Xəbərlər
11 oktyabr 2017
2 606


Qalmaqallı dərsliyin digər müəllifləri də DANIŞDILAR- Səhvə yol verilib

 

Azərbaycanda tədrisi rus dilində aparılan orta məktəblər üçün  X sinif  "Всеобщая история” ("Ümumi tarix”) dərsliyi ilə bağlı yaranmış qalmaqal bir neçə gündür cəmiyyətin geniş müzakirəsinə səbəb olub. 


Qalmaqala səbəb Qədim Roma imperiyasının xəritə toponimlərinin dərslikdə düzgün təsvir olunmamasıdır. Bu xəritədə yanlış olaraq uydurma "Böyük Ermənistan"ın ərazisinin təsvir olunması böyük əksəriyyəti hiddətləndirib.


Təhsil Nazirliyi bildirib ki, həmin dərsliyin Azərbaycan dilində olan orijinalında və gürcü dilində tərcüməsində səhvə yol verilməsə də, rus dilində olan variantında texniki qüsur baş verib. 


Aşkarlanmış səhv dərsliyi çap edən "Şərq-Qərb” nəşriyyatı tərəfindən aradan qaldırılandan sonra onu yenidən nəşr edərək, məktəb kitabxanalarına təhvil veriblər.

 

Qeyd edək ki, qalmaqallı dərslik Təhsil Nazirliyinin qrifi ilə 7000 tirajla nəşr olunub. 


Kitabın müəllifləri isə Təvəkkül Əliyev, Rövşən Hətəmov, Niyaməddin Quliyev, Pərviz Ağalarov, Şamil Əmrahov, Faiq Babayev, Elşən Qasımov, Kamran Əsədov və Elnur Hüseynovdur.


Qalmaqallı dərsliyin müəlliflərdin biri – Kamran Əsədov məsələylə bağlı artıq öz mövqeyini mətbuatda ifadə edib.


 

Aztəhsil.com bildirir ki, modern.az saytı dərsliyin digər müəlliflərinin də mövqeyini öyrənməyə çalışıb.

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşı, kitabın müəlliflərindən olan Faiq Babayev saytımıza açıqlamasında deyib ki, internet səhifələrində xəritə ilə bağlı yanlışlığa yol verilib. 

 

"Dərsliyin Azərbaycan və Gürcüstan variantında səhv yoxdur.  Ancaq "Armeniya” sözü rus variantında tərcüməçinin gözündən qaçıb. O söz xəritənin içində yanlış olaraq gedib. Digər bir məqam da var. İnternetdə yayımlanan xəritə tam deyil. Xəritənin bir hissəsidir. Görünür, bu, qərəzli şəkildə böyüdülüb. Kitabın həmin səhifəsinə baxsanızz, görərsiniz ki, aşağıda bənövşəyi rəngdə xətt verilib. Yazılıb ki, bu, Roma imperiyasının eramızın 116-cı ilinə aid olan ərazisidir. Həmin "Armeniya” yazılan hissədə müstəqil dövlət yoxdur. Roma İmperiyasının tərkibində bir əyalət kimi verilib. Dərslikdə qüsur olub. Təhsil Nazirliyi də  onu danmır. Əgər dansaydı, 7000 tirajla kitabı yenidən  çap etməzdi”.

 

Dövlət İmtahan Mərkəzinin və Təhsil Nazirliyinin eksperti, kitabın redaktoru, korrektoru və kitabın  müəlliflərindən olan Niyaməddin Quliyev isə məsələyə daha kəskin reaksiya verib:

 

"Bu xəritə Roma İmperiyasının xəritəsidir. Həmin xəritə Azərbaycan dərsliklərində tədris olunub və X sinif dərsliklərində də verilib. Sadəcə olaraq, orada bütün əyalətlərin adı yazılmayıb. Rus versiyasında isə əyalətlərin bir neçəsinin adı yazılıb. Orada bədnam ölkənin adı yox, əyalətin adı göstərilib ki, o da Van gölü ətrafında verilib. Dərsliklə bağlı qalmaqal tarix fənnindən xəbərsiz, ixtisası kitabxanaçı olanların yaydığı söhbətlərdir. İkincisi isə rus versiyasında belə nöqsanın getməsinə əmin deyiləm. Dərslik Azərbaycan dilində yazılıb. Əgər öz dilimizdə Bakı yazırıqsa, rus dillində Baku yazılır. "Ərməniyyə” sözünün rus dilində necə getdiyini billmirəm. Hər halda, rus dilində "ə” hərfi yoxdur. 

 

Haqqımızda nələrsə yazanlardan daha artıq vətənimizi sevirik. Burada  nə dərslik, nə də hansısa xəritə söhbəti var. Bəllidir ki, bu kitabı yazan müəlliflərin heç biri mükafat almayıb. "İlin müəllimi” adını alanlar, dövlətdən nələrsə əldə edənlər ayağı büdrəyən kimi onun-bunun adına qara yaxmağa başlayır, nazirliyi günahlandırırlar…

 

Dərsliklər 2 ay ərzində ekspertlərin senzurasından keçir. Sonra Dövlət İmtahan Mərkəzində yoxlanır. Bu ekspertlər elə-belə adamlar deyil. Elmin ən yüksək yerində akademiya dayanır. AMEA-da Tarix İnstitutu var. Dərsliyə rəy almaq üçün onu 2 aylığa Tarix İnstitutuna təqdim ediblər. Bu qurumların heç birində vətənpərvər adamlar belə səhvi görmədi, amma kimlərsə nöqsan aşkarladı?! 


