn olmalıdır, amma elə bil qəsdlə mətni gözdən salmağa çalışırlar.

 "Dərslik özü kökündən xətalıdırsa, öz funksiyasını yerinə yetirmirsə, orada gülüş yaradan səhvin olmaması nəyi dəyişir ki?
Məktəb, müəllim kitab axtarır. Repetitorlar belə əlavə vəsait axtarırlar. Necə olur ki, repetitorun stolunun üstündə dərslik olmasın? Çünki dərsliklər öyrənmə mənbəyi kimi faydalı deyil. 


Elmin sosiologiyasının banilərindən Robert Merton tədqiqatlarında "Matvey effekti”nin adını çəkir. Nədir "Matvey effekti?”
"Kimin varıdırsa ona yenə veriləcək ?kimin yoxudursa ondan olanını da alacaqlar.” Elə etmək lazımdır ki, olanlarımız çox olsun və əlimizdən alınmasın”.mektebgushesi.az



Загрузка...
Həmçinin oxuyun:
“Nizami Cəfərovun müəllifi olduğu dərsliklərdə  “akademik” biabırçılıqlar üzə çıxıb” – Etibar Əliyev

“Nizami Cəfərovun müəllifi olduğu dərsliklərdə “akademik” biabırçılıqlar üzə çıxıb” – Etibar Əliyev

Təhsilimizdə QƏRİBƏ OLAY: 2018-ci ildə çap olunmuş DƏRSLİKLƏR SATIŞDA - FOTOFAKT

Təhsilimizdə QƏRİBƏ OLAY: 2018-ci ildə çap olunmuş DƏRSLİKLƏR SATIŞDA - FOTOFAKT

Azərbaycanda tədris olunan bu dərsliklərdə biabırçı səhvlər aşkarlanıb – MÜƏLLİMLƏR ÜSYANDA, NAZİRLİK SUSUR

Azərbaycanda tədris olunan bu dərsliklərdə biabırçı səhvlər aşkarlanıb – MÜƏLLİMLƏR ÜSYANDA, NAZİRLİK SUSUR

DEPUTATDAN ETİRAZ: "DƏRSLİYİ PARTA ARXASINDAN YENİCƏ DURANLAR YAZMAMALIDIR"

DEPUTATDAN ETİRAZ: "DƏRSLİYİ PARTA ARXASINDAN YENİCƏ DURANLAR YAZMAMALIDIR"

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

Dərsliklər düzələcəkmi?

Dərsliklər düzələcəkmi?

Dərsliklər niyə qəliz yazılır?

Dərsliklər niyə qəliz yazılır?

Dərslik qalmaqalı davam edir, məktəb direktoru danışdı: "Günahkarsınız, vəssalam"

Dərslik qalmaqalı davam edir, məktəb direktoru danışdı: "Günahkarsınız, vəssalam"

DİM dərsliklərlə bağlı apardığı monitorinqlər zamanı maraqlı faktları  üzə çıxardı

DİM dərsliklərlə bağlı apardığı monitorinqlər zamanı maraqlı faktları üzə çıxardı

"Qiymətləndirmədə iştirak edən ekspertlərin kimliyi gizli saxlanılmalıdır" -RƏY

"Qiymətləndirmədə iştirak edən ekspertlərin kimliyi gizli saxlanılmalıdır" -RƏY

Yeni dərs ilinin dərslikləri hazırdır

Yeni dərs ilinin dərslikləri hazırdır

Qalmaqallı dərsliyin digər müəllifləri də DANIŞDILAR- Səhvə yol verilib

Qalmaqallı dərsliyin digər müəllifləri də DANIŞDILAR- Səhvə yol verilib

“Çıxış yolunu dərsliklərlə bağlı tender şərtlərinə yenidən baxılmasında görürəm” – Təhsil üzrə ekspert

“Çıxış yolunu dərsliklərlə bağlı tender şərtlərinə yenidən baxılmasında görürəm” – Təhsil üzrə ekspert

"Dərsliklərdə yol verilən istənilən səhv Təhsil Nazirliyini məsuliyyətdən azad etmir, amma..."

"Dərsliklərdə yol verilən istənilən səhv Təhsil Nazirliyini məsuliyyətdən azad etmir, amma..."

Məktəb dərsliyində daha bir səhv- Metro XI əsrdə tikilib?

Məktəb dərsliyində daha bir səhv- Metro XI əsrdə tikilib?

Yeni dərsliklərin təsdiqi və nəşri...

Yeni dərsliklərin təsdiqi və nəşri...

Dərs ili başlanır - Tarix dərsliyi ətrafında qalmaqal hələ də davam edir - Tarixçi od püskürdü

Dərs ili başlanır - Tarix dərsliyi ətrafında qalmaqal hələ də davam edir - Tarixçi od püskürdü

“Söhbət gənclərin təhsili ilə bağlı ciddi problemdən gedir”

“Söhbət gənclərin təhsili ilə bağlı ciddi problemdən gedir”

İki yüz min şagirdin taleyi ilə necə oynamaq olar?! – Ekspetdən DİM-ə sərt ittihamlar

İki yüz min şagirdin taleyi ilə necə oynamaq olar?! – Ekspetdən DİM-ə sərt ittihamlar

Şagirdləri çökdürən əlavə dərsliklər – “Özləri onları alır, sonra deyirlər ki,  biz məcbur edirik”

Şagirdləri çökdürən əlavə dərsliklər – “Özləri onları alır, sonra deyirlər ki, biz məcbur edirik”

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Qənirə Paşayeva Təhsil nazirliyinə əsəbləşdi: " Dəhşətə bax! Onlara deməyə söz tapmıram..."

Qənirə Paşayeva Təhsil nazirliyinə əsəbləşdi: " Dəhşətə bax! Onlara deməyə söz tapmıram..."

Ehtiyat və ya alternativ dərsliklərə ehtiyac var?

Ehtiyat və ya alternativ dərsliklərə ehtiyac var?

Təhsillə bağlı atılan bütün addımlar kosmetik xarakter daşıyır

Təhsillə bağlı atılan bütün addımlar kosmetik xarakter daşıyır