Ciddi qurumların söz demədiyi dərsliyə kimsə söz deyir. Kitabın müəllifləri ilə üzbəüz oturub söhbət etsəniz, onların vətəni necə sevdiklərini görərsiniz. Görünür, əslini, kökünü gizlədib başqa işlər görmək istəyənlər var. Mənim rayonum işğal altındadır. Oturub ərazilərimizi erməninin ayağına yazıram?! Bunlar absurddur. Şagirdlərimə vətənpərliyi təbliğ edirəm. Bu cür məsələləri ortaya atıb insanları ləkələməsinlər. Biz o qədər imkanlı adamlar deyilik ki, kimlərləsə səs-səsə verək. Biz o imkanlı adamlara da bələdik, onların villalarının da sayını bilirik. Açıq deyirəm. Burada "dava yorğan davasıdır””.


 

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Dövlət İmtahan Mərkəzindən qalmaqallı dərsliklə bağlı- AÇIQLAMA

Dövlət İmtahan Mərkəzindən qalmaqallı dərsliklə bağlı- AÇIQLAMA

Dərslikdə ciddi səhv: Azərbaycan “Böyük Ermənistan”ın içində – FOTO

Dərslikdə ciddi səhv: Azərbaycan “Böyük Ermənistan”ın içində – FOTO

Təhsil Nazirliyi səhvi etiraf etdi

Təhsil Nazirliyi səhvi etiraf etdi

"İndi mən Ermənistanın adını silsəm yerinə xəritədə nə yazmalıyam?"

"İndi mən Ermənistanın adını silsəm yerinə xəritədə nə yazmalıyam?"

Dərslik qalmaqalı Türkiyədə rezonans doğurdu- "Kitabı ruslar hazırlayıb"

Dərslik qalmaqalı Türkiyədə rezonans doğurdu- "Kitabı ruslar hazırlayıb"

Təhsil Nazirliyində kadr dəyişikliyi həyata keçirilməlidir- AÇIQLAMA

Təhsil Nazirliyində kadr dəyişikliyi həyata keçirilməlidir- AÇIQLAMA

Nazirlikdən dərslikdəki “erməni xəritəsi” ilə bağlı - AÇIQLAMA

Nazirlikdən dərslikdəki “erməni xəritəsi” ilə bağlı - AÇIQLAMA

Azərbaycanda tədris olunan bu dərsliklərdə biabırçı səhvlər aşkarlanıb – MÜƏLLİMLƏR ÜSYANDA, NAZİRLİK SUSUR

Azərbaycanda tədris olunan bu dərsliklərdə biabırçı səhvlər aşkarlanıb – MÜƏLLİMLƏR ÜSYANDA, NAZİRLİK SUSUR

10-cu sinif tarix dərsliyi plagiatdırmı? - Müəllifdən cavab

10-cu sinif tarix dərsliyi plagiatdırmı? - Müəllifdən cavab

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

Dərslikdə ciddi səhv - Azərbaycan məktəbi Əfqanıstandakı kimi təqdim edilir - VİDEO

Dərslikdə ciddi səhv - Azərbaycan məktəbi Əfqanıstandakı kimi təqdim edilir - VİDEO

Əməkdar müəllim 10-cu sinif biologiya dərsliyində qeydə aldığı səhvlərdən danışdı

Əməkdar müəllim 10-cu sinif biologiya dərsliyində qeydə aldığı səhvlərdən danışdı

“Rus dilini təbliğ etmək Azərbaycana düşmənlikdir”

“Rus dilini təbliğ etmək Azərbaycana düşmənlikdir”

"Dərslik layihələri kurikulum tələblərinə uyğun tərtib edilməyib"

"Dərslik layihələri kurikulum tələblərinə uyğun tərtib edilməyib"

Dərs ili başlanır - Tarix dərsliyi ətrafında qalmaqal hələ də davam edir - Tarixçi od püskürdü

Dərs ili başlanır - Tarix dərsliyi ətrafında qalmaqal hələ də davam edir - Tarixçi od püskürdü

"Özünüz Kür çayını erməni dəyirmanına yönləndirmisiniz, bizləri də borclu çıxarırsınız?!"

"Özünüz Kür çayını erməni dəyirmanına yönləndirmisiniz, bizləri də borclu çıxarırsınız?!"

DİM: X sinif dərsliklərində səhvlərə yol verilib

DİM: X sinif dərsliklərində səhvlərə yol verilib

Qənirə Paşayeva Təhsil nazirliyinə əsəbləşdi: " Dəhşətə bax! Onlara deməyə söz tapmıram..."

Qənirə Paşayeva Təhsil nazirliyinə əsəbləşdi: " Dəhşətə bax! Onlara deməyə söz tapmıram..."

“Söhbət gənclərin təhsili ilə bağlı ciddi problemdən gedir”

“Söhbət gənclərin təhsili ilə bağlı ciddi problemdən gedir”

“Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsinə start verilib.

“Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsinə start verilib.

Təhsil Nazirliyi dərslik müəlliflərinin narazılığına münasibət bildirdi

Təhsil Nazirliyi dərslik müəlliflərinin narazılığına münasibət bildirdi

Dərsliklər düzələcəkmi?

Dərsliklər düzələcəkmi?

Direktor olmaq istəyənlər .......Liderlik nədir  ?

Direktor olmaq istəyənlər .......Liderlik nədir ?

“Azərbaycan uşaq ədəbiyyatı antologiyası” ikicildliyi nəşr olunub

“Azərbaycan uşaq ədəbiyyatı antologiyası” ikicildliyi nəşr olunub